Kadokawa Shoten — Vikipediya

Kadokawa Shoten
yap. 株式会社角川書店
Loqonun şəkli
Loqosu.
Ölkə Yaponiya Yaponiya
Əsas şirkət Kadokawa Corporation
Yaranma tarixi 10 noyabr 1945
1 aprel 2003 (Kadokawa Holdings filialı)
Qurucu Qenyoşi Kadokava
Qərargah Fucimi, Çiyoda, Tokio, Yaponiya Yaponiya
Əsas insanlar Şiniçiro İnoe (prezident və CEO)
Nəşrlər kitablar, jurnallar, manqalar, videooyunlar
İşçi sayı 160
Sayt shoten.kadokawa.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kadokawa Shoten (角川書店?), keçmiş Kadokawa Shoten Co., Ltd. (株式会社角川書店, Kabushiki gaisha Kadokawa Shoten?)Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. 1 oktyabr 2013-cü ildən Kadokawa Corporation şirkətinin bir hissəsidir. Kadokawa manqa və jurnallar nəşr edir (məsələn, "Newtype" jurnalı). Kadokawa Shoten şirkəti böyümüş və videooyun ilə film sektoruna da daxil olmuşdur (Kadokawa Pictures kimi).

Tarix[redaktə | mənbəni redaktə et]

Qenyoşi Kadokava şirkətinin əsası Qenyoşi Kadokava tərəfindən 10 noyabr 1945-ci ildə qoyulmuşdur. Nəşriyyatın ilk nəşriyyat imprinti Kadokawa Bunko 1949-cu ildə nəşr olunmuşdur. 2 aprel 1954-cü ildə şirkət xalqa açılmışdır. 1975-ci ildə Qenyoşi Kadokavanın ölümündən sonra şirkətin başına Haruki Kadokava keçmişdir. 1 aprel 2003-cü ildə Kadokawa Shoten adı Kadokawa Holdings adı ilə əvəz olunmuşdur və mövcud olan nəşrlər Kadokawa Shoten-ə transfer olunmuşdur. 1 iyul 2006-cı ildə əsas şirkətin adı Kadokawa Group Holdings olmuşdur. Jurnal nəşriyyatı Kadokawa Magazine Group şirkətinə transfer olunmuşdur. Kadokawa Shoten-in videooyun şirkətləri olan ASCII Media WorksEnterbrain Kadokawa Games adı altında birləşdirilmişdir.[1] Kadokawa Shoten 1 oktyabr 2013-cü ildə 8 şirkətlə birləşərək Kadokawa Corporation şirkətini əmələ gətirmiş və kabuşiki qayşa olmağı dayandırmışdır.[2]

Filialları[redaktə | mənbəni redaktə et]

  • Kadokawa Haruki Corporation: 1976-cı ildə film istehsalı şirkəti kimi qurulmuşdur. Daha sonra Kadokawa Shoten ilə birləşmişdir. Haruki Kadokava tərəfindən 12 sentyabr 1995-ci ildə Kadokawa Haruki Corporation nəşriyyata çevrilmişdir.
  • Fucimi Şobo: 1991-ci ildə şirkət Kadokawa Shoten şirkətinə birləşdirilmişdir, amma Kadokawa Shoten şirkətinin filialı kimi fəaliyyət göstərir.
  • The Television: 1993-cü ildə Kadokawa Shoten ilə birləşmişdir.
  • Kadokawa Media Office: 1993-cü ildə Kadokawa Shoten ilə birləşmişdir.
  • Kadokawa J-com media
  • Kadokawa Gakugei Shuppan Publishing: Keçmiş adı Hichō Kikaku idi, 1 aprel 2003-cü ildə indiki adını almışdır.
  • Kadokawa Digix
  • Kids Net
  • Asmik Ace Entertainment
  • Cinema Paradise
  • Taiwan Animate
  • Chara Ani

Jurnallar[redaktə | mənbəni redaktə et]

Manqa başlıqları[redaktə | mənbəni redaktə et]

Videooyunlar[redaktə | mənbəni redaktə et]

Nəşr olunmuş[redaktə | mənbəni redaktə et]

İstehsal olunmuş[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "角川ゲームス、ニンテンドー3DS 参入と2011 年4 月からの新体制を発表 Wii、ニンテンドー3DS向け新作ゲーム『天空の機士ロデア』制作発表" (PDF) (Press-reliz) (Japanese). Kadokawa Games. 2012-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  2. "Kadokawa to Merge 9 Subsidiaries Into 1 Company". Anime News Network. March 28, 2013. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]