Kür daşqını (2010) — Vikipediya

Kür daşqını2010-cu ilin may ayında Azərbaycan Aran zonasını əhatə edən genişmiqyaslı daşqın. Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu ərazilər suyun altında qalmışdır. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdır.

Dəymiş zərər[redaktə | mənbəni redaktə et]

50 min hektara yaxın ərazini su basmış və 20 mindən çox ev suyun altında qalmışdır. 300-dən çox ev tamamən dağılmışdır. 10 min hektarlarla əkin sahələrini və otlaqları su basması ilə təsərrüfata böyük zərər dəymişdir. 10 minlərlə insan isə öz ev-eşiklərini tərk edərək çadırlara yerləşdirilmişdi.

Nəticələrin aradan qaldırılması[redaktə | mənbəni redaktə et]

Nəticələrin aradan qaldılırılması məqsədi ilə güç strukturları[1] bura cəlb edilmişdir. Kürə daxil olan suyun həcmini azaltmaq məqsədi ilə Araz çayı tarixi məcrasına buraxılmışdır. Nəticələrin qismən aradan qaldırılmasına aylar tələb olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kür daşqını, Azərbaycan Fövqəladə Hallar Nazirliyi". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.