Kanat yolu — Vikipediya

Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir.

Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir.

Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]