Kamal Xudaverdiyev — Vikipediya

Kamal Xudaverdiyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Ağahüseyn Xudaverdiyev
Rövşən Xudaverdiyev
Atası Ağahüseyn Xudaverdiyev
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
IMDb ID1293053

Kamal Ağahüseyn oğlu Xudaverdiyev (3 may 1938 – 23 aprel 2008) — Azərbaycan Respublikasının xalq artisti (1991).[1] Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri.

Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb.

Həyatı[redaktə | mənbəni redaktə et]

Xudaverdiyev Kamal Ağahüseyn oğlu 3 may 1938-ci ildə Bakıda doğulub.

1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində aşağıdakı rolları oynayıb:

  • Raul («Orlean qızı» Fridrix Şiller),
  • Fərman («Yalan» Sabit Rəhman),
  • Lətif («Söz yarası» Qeybulla Rəsulov),
  • Aslan («Kəndçi qızı» Mirzə İbrahimov),
  • Laert («Hamlet» Vilyam Şekspir),
  • İbad («Almaz» Cəfər Cabbarlı),
  • Aslan («Kəndçi qızı», Mirzə İbrahimov),
  • Otar («Qəribə oğlan»),
  • Kamandar («Bağlardan gələn səs»),
  • Kərim bəy («Tənha iydə ağacı»),
  • Knyaz («Xurşidbanu Natəvan», İlyas Əfəndiyev),
  • Maqduf («Maqbet», Vilyam Şekspir)
  • Kral Lir («Kral Lir», Vilyam Şekspir),
  • Denni («Qızıl», Y.O`Nil),
  • Sezar («Kölgələrin oyunu», Y. Edlis),
  • Şah Edip («Şah Edip», Sofokl),
  • Çingizxan («Sokratı anma gecəsi», Ç. Aytmatov və M. Şahanov),
  • Loğman («Yollara iz düşür»),
  • Ulu əcdad («Hara gedir bu dünya?»),
  • Salman Tahirov («Cəzasız günah»),
  • Aqşin («Dar ağacı», Bəxtiyar Vahabzadə),
  • Süpürgəçi («Ah Paris.. Paris…», Elçin),
  • Murtuza Muxtarov («Mesenat», Əli Əmirli).

Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar ifa etmişdir:

  • İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım),
  • Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy),
  • Mehdi Hüseynin «Alov» (Qaşqay),
  • Əlibala Hacızadənin «Yadigar» (Müəllim),
  • Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (doktor),
  • Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi),

Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.

Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.[2]

23 aprel 2008-ci ildə ürək çatımazlığından həyata gözlərini yumdu. Prezident təqaüdçüsü idi.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) - rol: Cəlal Qaşqay
  2. Apardı sellər Saranı (film, 1996)
  3. At ilinin birinci ayı (film, 1993)
  4. Atayevlər ailəsi (film, 1978) (İldırım)
  5. Bayramın Son Günü (Firuz)
  6. Birisigün, gecəyarısı... (film, 1981) - film səsləndirən: Pçelintsev (Yuozas Budraytis )
  7. Bizim qəribə taleyimiz (film, 2005)
  8. Dağıdılmış körpülər (film, 1996)
  9. Dağlarda döyüş (film, 1967) - rol: Baş leytenant Rəhimov
  10. De ki, məni sevirsən! (film, 1977) - film səsləndirən: Sürücü (Gümrah Rəhimov )
  11. Dədə Qorqud (film, 1975) - rol: Bəybecan/film səsləndirən: Qaraca Çoban (Elçin Məmmədov )
  12. Əlvida, cənub şəhəri (film, 2006)
  13. Ən vacib müsahibə (film, 1971) - rol: Həsənov
  14. Gözlə məni (film, 1980) - film səsləndirən: Kanuryov (Valeri Malışev )
  15. İflas (film, 2004)
  16. İstintaq davam edir (film, 1966) - rol: Çingizov)
  17. İtkin gəlin (film, 1994)
  18. Qanlı zəmi (film, 1985) - film səsləndirən: Tunc Vəli (Gümrah Rəhimov )
  19. Qara gölün cəngavərləri (film, 1984) - film səsləndirən: Qulu (Həşim Qadoyev )
  20. Qatır Məmməd (film, 1974) - film səsləndirən: Əhəd (Səməndər Rzayev )
  21. Qəzəlxan (film, 1991) - rol: Qafarzadə
  22. Qırmızı qar (film, 1998)
  23. Mənim ağ şəhərim (film, 1993) - rol: Baş həkim
  24. Nəsimi (film, 1973) - rol: Yusif
  25. Od içində (film, 1978) - film səsləndirən: İlyaşeviç (Anatoli Falkoviç )
  26. Otel otağı (film, 1998) - rol: Erol bəy
  27. Oyunçu (film, 2008)
  28. Özgə ömür (film, 1987) - film səsləndirən: Rüfət (Əli Haqverdiyev )
  29. Sarıköynəklə Valehin nağılı (film, 1980) - rol: Muradzadə
  30. Səmt küləyi (film, 1973) - rol: Quldur
  31. Son arzu (film, 2003)[3]
  32. Şahid qız (film, 1990) - film səsləndirən: Polkovnik (Həsənağa Turabov )
  33. Şərqin Səhəri (Cavanşir bəy)
  34. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) - rol: İlyas
  35. Tətil (film, 1991)
  36. Ulduzlar sönmür (film, 1971)
  37. Unudulan adam (film, 1987) (Doktor)
  38. Üzü küləyə (film, 1977) - rol: İlyas Məmmədov
  39. Vulkana doğru (film, 1977) - rol: Usta Əli
  40. Yadigar (Müəllim)
  41. Yurd yeri - rol: Mahal
  42. Yurd yeri 2 - rol: Mahal

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1991-ci il tarixli, 217 nömrəli Fərmanı Arxivləşdirilib 16 avqust 2022 at the Wayback Machine  (az.)
  2. "Kamal Xudaverdiyev". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  3. "Son arzu (film, 2003)". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-10.

Mənbə[redaktə | mənbəni redaktə et]