Kalmıkiya — Vikipediya

Kalmıkiya
Хальмг Таңһч
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

46°34′ şm. e. 45°19′ ş. u.


Ölkə
İnzibati mərkəz Elista
Tarixi və coğrafiyası
Yaradılıb 16 may 1992
Sahəsi
  • 75.000 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 269.984 nəf. (1 yanvar 2021)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-KL
Avtomobil nömrəsi 08
Rəsmi sayt
Kalmıkiya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Milli yaşayış məskənləri

Kalmıkiya Respublikası (rus. Республика Калмыкия, kalm. Хальмг Таңһч) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Elista şəhəridir. Kalmıkiya Avropada buddizmin ən çox ibadət edildiyi yerdir.[1]

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Respublikanın ərazisi 75.9 min kvadrat kilometrdir. Əhalisi 327 min nəfərdir. Qərbdən Rostov vilayəti, cənubdan Dağıstan RespublikasıStavropol diyarı ilə həmsərhəddir. Kalmıkya neft (Vısokov, Göllərarası, Kanışan), təbii qaz (Yermolinsk, Mejev, İni-Burul), xörək duzu (Mojar) və tikinti materialları (Başantin, Arşan, Ulanxol) ilə zəngindir. İqlimi kəskin kontinental olub, isti və quru yaya, az qarlı və soyuq qışa malikdir. İyulun orta temperaturu 23, 26°S, yanvarın isə -8, -5°S-dir. 10°S-lik temperaturlu vegetasiya dövrü 180 gündən 213 günə qədər davam edir. Xəzər dənizinin sahillərində bataqlıqlar yayılmışdır.[2]

Tarix[redaktə | mənbəni redaktə et]

Kalmıkya-RSFSR-ın tərkibində 4 noyabr 1920-ci ildə muxtar vilayət kimi formalaşmış, 20 oktyabr 1935-ci ildə isə muxtar respublikaya çevrilmişdir. 1943-cü ildə muxtar respublika ləğv edilmiş, 1957-ci ildə isə bərpa edilmişdir. 1990-cı ilin oktyabr ayından Kalmıkya Respublika formasında fəaliyyət göstərir.

Əhali[redaktə | mənbəni redaktə et]

Ölkə üzrə ümumi əhalisi 283 214 nəfər. Respublikanın yerli əhalisi kalmıklar, qazaxlar, ukraynalılar, beloruslar, tatarlar və s.-dir. Orta sıxlıq hər km2-də 3,8 nəfərdir. Sıxlığa görə Yergeni və Stavropol yüksəkliyi fərqlənir (hər km2-də 10 nəfər). Ən az əhali isə Qara torpaqlarda cəmlənmişdir (hər km2-də 1 nəfər). Dağlılar ümumi əhalinin 37%-ni təşkil edir. İri şəhərlərinə Elista, Kaspiyskiy və Qorodovikovsk misaldır.[3].

Milli tərkibi[redaktə | mənbəni redaktə et]

Xalq 1926 il
min nəfər [4]
1939-cu il
min nəfər [5]
1959-cu il
min nəfər[6]
1970-ci il
min nəfər[7]
1979 il
min nəfər [8]
1989-cu il
min nəfər [9]
2002-ci il
min nəfər[10]
2010 il
min nəfər[11]
Kalmıklar 107,0 (75,8 %) 107,3 (48,6 %) 64,9 (35,1 %) 110,3 (41,1 %) 122,2 (41,5 %) 146,3 (45,4 %) 155,9 (53,3 %) 162,7 (57,4 %)
Ruslar 15,2 (10,7 %) 100,8 (45,7 %) 103,3 (55,9 %) 122,8 (45,8 %) 125,5 (42,6 %) 121,5 (37,7 %) 98,1 (33,6 %) 85,7 (30,2 %)
Darginlər 5,0 (1,9 %) 8,6 (5,0 %) 12,9 (4,0 %) 7,3 (2,5 %) 7,6 (2,7 %)
Qazaxlar 2,7 (1,2 %) 8,6 (4,6 %) 7,1 (2,6 %) 6,1 (2,1 %) 6,3 (1,9 %) 5,0 (1,7 %) 4,9 (1,7 %)
Məshəti türkləri 3,1 (1,1 %) 3,7 (1,3 %)
Çeçenlər 4,8 (1,8 %) 8,1 (2,8 %) 8,3 (2,6 %) 6,0 (2,0 %) 3,3 (1,2 %)
Avarlar 1,9 3,9 (1,2 %) 2,3 (0,8 %) 2,4 (1,0 %)
Ukraynalılar 14,6 (10,3 %) 1,1 1,6 3,3 (1,2 %) 3,7 (1,3 %) 4,1 (1,3 %) 2,5 (0,9 %) 1,5 (0,5 %)
Koreyalılar 1,1 0,6 1,0 (0,3 %) 1,3 (0,5 %)
Almanlar 2.6 (1,8 %) 4,15 (1,9 %) 1,5 5,2 (1,9 %) 5,5 (1,9 %) 5,6 (1,7 %) 1,6 (0,6 %) 1,1 (0,3 %)
Tatarlar 1.0 2,5 (1,1 %) 1,0 1,2 1,3 1,3 1,1 (0,4 %) 1,0 (0,3 %)
Kumıklar 1,5
Belaruslar 1,7 1,4 1,3
1000-dən çox adam sayı olan Xalqlar göstərilir

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Rayonlar[redaktə | mənbəni redaktə et]

Şəhərlər[redaktə | mənbəni redaktə et]

  • Elista – 104.254 nəfər (2002-ci il siyahıya almasına əsasən)[12]
  • Lağan – 14.345 nəfər (2002-ci il siyahıya almasına əsasən)[13]
  • Qorodovikovsk – 10.940 nəfər (2002-ci il siyahıya almasına əsasən)[14]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Earth to Kalmykia, come in please". The Economist. 18 December 1997.
  2. "RussiaOutdoors - Путешествия по России". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  3. "Росстат. Предварительная оценка численности постоянного населения субъектов Российской Федерации". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-18.
  4. "Demo həftəlik bir tətbiqdir. Statistik göstəricilər kataloqu". 2013-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  5. "Demo həftəlik bir tətbiqdir. Statistik göstəricilər kataloqu". 2013-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  6. "Demo həftəlik bir tətbiqdir. Statistik göstəricilər kataloqu". 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  7. "Demo həftəlik bir tətbiqdir. Statistik göstəricilər kataloqu". 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  8. "Demo həftəlik bir tətbiqdir. Statistik göstəricilər kataloqu". 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  9. "Demo həftəlik bir tətbiqdir. Statistik göstəricilər kataloqu". 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  10. "Rusiya siyahıyaalınması 2002 il". 2012-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  11. "2010-cu ildə Rusiya siyahıyaalınmasının yekun nəticələri haqqında informasiya materialları". 2012-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  12. "RussiaOutdoors - Путешествия по России". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  13. "RussiaOutdoors - Путешествия по России". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  14. "RussiaOutdoors - Путешествия по России". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.