Kanqe — Vikipediya

Şəhər
Kanqe
강계시
40°58′ şm. e. 126°36′ ş. u.
Ölkə  Şimali Koreya
Region Kvanso
Rayon Çaqando
Tarixi və coğrafiyası
Sahəsi 263.667 km²
Saat qurşağı UTC+8:30
Əhalisi
Əhalisi 251,971[1] nəfər (2008)
Rəqəmsal identifikatorlar
Telefon kodu +850 67хххххх
Xəritəni göstər/gizlə
Kanqe xəritədə
Kanqe
Kanqe
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür.[2][3]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir.

İnzibati bölgüsü[redaktə | mənbəni redaktə et]

Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür:

  • Çanca-don
  • Çunson-don
  • Hanqro-don
  • Huncu-don
  • Kanso-don
  • Koyon 1-don
  • Koyon 2-don
  • Konvi-don
  • Konin-don
  • Mansu-don
  • Nammun-don
  • Namsan-don
  • Namçon-don
  • Naeryon-don
  • Oeryon-don
  • Puçan-don
  • Pukmun-don
  • Rodonca-don
  • Ryu-don
  • Sinmun-don
  • Sosan-don
  • Sokço-don
  • Soxyon-don
  • Suçim-don
  • Tayun-don
  • Toksan-don
  • Tonbu-don
  • Tonmun-don
  • Yucin-don
  • Uncon-don
  • Yahak-ton
  • Yoncu-don
  • Yonpun-don
  • Yonsok-ton
  • Sinhun-ri
  • Tuhun-ri

İqlim[redaktə | mənbəni redaktə et]

  • Orta illik hava temperaturu — 7,3 °C
  • Havanın nisbi rütubətliyi — 72,6%
  • Orta külək sürəti — 0,5 m/s
NASA-ya əsasən Kanqe şəhərində orta gündəlik hava temperaturu[4]
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
−12,6 °C −7,5 °C 0,4 °C 9,2 °C 15,5 °C 20,2 °C 23,2 °C 22,7 °C 16,2 °C 8,6 °C −0,4 °C −9,2 °C 7,3 °C

Nəqliyyat[redaktə | mənbəni redaktə et]

Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryoluhava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər KanqeManpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt PxenyanaKXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir.

Mədəniyyət[redaktə | mənbəni redaktə et]

Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya UniversitetiKanqe Tibb Universiteti yerləşir.

Turistlərin marağına daxildir — İnpun pavilyonu, Ryonva dağı.

Sənaye[redaktə | mənbəni redaktə et]

1945-ci ildən bəri şəhərdə istehsal sənayesi sürətlə inkişaf etmişdir. Şəhər mis, sink, kömürqrafit istehsal edən mədən sənayesinə malikdir. Kanqe şəhəri Çaqando vilayətinin və Şimali Koreyanın əsas ağac emalı zavodlarından birinə ev sahibliyi edir.

Kanqe ağac emalı zavodu[redaktə | mənbəni redaktə et]

Kanqe ağac emalı zavodu Kanqe şəhərində yerləşən kiçik bir dövlət zavodudur. Əməliyyatların əvvəllərindən əl işi ilə yalnız iki növ mebel hazırlanırdı (yemək masaları və sterilizə çubuqlar). Zavod vaxt keçdikcə istehsalat yüzlərlə müasir avadanlıqları hazırlayaraq, ağac emalı istehsalını əhatə edən müasirləşdirilmiş mebel istehsalçısına çevrilmişdir.

Zavod, ağac emalı prosesinin mühüm bir hissəsi olan qurutma işini müsirləşdirmə proqramına cəhd etmişdir. Zavod texniki yeniliklər edərək fabrik istehsalını artırmış və işçi qüvvəsini azaltmışdır.

Qalereya[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "2008 KXDR əhalisinin siyahıya alınması — Pxenyan: KXDR Mərkəzi Statistika İdarəsi, 2009, səh. 18" (PDF). 2010-03-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
  2. Mossmen, Billi. United States Army in the Korean War: Ebb and Flow November 1950-July 1951. University Press of the Pacific. 29 iyun 2005. səh. 51.
  3. Sandler, Stenli. The Korean War: No Victors, No Vanquished. The University Press of Kentucky. 1999. səh. 108.
  4. NASA. RETScreen verilənlər bazası Arxivləşdirilib 2015-12-05 at the Wayback Machine

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Dormels, Rainer. North Korea's Cities: Industrial facilities, internal structures and typification. Jimoondang, 2014. ISBN 978-89-6297-167-5

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]