Kərim bəy Mehmandarov — Vikipediya

Kərim bəy Mehmandarov
Şəxsi məlumatlar
Doğum tarixi 2 dekabr 1854(1854-12-02)
Doğum yeri
Vəfat tarixi 20 dekabr 1929(1929-12-20) (75 yaşında)
Vəfat yeri
Təhsili
  • İmperator Tibbi Cərrahiyyə Akademiyası[d]
Fəaliyyəti cərrah
Atası Mustafa bəy Mehmandarov
Həyat yoldaşları Aleksandra Mixaylovna Dolqanova, Şahzadə Zərri xanım Qacar
Uşaqları Mixail (birinci nikahdan)
Ədil bəy, Rəşid bəy, Surxay bəy, Turan xanım, Kübra xanım, Zəhra xanım, Nüşabə xanım və Məhbubə xanım

Təltifləri 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov (2 dekabr 1854, Şuşa20 dekabr 1929, Şuşa, Dağlıq Qarabağ) — Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. 1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirmişdi. Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdu. 1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdi.

1873-cü ildə Azərbaycana dönmüş, Yelizavetpol quberniyasının Cavanşir qəzasında həkim kimi çalışmışdı. Sonra Şuşa şəhərinə dəyişilmişdi. Şəhərdə çalışarkən ictimai işlərdə də fəal iştirak etmişdi. Kərim bəy əvvəlcə Difai Partiyası Şuşa komitəsinin sədri , daha sonra komitənin əsasında yaradılan Qarabağ Birlik Məclisinin sədri olmuşdur.

1895-ci ildə Məmmədrza ağa VəkilovƏbdülxalıq Axundov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis etmişdir.

O, 1929-cu ildə vəfat edib.

Kərim bəy öncə Aleksandra Mixaylovna Dolqanova ilə ailə qurmuşdu. Bu izdivacdan Mixail adlı oğlu olmuşdi. İkinci dəfə Bəhmən mirzə Qovanlı-Qacarın qızı Zəri xanımla evlənmişdi. İkinci nikahdan Ədil bəy, Rəşid bəy, Surxay bəy adlı oğulları, Turan xanım, Kübra xanım, Nüşabə xanım və Məhbubə xanım adlı qızları vardı.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Kərim bəy Mehmandarov çar hökumətinin bir çox ödüllərini almışdı.

  • 1880-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav",
  • 1897-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna",
  • 1911-ci ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

  • Həyat yoldaşı Zəri xanım Qovanlı-QacarQacar şahzadəsi. Zəri xanım Bəhmən mirzə qızı Şuşa şəhərində anadan olmuşdu. Zəri xanım Əbdülkərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovla (Kərim bəy Mehmandarovla) dünya evinə girmişdi. Ədil bəy, Rəşid bəy, Surxay bəy adlı oğulları, Turan xanım, Kübra xanım, Nüşabə xanım, Zəhra xanım və Məhbubə xanım adlı qızları vardı.
  • Oğlu Ədil bəy Mehmandarov — 1885-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ədil bəy Mehmandarov Şuşa şəhər real məktəbini bitirəndən sonra Bakı şəhərində feldşerlik kursunda oxumuşdu. Bir müddət Şuşa şəhər xəstəxanasında çalışmışdı. Sonra icə təhsilini dəvam etmək üçün Mehmandarov imperator II Aleksandrın rəsmi adı altında açılmış Kiyev Politexnik İnstitutuna daxil olmuşdur və mühəndislik bölmədənə oxumuşdı. Burda oxuyarkən Qafqaz Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdu. Azərbaycana döndükdən sonra pedoqoji və ictimai-siyası fəaliyyətlə məşğul olmuşdu. Azərbaycanda sovetləşmədən sonra qeyri-leqal fəaliyyət göstərən Müsavat partiyasının aparıcı şəxslərindən biri idi. Bununla bərabər, Şuşa bələdiyyəsində işləmiş şəhərın abadlığına çalışmışdı. Sonra Bakı şəhərində ticarət bankında müvəkkil işləmişdi. Voladarski adına tikiş fabrikində təchizat şöbəsinə başçılıq etmişdi. Ordan da Azərbaycan Ticarət nazirliyinin Topdansatış mərkəzi bazasına direktor müavini göndərilmişdi. 1927-ci ildə siyası fəaliyyətinə görə həbs edilmişdi. Bir müddət həbsdə yatandan sonra buraxılmışdı. Həbsdən sonra müəllimliyə başlamışdı. Şuşa Pedoqoji Texnikumunda dərs demişdi. Ədil bəy Mehmandarov 1930-cu ildə yenidən həbs olunaraq, 5 il cəza almışdı. Həbsdən azad olunandan sonra iş yerinə qayıtmışdı. 1937-ci ildə tutulub Bakıya aparılmış və güllələnmişdi. Ədil bəy Mehmandarov Zivər xanım Əli bəy qızı Behbudova (1906–1983) ilə həyat qurmuşdu. 3 oğlu olmuşdu: Mustafa bəy Mehmandarov, Murad bəy Mehmandarov, Sabir bəy Mehmandarov.
  • Oğlu Rəşid bəy Kərim bəy oğlu Mehmandarov — 1885-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirəndən sonra Tiflis hərbi məktəbinə daxil olmuşdur. Kiyevdə oxumuş, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində zabit olmuşdur. 1937-ci ildə o da qardaşı kimi tutulub Bakıya aparılaraq güllələnmişdir.
  • Oğlu Rəşid bəy Mehmandarov
  • Qızı Məhbubə xanım Mahmudbəyova
  • Qızı Zəhra xanım Mahmudbəyova
  • Qızı Turan xanım MehmandarovFətulla bəy Rüstəmbəyov həyat yoldaşı

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Sovet Encyclopediyası (1982), c. 6, s. 470
  2. Çingizoğlu, Ənvər. Mehmandarovlar. Bakı: ATŞC-nin xəbərləri. 2002.