Kano Eytoku — Vikipediya

"Sərv ağacları"

Kano Eytoku (狩野 永徳?, 16 fevral 1543[1], Heyan-kyo[d][1]12 oktyabr 1590[2][3], Heyan-kyo[d][1])Momoyama dövründə yaşamış yapon rəssam. XVI əsrin dekorativ şirma rəssamlığındakı qalın, rəngli stili ilə tanınır. Dövrünün aparıcı və ən nüfuzlu rəssamlarından biri olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

1543-cü ildə Kiotoda incəsənət ailəsində doğulmuşdur.[4] Rəssamlıq təhsilini atası Kano Şoey və babası Kano Motonobudan almışdır.[4] İkisi də XVI əsrin birinci yarısının tanınmış incəsənət xadimləri idi.[4] Eytokunun ilk əsas işi Kiotonun əsas Zen məbədlərindən biri olan Daytoku məbədinin Cukoin dekorasiyası idi.[4] O, bu dekorasiyası 1566-cı ildə atası ilə birlikdə yerinə yetirmişdir.[4] Eytoku məşhurlaşdıqdan sonra Oda Nobunaqanın sevimli rəssamı olmuş və onun bir çox sifarişini yerinə yetirmişdir.[4] Bu sifarişlərin arasında Nobunaqanın Azuçi qəsrinin dekorasiyası və Kioto şəhərini əks etdirən şirma dəstləri də var idi.[4]

Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Toyotomi Hideyoşi Eytokuya hamilik etməyə başlamışdır.[4] Bu dövrdə Eytoku Hideyoşi üçün bir çox iş hazırlamışdır: Osaka qəsri və Kiotdakı Curaku sarayı üçün hazırladığı rəsmləri 1587-ci ildə tamamlamışdır.[4] Böyük bir komanda ilə birlikdə işləyən Eytoku yüzlərlə divar rəsmi və şırma hazırlamışdır.[4]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Nobunaqa və Hideyoşinin qəsrlərinin orijinal halları salamat qalmadığı üçün onun bir çox işi yoxa çıxmışdır.[4] Lakin salamat qalmış bir neçə şirma dəsti onun üslubu haqqında fikir deməyə imkan verir.[4] Bunların arasında ən əhəmiyyətliləri sərv ağaclarını əks etdirən 6 qatlı şirma, şirləri təsvir edən böyük şirma və şahinlərlə şam ağaclarını əks etdirən iki cüt altıhissəli şirmadır.[4] Bütün bu əsərləri qalın üslubda, güclü fırça zərbələri və qızıl vərəqlərlə hazırlanmışdır.[4] Onun stili özünəməxsusdur və Momoyama dövrü üçün xarakterik üslub hesab olunur.[4]

Eytokunun işləri saraylarda və qəsrlərdəki ictimai otaqlarda nümayiş etdirilsə də, monoxrom mürəkkəb rəsmləri şəxsi mənzillər üçün də istifadə olunmuşdur.[4] Məsələn, karyerasının ilk illərində Cukoin sarayı üçün 16 qatlı fusuma hazırlamışdır.[4] Quşlar və güllərlə dolu olan mənzərə, "dörd cəhət" konsepsiyası və monoxrom mürəkkəb üslubu Çin mənşəlidir və bunu babası Kano Motonobudan götürmüşdür.[4] Lakin rəssamın stili əvvəlki Çin və Yaponiya üslubları ilə müqayisədə bir çox xarakterik xüsusiyyətə malik olduğu üçün orijinallığını qoruyur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 https://www.britannica.com/biography/Kano-Eitoku.
  2. Kano Eitoku // Encyclopædia Britannica (ing.).
  3. Eitoku // RKDartists (nid.).
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Gale, 1998. səh. 242

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Encyclopedia of World Biography (5-ci cild) (ingiliscə). Gale. 1998. ISBN 0-7876-2545-0. (#accessdate_missing_url)