Kənd təsərrüfatı coğrafiyası — Vikipediya

Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y., Ensiklopedik ekoloji lügət. Bakı-Elm-2008

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. Kənd təsərrüfatı
  2. Coğrafiya