Kamil Xudiyev — Vikipediya

Kamil Xudiyev
Kamil Cəlil oğlu Xudiyev
Doğum tarixi
Doğum yeri Dağlıq Qarabağ Muxtar Vilayəti ,Xankəndi şəhəri , Azərbaycan SSR
Vəfat tarixi (78 yaşında)
Uşağı Beş övladı var
Atası Cəlil Xudiyev
Anası Səmaya Xudiyeva
Təhsili Azərbaycan Politexnik İnstitutu
Mükafatları "Tərəqqi" medalı
İmza

Xudiyev Kamil  Cəlil  oğlu  (23 avqust 1933 il, Xankəndi,Dağlıq Qarabağ  Azərbaycan SSR,SSRİ) -     azərbaycanlı dövlət  xadimi,əməkdar mühəndis,sabiq  Azərbaycan SSR  Kənd Tikinti nazirinin müavini.

Həyatı[redaktə | mənbəni redaktə et]

Kamil Xudiyev 1933-cü il 23-avqustda Dağlıq Qarabağın Xankəndi şəhərində anadan olmuşdur.1941-1951-ci illərdə Xankəndindəki  "Nizami  adına 4 nömrəli orta məktəb"də oxumuş.1951-1956-cı illərdə  Azərbaycan Politexnik İnstitutunda oxumuş.1956-cı ildə inşaatçı-mühəndis diplomunu  almışdır.4 iyul 1956-cı ildən -14 sentyabr 1959-cu ilə qədər Xankəndi Kommunal Təsərrüfatı idarəsində baş mühəndis  işləmiş.15 sentyabr  1959-cu ildən Tikinti Nazirliyinin öz tabeçiliyində olan "Azsantexquraşdırma" trestinin Xankəndində yeni yaradlmış santexquraşdırma idarəsinə müdir təyin olunmuş .1964-cü ildə  SSRİ Xüsusi Tikinti Nazirliyi  Kirovabad (Gəncə) şəhərində,Rostov şəhərində yerləşən "Rossantexquraşdırma" trestinin Kirovabad (Gəncə) Quraşdırma idarəsini yaratmış.1 iyul 1964-1may 1966-cı ilə qədər Kirovabad(Gəncə) Quraşdırma idarəsində  müdir  işləmişdir.1may1966 cı ildən -17yanvar1967cı ilə qədər " Azsantexmontaj"da trest müdrünün müavini. 17 yanvar 1967 ci ildən – 1oktyabr 1975 ci  ilə  qədər trest "Azsantexmontaj" da Bakı Quraşdırma  İdarəsinin  müdiri.1 oktyabr 1975 ci ildən -28  mart 1980-ci  ilə qədər  Azərbaycan Kənd Tikinti Nazirliyinin  "Azquraşdırmakəndtikinti" trestinə müdir təyin  olunub. 28 mart 1980-ci ildən –27 iyun 1984 –cü ilə qədər Azərbaycan Kənd Tikinti Nazirliyində nazir müavini vəzifəsində  işləmişdir. 27 iyun1984-cü ildən-13iyun 1996-cı ilə qədər  "Azəraqrartikiti" Dövlət  Şirkətinin  "Aqroixtisasquraşdırmatikinti"trestinin müdiri işləyib.                                                       

 Azərbaycan Respublikası Ağsaqqallar Şurasının  üzvü,Nərimanov rayon Ağsaqqallar Şurası sədrinin 1-ci müavini olmuşdur.7-may  2012-ci ildə  vəfat etmişdir

Fəxri adları və mükafatları[redaktə | mənbəni redaktə et]

  •   Azərbaycan SSR  Dağlıq Qarabağ  Muxtar Vilayəti, Stepanakert(Xankəndi ) şəhər sovetinin deputatı  1957-1959 cu  illər.
  •  Azərbaycan SSR  Dağlıq Qarabağ  Muxtar Vilayət  sovetinin  deputatı  1959-1961 ci illər.
  • Azərbaycan SSR  Dağlıq Qarabağ  Muxtar Vilayəti,Stepanakert (Xankəndi ) şəhər  sovetinin deputatı  1961-1963 cü illər.
  • Azərbaycan SSR  Dağlıq Qarabağ  Muxtar Vilayəti ,Stepanakert (Xankəndi ) şəhər  sovetinin deputatı   1963-1965 cı  illər.
  • Azərbaycanın  SSR "Əməkdar  mühəndisi "  adına 26 iyun 1974 cü  ildə  layiq görülüb.
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur  23avqust  1983 cü il.
  • Azərbaycan  Respublikası Prezidenti   İlham  Əliyevin sərəncamı ilə  "Tərəqqi" medalı ilə  18 oktyabr 2011 ci  ildə təltif  olunub. 

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]