Kərki — Vikipediya

Kərki
39°47′08″ şm. e. 44°56′37″ ş. u.
Ölkə
Rayon Sədərək rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 19 km²
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kərki xəritədə
Kərki
Kərki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KərkiAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.

1990–1993-cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.[2]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Arpaçayın sahilində, düzənlik ərazidə yerləşir. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəndin azərbaycanlı əhalisi 986 nəfərdir (2019-cu il).[3] İşğaldan sonra bura ermənilər köçərək azərbaycanlıların evlərini zəbt ediblər. 2011-ci ildə kənddə 151 erməni yaşayırdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kərki // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. "Sədərək döyüşləri". 2012-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-01.10.2020. https://www.stat.gov.az/source/demoqraphy/ Arxivləşdirilib 2019-10-19 at the Wayback Machine

Həmçinin bax[redaktə | mənbəni redaktə et]