Kakao tozu — Vikipediya

Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un.

Kakao içkisini kakao tozundan hazırlayırlar. Kakao paxlasından yağ aldıqdan sonra (bu yağ şokolad və şokolad məmulatı istehsalında istifadə olunur) yerdə qalan jmıx üyüdülür və kakao tozu əldə edilir.

Çay və qəhvəni tərkibində alkoloid kofein vardır. Kakaoda isə teobromin maddəsi vardır ki, bu da ürək – damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması içkinin qidalılıq dəyərini artırır.

Kakao tozundan adi kakao, südlü kakao, qatılaşdırılmış südlə kakao və digər içkilər hazırlanır.