Kamal Kərimov — Vikipediya

Kamal Kərimov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti vokalçı-aktyor
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Teatr Azərbaycan Dövlət Musiqili Komediya Teatrı,
Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960

Kamal Həmid oğlu Kərimov (20 fevral 1925, Bakı13 yanvar 1995, Bakı) — Azərbaycan opera müğənnisi (lirik tenor), vokalçı-aktyor, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1960).

Həyatı[redaktə | mənbəni redaktə et]

Kamal Kərimov 20 fevral 1925-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə olarkən "Koroğlu" operasında Nadir roluna dəvət olunub. Böyük Vətən müharibəsinə yollanan K.Kərimov ali musiqi təhsilini müharibədən qayıtdıqdan sonra başa vurmuşdur.[1]

Lirik tenor səs tembrinə sahib olan Kamal Kərimov təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. 1949-cu ilin əvvəllərində, teatr bağlananda Filarmoniyanın nəzdindəki musiqili komediya ansamblında və daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. Bir müddət sonra müəllimliyə keçərək uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib.[1]

Kamal Kərimov 13 yanvar 1992-ci ildə Bakıda vəfat edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Musiqili Komediya Teatrında
Tamaşa Müəllif Rol
Məşədi İbad Üzeyir Hacıbəyov Sərvər
Arşın mal alan Üzeyir Hacıbəyov Əsgər
Ulduz Sabit Rəhman
Süleyman Ələsgərov
Bəxtiyar
Ürəkçalanlar Məmməd Səid Ordubadi
Fikrət Əmirov
Kirmanlı
Toy kimindir? Məhərrəm Əlizadə
Ağası Məşədibəyov
Mehman
Durna Süleyman Rüstəm
Süleyman Ələsgərov
Aşıq Murad
Gözün aydın Məhərrəm Əlizadə
Fikrət Əmirov
Alay
Hacı Qara[a] Mirzə Fətəli Axundov, Şəmsi Bədəlbəyli
Vasif Adıgözəlov, Ramiz Mustafayev
Heydər bəy
Bayadera İmre Kalman Racami
Qızılaxtaranlar Həsən Seyidbəyli
Tofiq Quliyev
Nadir
Kəndimizin mahnısı Kərim Kərimov
Zakir Bağırov
Lətif
Əlli yaşında cavan Zülfüqar Hacıbəyov Qulu
Keto və Kote[b] Levon Cubabiriya
Viktor Dolidze
Kote
Mavi mazurka Frents Leqar Yulian[c]
Opera Teatrında
Tamaşa Müəllif Rol
Koroğlu Üzeyir Hacıbəyov Nadir
Arşın mal alan Üzeyir Hacıbəyov Əsgər
Sevilya bərbəri Coakkino Rossini Qraf Almaviva
Demon Anton Rubinşteyn Knyaz Sinodal

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Mirzə Fətəli Axundovun eyniadlı əsəri əsasında Şəmsi Bədəlbəylinin librettosu
  2. Librettonun tərcüməçisi: Tələt Əyyubov
  3. Bu rolu rus truppasında ifa edib

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rəhimli, 2017. səh. 161

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.