Kəmalə Piriyeva — Vikipediya

Kəmalə Piriyeva
Doğum tarixi 9 yanvar 1990(1990-01-09)[1] (34 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyət illəri 2007-ci ildən

Kəmalə Piriyeva (9 yanvar 1990[1], Bakı) — Azərbaycan teleaparıcısı və aktrisası.[2]

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da Bakı şəhərində doğulub.[3][4] [4] 1996–2007-ci illərdə Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb.[4] Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub.[4] 2007-ci ildə universitetdən Azad Azərbaycan televiziyasına təcrübə keçmək üçün göndərilib.[5] İlk işi 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7" yarışmasında aparıcılıq etmək oldu.[6] Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala", "Bir balaca oyun" kimi verilişlərdə aparıcılıq edir.[7] Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olur.[8] İlk dəfə Atv-də yayımlanan "Sirr" serialında rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir. Daha sonra o, "Sonuncu fəsil", "Miras", "Palata 106", "Vicdan haqqi", "Ər Arvad" seriallarında rol alır.[9] "Gecə qonağı 1", "Şər qarışanda", "Təhminə və Zaur", "Qız qalası" filmlərində müxtəlif rolları ifa etmişdir.[10][11][12]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Sirr (teleserial, 2012)
  2. Sonuncu fəsil (teleserial, 2013)
  3. Bozbaş Pictures (serial, 2013)
  4. Miras (teleserial, 2015)
  5. Gecə qonağı (film, 2015)
  6. Məhv olmuş gündəliklər (tamaşa)
  7. Palata 106 (film, 2016)
  8. Vicdan haqqı (teleserial, 2016)
  9. Şər qarışanda(film, 2016)
  10. Təhmin və Zaur (film, 2017)
  11. Qız qalası (film, 2019)
  12. Ər və arvad (serial, 2016)
  13. Xosrov və Şirin (film, 2021)
  14. Evdəqalmış (film, 2023)
  15. 21-ci möcüzə, film, 2024
  16. Səma ilə görüş

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Freebase Data Dumps. Google.
  2. "Kəmalə Piriyeva". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  3. "Kəmalə Piriyeva — Azərbaycanlı teleaparıcı və aktrisa". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  4. 1 2 3 4 "Kəmalə Piriyeva ilə bağlı inanılmaz faktlar ortaya çıxdı - Sən demə, atası ilə anası..." 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  5. "Kəmalə Piriyeva 10 il əvvəl - VİDEO". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  6. "Kəmalə Piriyeva 10 il əvvəl - VİDEO". 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  7. "Tanınmış aparıcı Kəmalə Piriyeva Türkiyənin məşhur muğənnisi Barış Mançonu təqlid edib". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  8. "Kəmalə Piriyeva: Hər gün evlənmək təklifi alıram (Foto)". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  9. ""Heç vaxt onunla ər-arvad ola bilmərik" - Kəmalə Piriyeva - FOTO". 2018-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  10. "Kəmalə Piriyeva: "35 yaşımdan sonra görərsiz" - FOTO". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  11. "Teleaparıcı Kəmalə Piriyeva: "Ailə qurmayacağam" - FOTO". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  12. "Azərbaycanlı aparıcı Kəmalə Piriyeva başını bağladı - FOTO". 2018-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]