Kaliforniya qızıl hərisliyi — Vikipediya

Kaliforniya qızıl hərisliyi
Tarix 1855
Başlama tarixi 24 yanvar 1848
Bitmə tarixi 1854
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kaliforniya qızıl mənbələri

Kaliforniya qızıl hərisliyi — 1848-ci il yanvar ayının 24-də ştatın paytaxtı olan Sakamento yaxınlığında başlayıb. Həmin gün taxta zavodunun su hovuzunu Ceyms Vilson Marşal Amerikan çayı sahilində qızıla oxşar nəsə tapır. Metalın azot turşusu ilə yüngülvarı yoxlanışı göstərir ki, Marşalın əlində saxladığı metal noxud boyda yüksək əyarlı qızıl dənələridir. Taxta zavodunun sahibi isveçrəli mühacir və qızılaxtaran sahibkar qızılaxtaranların əraziyə gəlişini qarşısını almaq üçün bu tapıntını gizlətməyə çalışır. Lakin onların bütün cəhdləri nəticəsiz qalır, kəşfi yalnız bir həftə sirr olaraq saxlamaq mümkün olur.[1][2] Kəşf xəbəri yayılan kimi, ABŞ-nin digər ştatlarından və xaricdən təqribən 300.000 insan Kaliforniyaya gəldi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qısa bir müddətdə xəbər San-Fransisko şəhərinə qədər yayılır. Yerli qəzetlər təzə xəbəri çap etməyə tələsir. Bəziləri isə bunu növbəti qəzet sensasiyası kimi qəbul edir. Əlbəttə ki, qızlın aşkar olduğu ərazidə külçə axtarışına çıxan inşalar insanlar peyda olur. Amma hələ ki kütləvi axtarışlardan söhbət belə gedə bilməzdi[3] .

Kaliforniyadakı qızıl yataqlarının "təbliğatında" mühüm rol isə San-Fransiskodan olan Sem Brennan adlı tacirin öhdəsinə düşür. Məhz o bilərəkdən Kaliforniya torpaqlarında gizlənən böyük sərvət və qızıllar haqqında şayiələr yaymağa başlayır. Ən maraqlısı isə odur ki, Brennan özü heç də müstəqil şəkildə qızıl axtarışı ilə məşğul olmağa can atmır, bu onun heç ağlının ucundan belə keçmir. O, sadəcə ona ümid edir ki[4], əgər bura kəşfiyyatçıların və qızıl axtaranların kütləvi axını olarsa, onda o, öz gündəlik tələbat və məişət mallarını daha yaxşı sata biləcək, onun satışları artacaq. Beləliklə, bu yerə insanlar axın etməyə başlayanda Sem onlara bel, kürək, tavan-qaza və çoxlu sayda digər əşyalar sata bilər. Yekunda o bunun sayəsində xeyli sərvət toplamağa müyəssər olur. Həmin dövr üçün kifayət qədər zəngin insana çevrilir[5][6].

Kaliforniyada çap edilən elan. Elanda gəminin qızıl olan ərazilərə, hərəkət edəcəyi bildirilir, (1850)[7].

Xəbərlərin yayılma arealı genişləndikcə , qızılaxtaranların sayı da tədricən artır. Əgər əvvəlcə bu yaxın kənd və şəhərlərin əhalisi idisə, tezliklə Kaliforniyaya digər ştatlardan da insan axını başlayır. Gələnlərin bir çoxu hətta yüksək əziyyət tələb edən bu işə yerli hindu əhalini də cəlb edir ki, işin çətin və qara hissəsini onlar görsün[8]. Tapılan qızılın miqdarı o qədər çox olur ki, ilk ilin sonunda San-Fransiskodan bu qiymətli metal ilə yüklənmiş gəmilərin apardığı qızılın miqdarı yarım milyon dollara bərabər olur, bu qızıl sikkə istehsalı üçün nəzərdə tutulmuşdu[9].

