Kənan MM — Vikipediya

Kənan MM
Kənan Mahmudov
Doğum adı Kənan Mahmudov
Doğum tarixi (47 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Aygün Şükürova[1]
Uşaqları Hüseyn Mahmudov
Fatimə Mahmudova
Zeynəb Mahmudova[2]
Fəaliyyəti aktyor
rejissor
Fəaliyyət illəri 2013–h.h.
IMDb ID4802948

Kənan MM (tam adı: Kənan Mahmud oğlu Mahmudov; 17 may 1976, Naxçıvan, Azərbaycan SSR) — azərbaycanlı rejissor, ssenarist, şair, aktyor.[3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Kənan Mahmudov 17 may 1976-cı ildə Naxçıvanda anadan olub.[1] 1990-cı ildə "Koktel" jurnalı vasitəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərib. 1993-cü ildə əsgərliyə gedib. Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri və sənətçilərindən dərs alıb. İxtisası rejissordur. İlk dəfə Rövşən İsax tərəfindən aktyor kimi rol alıb. 2-ci dəfə Elxan Cəfərov, 3-cü dəfə Aqil M. Quliyev tərəfindən, 4-cü dəfə Eldar Quliyev tərəfindən rol alıb. İlk quruluşçu rejissor və aktyor kimi fəaliyyətə Ləkə serialı ilə başlamışdır. İlk vaxtlar Bakıda kirayədə qalmışdır.

Hobbisi[redaktə | mənbəni redaktə et]

Kənan Mahmudov taekvondo ilə məşğul olub. Sonralar kikboksinq ilə məşğul olub. Boş vaxtlarında idmanla məşğul olmağı, basketbol, futbol oynamağı sevir. Şair kimi fəaliyyəti var. 15 yaşına kimi fəal futbolla məşğul olub. Komandanın qapıçısı olmuşdur.[4] Kikboksdan illər əvvəl sol dizindən aldığı zədə nəticəsində əməliyyat olunub.[5]

Ailəsi[redaktə | mənbəni redaktə et]

25 avqust 2008-ci ildə gənc müğənni Aygün Şükürova ilə ailə həyatı qurub.[1] Bu cütlüyün Hüseyn, Fatimə, Zeynəb adlı övladları var.[2]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Ay brilliant (film, 2015)
  2. Dəmir qazan (film, 2017)
  3. Dərvişin qeydləri (film, 2013)
  4. Əlavə təsir (film, 2010)
  5. Gecə qonağı (film, 2015)
  6. Gecə qonağı 2 (film, 2017)[6][7][8]
  7. Qayıdış (film, 2016)
  8. Ləkə (teleserial, 2013)
  9. Qayıdış (teleserial 2020)
  10. Savaşçı (türk teleserialı 2018)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Kənan MM və Aygün Şükürovanın toyu olub[ölü keçid]
  2. 1 2 ""Kənan MM üçüncü dəfə ata oldu..."". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
  3. ""Kənan M.M.-in fəryadı: Şahin, məni niyə tək qoydun?"". 2017-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
  4. "Kənan M.M.: Hələ də o hərəkətimə inana bilmirəm – MÜSAHİBƏ". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
  5. "Kənan M.M əməliyyat olundu". 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
  6. "Kənan M.M-dən yeni FİLM - Gecə qonağı - 2". 2018-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
  7. "Kənan M.M: "Gecə qonağı-2"ni çəkmişəm, göstərməyə qorxuram"". 2018-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
  8. ""Gecə qonağı 2" filminin ilk videosu". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]