Ka (kana) — Vikipediya

ka
transliterasiyaka
dakuten ilə translit.ga
hiraqana mənşəyiyap.
katakana mənşəyiyap.
tələffüzüyap. 為替のカ
(Kavase no "ka")

(hiraqana) və ya (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır.

Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər.

か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur.

Yaranması[redaktə | mənbəni redaktə et]

Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər.

Yazılış[redaktə | mənbəni redaktə et]

か üçün yazılış qaydası.
カ üçün yazılış qaydası.

か hiraqanası 3 xətlə yazılır:[1]

  1. Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
  2. Birinci xətti yuxarıdan aşağı doğru gələn bir xətt kəsir.
  3. Sağ hissədə kiçik bir xətt.
Stroke order in writing ア
Stroke order in writing ア

カ katanakası 2 xətdən ibarətdir.

  1. Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
  2. Birinci xətti yuxarıdan aşağı doğru gələn bir xətt kəsir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gilhooly (2003)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Gilhooly, Helen. Beginner's Japanese Script. Teach Yourself. London: Hodder Headline. 2003 [1999]. ISBN 0-340-86024-3. OCLC 56469680.