Marşallın unikal tapıntısından sonra, Kaliforniyada qızıl hərisliyinin tarixi daha böyük şiddətlə inkişaf etməyə başlayır. Tezliklə xəbər bütün Amerikaya yayılır. Syerra-Nevadanın (ABŞ-nin cənub-qərbində) qərb yamacları boyunca 320 km uzunluğunda, 130 km enində olan zolağın qızıllı olduğu aşkar edilir[10]. Daha sonra xəbər bütün dünyaya yayılır. Bununla da buraya nəinki Amerikadan, Çin, Avstraliya, Yeni Zelandiya kimi uzaq ölkələrdən qızıl axtaranların axını başlayır. 1849-cu ildə əhalinin sayı 80 minə qədər artmışdı, cəmi 10 ildən sonra isə bu rəqəm 400 min nəfərə çatır[11][12].

Kaliforniyada qızıl istismarı bir neçə il davam etmişdir. Qızıl səpintiləri qızılaxtaranların tələbatını ödəmirdi. Qızılaxtaranlar artıq səpintilərin deyil, qızıl filizlərinin kəşflərini gözləyirdi. 1850-ci ilin oktyabrında Qold Hill dağının yaxınlığında ilk qızıl damarı tapıldı və burada tezliklə Nevada Siti şəhəri salandı[13]. Uzunluğu 190 km, eni isə 2 km olan filiz zonası Ana damar adlandırılmışdır. Burada qızıl 40 mədəndə 100 ilə yaxın müddətdə hasil olunurdu[14]. Qızıl damarlarının çoxu 1350 m dərinliyə qədər istismar edilirdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının qızıl istehsalının üçdə birini Kaliforniya ştatında olan mədənlərdən əldə edilirdi[15].

Qızıl kəşfiyyatçıları arasında müxtəlif peşədən olan insanlar var idi: fermerlər, əsgərlər, müəllimlər və digər adamlar. Amma onların hamısını bir ümumi məqsəd birləşdirirdi: onlar bura öz "amerika arzularını" reallaşdırmaq üçün gəlmişdi.

Bəzi nəzərə çarpacaq əngəllərə baxmayaraq, Kaliforniya qızılını çıxarmaq elə də çətin deyildi -əksər hallarda o, demək olar ki, ayaqların altına səpilmişdi. Alyaskanın donmuş torpaqlarından onu tapıb çıxarmaq daha çətin idi. Alyaskada qızıl olması ilə bağlı ilk iddialar 1872-ci ildə eşidildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""The Gold Rush of California: A Bibliography of Periodical Articles". California State University, Stanislaus. 2002. 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-23. (ing.)
  2. "Marshall Gold Discovery SHP". 2010-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
  3. "California Gold Rush, 1848–1864". Learn California.org, a site designed for the Secretary of State of California. July 27, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 22, 2011.
  4. For a detailed map, see California Historic Gold Mines Arxivləşdirilib dekabr 14, 2006, at the Wayback Machine, published by the State of California. Retrieved December 3, 2006.
  5. Bancroft, Hubert (1888), pp. 32–34.
  6. "Gold Nugget". National Museum of American History (ingilis). 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2021. This small piece of yellow metal is believed to be the first piece of gold discovered in 1848 at Sutter's Mill in California, launching the gold rush. James Marshall was superintending the construction of a sawmill for Col. John Sutter on the morning of January 24, 1848, on the South Fork of the American River at Coloma, California, when he saw something glittering in the water of the mill's tailrace. According to Sutter's diary, Marshall stooped down to pick it up and "found that it was a thin scale of what appeared to be pure gold." Marshall bit the metal as a test for gold.
  7. Holliday, J. S. (1999), p. 60.
  8. Brands, H. W. (2002), pp. 103–121
  9. Rawls, James J. (1999), p. 5.
  10. Rohrbough, Malcolm. "No Boy's Play: Migration and Settlement in Early Gold Rush California." California History 79, no. 2 (2000): 25–43. Accessed December 7, 2020. doi:10.2307/25463687. pg.32–33
  11. Holliday, J. S. (1999), p. 51. "800 residents"
  12. Rawls, James J. (1999), p. 9.
  13. Starr, Kevin and Orsi, Richard J. (eds.) (2000), pp. 53–56.
  14. Rawls, James J. (1999), p. 3.
  15. Rohrbough, Malcolm. "No Boy's Play: Migration and Settlement in Early Gold Rush California." California History 79, no. 2 (2000): 25–43. Accessed December 7, 2020. doi:10.2307/25463687. pg.33

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]