Küveyt milli futbol komandası — Vikipediya

Küveyt milli futbol komandası
FİFA Reytinqi 142 6 (12 avqust 2021)[1]
FİFA kodu KUW
Uniforma
Ev
Səfər

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk rəsmi oyununu 1961-ci ilin sentyabrın 3-də Mərakeşdə Liviyaya qarşı keçirən komanda 2:2 hesablı heç-heçə edib. Ən böyük hesablı məğlubiyyətləri 0:8 hesablı olub. İki dəfə. 1961-ci il, sentyabrın 3-də Mərakeşdə Misir, 2003-cü ilin noyabrın 19-da Portuqaliyada. Ən böyük hesablı qələbəsi 2000-ci ilin fevralın 14-də rəsmiləşib. Butanı evdə 20:0 darmadağın ediblər. Həmin il Sidney Olimpiadasının iştirakçısı olan Küveyt yalnız Asiya kubokunda uğuru ilə öyünür. 1976-cı ildə gümüş medal əldə edən ərəblər 4 il sonra növbəti yarışda çempion adını qazanıb. Asiya kubokunda (1984-cü ildə) bürünc medal götürərək, ardıcıl üç dəfə mükafatçılar sırasında yer alıblar. Dünya çempionatının final mərhələsinə yalnız 2 dəfə çıxan zəngin neft ölkəsinin təmsilçiləri hər iki halda qrup səddini aşa bilməyib. 1982-ci ildə İspaniyada keçirilən mundialda isə qalmaqal yaradıblar. Fransa ilə oyunda hesabda 1:3 geridə olarkən, baş hakimin qərarına etiraz əlaməti kimi oyunu davam etdirmək istəməsələr də, Şeyx Faxad Əl Əhmədin müdaxiləsindən və hakimin vurulan qolu ləğv etməsindən sonra daşı ətəklərindən töküblər[2].

Uğurları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.
  2. Küveyt yığması qonaq gəlir[ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]