Kainatın genişlənməsi nəzəriyyəsi — Vikipediya

Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir.

Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar.

Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik

Fəlsəfədə kainatın genişlənməsinə münasibət[redaktə | mənbəni redaktə et]

Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb. Subyektivist filosoflar iddia edirlər ki, nisbilik nəzəriyyəsinin, və yaxud kvant mexanikasının bəzi anlaşılmazlığı fizika müstəvisində deyil, psixoloqiya müstəvisindədir. Bəziləri məsələn Yunq bunun cavabını hətta okkultizmdə axtarırdı.

Fizik Pauli hesab edirdi ki, fiziki reallığı insan özü yaradır. O iddia edirdi ki, əgər insan bir şey fikirləşsə o dərhal materiallaşır. Bu idealizmlə materializmi barışdırmaq kimi qiymətləndirilir. Lakin bu fəlsəfənin birinci məsələsini həlli ola bilməz. Çünki suallar qalır. Biz kiminsə reallığı yaratdığını, və yaxud hazır reallığın kimdəsə təəsurat oyatdığını dəqiq deyə bilmirik. Daha doğrusu təbii elmlər bunun cavabını bilmir. Təbii elmlərdəki böhranın səbəbləri, ictimai elmlərin geriləməsindədir. İctimai təsəvvürlərin insanın şüuruna təsirini biz dana bilmərik. Təbii elmlər özləri bunun cavabını bilmir. Bunun cavabını ictimai elmlərdə axtarmaq gərəkdir. Soruşa bilərsiz ki bir şeyin ki cavabını təbii elmlər verə bilmir, ictimai elmlər necə cavablandıracaq? Tələsməyin, bir halda ki onsuz da başqa yolumuz yoxdur, səbir edin.

Qədim Misirdə kahinlər təbii elmlərin sirlərinin daşıyıcıları idilər. Eyni zamanda onların ictimai həyatdaki rolu danılmazdır. Təbiət hadisələrini müşahidə edib öyrənən kahinlər, yeri gələndə, bu bilikləri ictimai həyatdada tədbiq edirdilər. Məsələn günəşin və ayın tutulmasını filan tanrının insanların filan günahına olan qəzəb nümayişi kimi qələmə verib məbədin ictimai nüfuzunu artırırdılar. Firon günəşin oğlu elan olunmuşdur və insanlar təbiətdə olduğu kimi içtimai həyatda ona sitayiş edirdilər. Amma getdikcə kahinlərin sirrləri aşkara çıxmağa başladı. Yunanlar bu sirrləri içtimailəşdirdi. Daha bunlar sirr deyil ümumi biliklər idi. Biliklər ictimailəşdikcə onlar rasionallaşdı, çünki onlar artıq təkcə göy cisimlərinin müşahidəsi riyaziyyat və həndəsə, Misirdə daha çox ehtiyac duyulan elmlərdə deyil, Qədim Yunanıstanda daha boyük insan toplumunun içtimai həyatını tənzimləyən proseslərin izahını tələb edirdi. Beləliklə yunan fəlsəfəsı meydana gəldi. Fəlsəfə bütün elmləri ümumiləşdirdi. Dövlət və ictimai təlimlər yarandı.

Din və kainatın böyüməsi[redaktə | mənbəni redaktə et]

Səmavi dinlər yunan fəlsəfəsi ilə şərq dini təlimlərinin sintezi idi. Orta əsrlərdə içtimai həyat dindən ayrı deyildir. Fəlsəfə təqdir olunmurdu. Buna baxmayaraq Əflatunun təlimi müsəlman filosofları tərəfindən mənimsənilmişdir. Kəlamçılarla filosofların mübahisəsi qedirdi. Kəlamçılara görə elm yalnız müqəddəs kəlamların izahı ilə məşğul olmalı idi. Bunlar filosoflara bir cavab kimi ortaya çıxdılar. Əflatunun obyektiv fəlsəfəsinə qarşı onlar ancaq subyektiv fəlsəfəni qoya bilərdilər. Məsələn İbn Sinaya qədər uzun müddət elə bilirdilər ki insanın görmə qabiliyəti gözündə olan işıqla bağlıdır yəni gözlər özləri işıq mənbəyidir, bu da subyektiv fəlsəfənin təzahürü idi, İbn Sina həkim olduğuna görə onu bu nəticə qanə etmirdi. Kəlamçıların təzyiqinə baxmayaraq, o işığın gözdə əks olunmasını subut etdi. Rəsmi dini cərəyanlar onu kafir adlandırırdılar.

Kant nəzəriyyəsi və kainatın genişlənməsi[redaktə | mənbəni redaktə et]

Subyektiv fəlsəfənin zirvəsi Kant sayılır. O real dünya ilə insan və başqa əşyalar arasında olan birbaşa əlaqəni inkar edirdi. Arada apriori , yəni əvvəldən olan təcrübəni yerləşdirirdi. Bu təcrübə vasitəsilə "Özündə əşyalar" bir-biriləri ilə əlaqə yaradır. Bəs bu təcrübə nədir. Buna ən sadə misal elmi laboratoriyalar. Mikroskopik bir şeyi görmək üçün ona böyüdücü şüşşə vasitəsilə baxmaq lazımdır. Subyektiv fəlsəfəyə görə, obyekt xüsusi, subyektlə şərtləndirilən haldır. Subyekt olmasa obyektdə olmaz. Lakin bu hər şeyi baş-ayaq təsəvvür etmək kimidir. Subyekt aparıcı ola bilməz.

Yeni dövrün məhsulu olan Kant nəzəriyyəsi, içtimai təsəvvürlərdə olan çevrilişlərlə dolayısı ilə bağlıdır. Böyük Fransız inqilabı ərəfəsində olan yeni insan haqqında təsəvvürlər, filosoflara insanın hər şeyin ölçüsü olmasını təlqin edirdi. Kant və başqaları bu fikirlərin təsiri altında olmaya bilməzdirlər. Lakin subyektiv filosoflar bunun birbaşa içtimai elmlər nəzərə alınmadan, təbii elmlərə ötürülməsi ilə yanlışlıqlara qapılırdılar. Alman içtimai fikrinin fransızlarla müqayisədə zəif olması içtimai dəyişikliklərin mümkün olmaması qənayətinə gətirib çıxarırdı. Alman cəmiyyətində hökm sürən pərakəndəlikdə bunun səbəblərindən idi. Buna müsbət təsirini inqilabın yetirməsi olan Napoleonun Almaniyanı işğal etməsi də göstərirdi. Belə şəraitdə ictimai fəallığ təlqin olunmurdu. Fəlsəfə daha çox barışdırıcı mövqedən çıxış etməyə çalışırdı. Kanta görə əşyaların bir-birilə əlaqəsi şərtsiz, mümkün deyil. Bu şərt subyektin daxilindədir, əşyalar isə, yəni obyektiv dünya, xaricindədir. Burada ziddiyət yaranırdı. Heqel şərti subyektin daxilindən xaricinə çıxardı. Adınıda qoydu Mütləq ideya. Lakin içtimai fikrin məhdudluğu Heqeldəndə yan keçmədi.

Heqelin həzəriyyəsinin zəif yeri onun dövlət haqqında olan təsəvvürləridir. Marks Heqel nəzəriyyəsinin məhz bu tərəifini daha çox inkişaf etdirib və tərsinə çevirib. Bunun nəticəsində yeni içtimai formaya(formasiyaya) keçidi əsaslandıran nəzəriyyə yaranıb. Beləliklə içtimai elm Marksın sayəsində, təbii elmlərlə bərabərləşib və hətta irəliyədə keçib. Artıq təbii kəşfləri, içtimai elmlər istiqamətləndirirdi. Məhz bu materialist düşüncəsinin təntənəsi, təbii elmlərə revanş almağa imkan verdi.

Nisbilik nəzəriyyəsi və kainatın böyüməsi[redaktə | mənbəni redaktə et]

Eynşteynin nisbilik nəzəriyyəsinə içtimai elmlərdə olan materialist yanaşmasının təsirini danmaq olmaz. Təbii elmlərdə olan dar düşüncənin çərçivələri qırıldı. Nisbilik nəzəriyyəsi həm də müxtəlif ideoloqiyaların yanaşı müvcudluğunun təbiii elmlərdəki əksi idi. Hər iki ideoloji düşərgədə bu nəzəriyyə qəbul olundu. Bu onların arasında bərabərlik işarəsini qoydu. Nisbilik nəzəriyyəsi materiyanın yeni keyfiyyətini üzə çıxardı, mütləq surəti, bu obyektiv fəlsəfə ilə subyektiv fəlsəfənin barışdırılması idi. Belə ki işıq surətini təsəvvür etmək mümkün deyil. Bu yalnız nəzəriyədə mümkün olan şeydi. O biri tərəfdən nisbiliyin özü zaman məfhumu ilə bağlı məsələdir. O mənada ki bu gün mütləq olan sabah nisbi olur. Bu nəzəriyyə sözün əsl mənasında zamanda səyahəti mümkün etdi. Bu nəzəriyyənin nəticəsində təbii elmlər yenə irəli çıxdı. Kvant fizikasında olan kəşvlər isə bu qələbəni bərkitdi. Fəlsəfənin ümumiləşdirici funksiyası danıldı. Pozitivizm hökm sürdü. Lakin həyat yerində durmur. İctimai münasibətlərdəki dəyişikliklər məhz təbii elmlərin fəaliyyətinin birbaşa nəticəsidir. İnternetdə sosial şəbəkələrin inkişafı bunun göstəricisidir.