Kəllə sinirləri — Vikipediya
Kəllə-beyin sinirləri (lat. nervi cranialis) - birbaşa kəllədən çıxan sinirlər. Kəllə (beyin) sinirləri beyin kötüyündən başlayırlar və miqdarı 12 cütdür. Rum rəqəmləri ilə nömrələnirlər və hər biri xüsusi ada malikdir. Kəllə sinirləri növbə ilə öndən dala doğru sayılır. Vəzifə etibarilə kəllə sinirləri üç qrupa bölünür:
- Hissi sinirlər lat. nn.sensorii, ya duyğu sinirləri (I, II və VIII cüt, yəni qoxu, görmə və dəhliz-ilbiz sinirləri)
- Hərəki sinirlər lat. nn. motorii (III, IV, VI, XI, və XII cüt, yəni gözün hərəki siniri, blok siniri, uzaqlaşdırıcı, əlavə və dilaltı sinirlər)
- Qarışıq sinirlər (V, VII, IX və X cüt, yəni üçlü, üz, dil-udlaq və azan sinirlər). Kəllə sinirlərinin bir qisminin (gözün hərəki sinirinin üz siniri ilə birləşmiş olan ara sinirin, dil-udlaq və azan sinirlərin) tərkibində parasimpatik və hərəki sinirlərin tərkibində simpatik liflər də vardır.
Kəllə sinirlərinin nömrələnməsi
[redaktə | mənbəni redaktə et]Kəllə sinirlərinin nömrələnməsi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Hissi sinirləri təşkil edən liflərin hüceyrə cisimləri, adətən, mühitdə (mərkəzi sinir sistemindən xaric) yerləşərək müvafiq qanqlionlar əmələ gətirir; başqa sözlə, bu qanqlionları təşkil edən yalançı unipolyar hüceyrələrin ucqar çıxıntıları - hissi sinirlərin özlərini və mərkəzi çıxıntıları - onların köklərini əmələ gətirir. Hissi sinirlərin mühitdə olan qanqlionlarına başlanğıc nüvələr - lat. nuclei originis deyilir.
Hərəki sinirləri təşkil edən liflərin hüceyrə cisimləri isə beyin kötüyündə (və ya onurğa beyində) yerləşərək hərəki başlanğıc nüvələr əmələ gətirir. Qarışıq sinirlərə gəldikdə, onların tərkibində olan hissi sinir liflərinin hüceyrə cisimləri ucqarda yerləşərək qanqlion təşkil edir; hərəki liflərin hüceyrə cisimləri beyində toplaşıb hərəki nüvələr əmələ gətirir. Beləliklə hissi sinirlərin başlanğıc nüvələri (qanqlionları) uzqarda, hərəki sinirlərinki isə mərkəzi sinir sistemində yerləşir.
Hissi sinirlərin və qarışıq sinirlərdə olan hissi liflərin bir də mərkəzi sinir sistemində (beyin kötüyündə) hissi nüvələri olur: bunlara uz nüvələr - lat. nuclei terminationes (nuclei terminales - BNA) deyilir; həmin nüvələr ikinci dərəcə neyronların hüceyrə cisimlərindən təşkil olunur.
Buradan aydın olur ki, hərəki sinirlərin yalnız başlanğıc nüvələri, hissi sinirlərin isə həm başlanğıc, həm də uz nüvələri vardır. beyində, onurğa beyində olduğu kimi, hərəki nüvələr, adətən, ön (ventral) tərəfdə, hissi nüvələr isə arxa (dorzal) tərəfdə yerləşir. Kəllə sinirləri onurğa beyin sinirlərinə bənzədiklərinə baxmayaraq; diferensiasiya etibarilə onlardan fərqlənir. Kəllə sinirlərinin diferensiasiyasına təsir etmiş hadisələrə: 1) duyğu orqan|duyğu orqanlarının və visseral qövs əzələlərinin inkişafı; 2) miotomların baş nahiyəsində reduksiya etməsi aiddir. Kəllə sinirlərinin onurğa beyin sinirlərindən fərqi ondadır ki, onurğa beyin sinirlərinin ventral (ön) və arxa kökləri bir-birilə birləşdikləri halda, kəlləsinirlərinin kökləri öz müstəqilliyini saxlayır; o onurğa beyni sinirlərinin, ya ventral və ya arxa köklərinə müvafiqdir, məsələn, III, IV, VI və XII cüt kəllə sinirləri, ehtimal ki, dəyişmiş onurğa beyni sinirlərinin ventral köklərinə və V, VII, IX, X və XI cüt sinirlər və onuröa beyni sinirlərinin arxa köklərinə müvafiqdir (homolojidir). Göstərilən sinirlərdən III, IV və VI cüt - üç əvvəlinci baş somitlərlə əlaqədar olaraq inkişaf edir və göz alması əzələlərini innervasiya edir. V, VII, IX, X və XI cüt sinirlər visseral qövslərlə əlaqədar olaraq diferensiasiya edir visseral qövs əzələlərini təchiz edir. I və II cüt kəllə sinirləri bilavasitə beyin qovuqlarından (lat. n. olfactorius - qoxu qovuğundan, lat. n. opticus - görmə qovuğundan) inkişaf edir; bunlar duyğu üzvlərinin xüsusi sinirləridir. VII cüt sinir də duyğu üzvü siniridir, ancaq mənşə cəhətcə üz sinirlərindən ayrılmışdır. XII cüt sinir isə onurıa beyin sinirlərinin birləşməsindən əmələ gəlmişdir. Kəllə sinirləri mənşə etibarilə cədvəldə göstərilən beyin qovuqlarına müvafiqdir.
Məlum olduğu kimi, hərəki sinirlər müxtəlif (effektor) impulsları mərkəzdən ucqar üzvlərə (sentrofuqal istiqamətdə) və hissi sinirlər, əksinə duyğu üzvləri vasitəsilə xarici mühitdən alınmış müxtəlif qıcıqları və daxili üzvlərdən aldıqları impilsları mərkəzə doğru (sentropetal istiqamətdə) daşıyır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979.
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома).