Kübra Fərəcova — Vikipediya

Kübra Fərəcova
4 mart 1947 – 19 sentyabr 1950
ƏvvəlkiƏsgər İsmayılov
SonrakıMahmud Əliyev
6 mart 1944 – 24 mart 1947
SonrakıSəftər Cəfərov
i. e. 1943 – 6 mart 1944
ƏvvəlkiXəlil Əfəndiyev
8 may 1938 – 9 sentyabr 1939
ƏvvəlkiMüseyib Hüseynov
SonrakıƏziz Əliyev
bayraq
Azərbaycan SSR xalq səhiyyə komissarının müavini
bayraq2
1937 – 1938
KomissarMüseyib Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 16 may 1907(1907-05-16)
Doğum yeri
Vəfat tarixi oktyabr 1988 (81 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, pediatr, həkim

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1960 "Səhiyyə əlaçısı" döş nişanı (SSRİ)

Kübra Yəhya qızı Fərəcova (16 may 1907, Qubaoktyabr 1988, Bakı) — Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1970), professor (1971), Azərbaycan SSR əməkdar həkimi (1960), səhiyyə əlaçısı (1964). Kübra Fərəcova 1938–1939-cu illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1947–1950-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Kübra Yəhya qızı Fərəcova 1907-ci il may ayının 16-da[1] Qubada qulluqçu ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüş və ilk təhsilini burada almışdır. Dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbini bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin qızlar gimnaziyasında davam etdirmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Kübra Fərəcova ibtidai məktəblər üçün müəllimlər hazırlayan 3 aylıq kursu bitirərək Kürdəmirdə məktəb təşkil etmiş və burada qadınlar arasında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərmişdir.[2] Kübra Fərəcova 1924-cü ildə Göyçaya köçmüş, iki il burada və Ağdaşda müəllimlik etmişdir. 1926-cı ildə Qazaxda məskunlaşaraq orada uşaq bağçasında tərbiyəçilik etmişdir.[3]

Kübra Fərəcova 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Həmin illərdə o, ÜİK(b)P üzvlüyünə qəbul olunmuşdur. Həkimlik diplomunu aldıqdan sonra Azərbaycan LKGİ Mərkəzi Komitəsində "Ana və uşaqların mühafizəsı" adlı elmi iş üzərində Elmi-Tədqiqat İnstitutunda çalışmalar aparmışdır.[2]

1937-ci ildə Kübra Fərəcova Azərbaycan SSR xalq səhiyyə komissarının müavini vəzifəsində irəli çəkilmiş, bir neçə aydan sonra isə Azərbaycan SSR xalq səhiyyə komissarı təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində (1942–1943) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmiş, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmışdır. 1947–1950-ci illərdə Azərbaycan SSR səhiyyə naziri olmuşdur.[2] SSRİ Ali Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–3-cü çağırış) deputatı seçilmişdir.[1]

Kübra Fərəcova 1950-ci ildə N. K. Krupskaya adına Ana və Uşaqları Mühafizə İnstitutunun direktoru təyin olunmuş və 30 ilə yaxın bu instituta rəhbərlik etmişdir. 1979-cu ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. 1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasın müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 120-dək artıq elmi əsərin, 20-yə yaxın metodiki tövsiyənin və broşurların müəllifi olmuşdur. O, həmçinin dəfələrlə Azərbaycan Dövlət Tibb İnstitutunda dövlət imtahan komissiyasının sədri olmuşdur.[2]

Kübra Fərəcova 1988-ci ildə (bəzi mənbələrə əsasən 1 oktyabr[2] və ya 18 oktyabr[4]) Bakıda vəfat etmişdir.[5]

1992-ci ilin sentyabrında Azərbaycan Respublikası səhiyyə nazirinin əmri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna Kübra Fərəcovanın adı verilmişdir.[3]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Азәрбајҹанда ана вә ушагларын мүһафизәси. Бакы: 1968
  • Методические рекомендации по организации, контролю и оценке физического развития детей дошкольного возраста в сельской местности Азербайджанской ССР (совм. с М.Н.Бахшиевым). Баку: 1977

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Фәрәҹова Күбра Јәһја гызы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 537.
  2. 1 2 3 4 5 Azərbaycan səhiyyəsinin tarixi: [Kubra Yəhya qızı Fərəcova] // Mərkəzi Klinika (Bülleten-5). mart 2015. S. 4.
  3. 1 2 "Qubalı Əməkdar həkim Kübra Fərəcova". shimal.news. 20 avqust 2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2022.
  4. Fərəcova Kübra Yəhya qızı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 9-cu cild: Fedinq – Gitara. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2020. 600 səh.
  5. Fərəcova Kübra Yəhya qızı // Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 143. ISBN 5-896001-366-8.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]