Küçüksu sarayı — Vikipediya

Küçüksu sarayı
Küçüksu kasrı
Xəritə
41°04′42″ şm. e. 29°03′53″ ş. u.
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Yerləşir İstanbul
Tikilmə tarixi 1856
Üslubu Osmanlı memarlığı
Vəziyyəti muzey
Rəsmi sayt millisaraylar.gov.tr/sou…
Küçüksu sarayı (İstanbul)
Küçüksu sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Küçüksu (Kiçiksu) sarayı və ya Göksu (Göysu) sarayıİstanbulun Küçüksu səmtində, Göksu dərəsi ilə Küçüksu dərəsi arasında, Boğaziçində Üsküdar-Beykoz sahilyolu üzərində yerləşən saray. Sultan Abdülməcid tərəfindən Nigoğos Balyana tikdirilmiş, tikinti 1856-cı ildə başa çatdırılmışdır. Keçmiş adı "Göksu Qəsri" olan bu bina, padşahların, Bosfor sahillərindəki qəsrlərindən biridir. Qəsrlər yalnız hökmdarların malı sayılan və sarayların xaricində inşa edilən köşkdən böyük binalardır. Davamlı yaşayış üçün istifadə edilməyən qəsrlər, padşahların dincəlmələri üçün vaxt keçirdikləri yerdir.

Qəsrin tarixi[redaktə | mənbəni redaktə et]

Osmanlı tarixində Lalə Dövrü adı ilə keçən dövr, yeniçəri üsyanı qanlı bir şəkildə sona çatdıqdan sonra, Kağıthanədə yerləşən saray, köşk, yalı və s. binalar talan edib dağıdılmışdır. Bu hərəkət bir xalq qiyamı xarakterində olmadığından qısa bir müddət sonra hər şey köhnə halına qayıtmışdır. Belə bir şəraitdə taxta çıxan I Mahmud, Kağıthane və ətrafını abadlaşdırmaq əvəzinə, Bosfor sahillərində dincəlməyi və əylənməyi üstün tutmuşdur. Küçüksu padşahın Boğazda ən çox sevdiyi yerlərdən biri olmuşdur. Sədrəzəm Divitdar Mehmed Əmin Paşa, padşahın bu yeri çox sevdiyini hiss edincə, özünə bu yerdə bir qəsr tikdirilməsini təklif etmiş və müsbət cavab alanda da, qəsrin tikdirilməsi üçün lazımi əmrlər vermişdir.

Mühəndis Yusif əfəndi, bir plan hazırlayaraq, Küçüksuda taxta bir bina inşa etməyə başlamışdır[1]. Qəsr 1751-ci ildə böyük təntənə açılmıştır. Qəndilli yamaclarında quyular qazılaraq qəsrə su çəkilmişdir. Gətirilən su qəsrin ehtiyacını ödəməklə yanaşı, hovuz və fantanlar üçün də istifadə edilmişdir.

Sədrəzəm qəsrin döşəmə xərclərini, Kedhüda Bey (Kədxuda Bəy), Defterdar Efendi (Dəftərdar Əfəndi), Reis Efendi (Rəis Əfəndi), Çavuş Başı, Yeniçeri Ağası (Yeniçəri Ağası), Cebeci Başı (Cəbəçi Başı), Darphane Naziri (Dərbxana Naziri), Gömrükçü ilə Buğdan (Boqdan) Voyvodası arasında paylaşdırmışdır. III Səlim dövründə Küçüksu qəsri tamamən təmir etdirilmiş, qəsrin qabağına böyük bir bulaq tikilmişdir. Qəsrin digər bir təmiri də II Mahmudun hakimiyyəti dövründə olmuşdur.

Küçüksu qəsri XVII əsrdən başlayaraq müxtəlif mənbələrdə Bağçe Göyü adı ilə tanınan hasbaxçanın misilsiz təbii gözəllikləri ilk olaraq Sultan IV Muradın (1623-1640) diqqətini çəkdiyi və XVIII əsrin əvvəllərində bu dairədə ilk tikintilərin göründüyü məlumdur[2]. Sultan I Mahmud (1730-1754) dövründə Divittar Mehmed Paşa, bu hasbahçenin dəniz sahilinə iki mərtəbəli və taxta bir saray tikdirib, bu bina III Səlim (1789-1807) və II Mahmud dövrlərində təmir olunaraq istifadə edilmişdir. Sultan Abdülməcit dövründə isə (1839-1861) padşahın əmri ilə sökülmüş və yerinə bugünkü qəsr inşa edilmişdir.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Küçüksu qəsri

1857-ci ildə istifadəyə verilən yeni Küçüksu qəsrinin memarı Nikoğos Tayın Kalfadır[3]. Kərpic və daş istifadə edilməklə ucaldılan bina, orta hesabla 15 mt x 27 mt-lik bir sahədə yerləşir. Zirzəmi ilə birlikdə üç mərtəbəli olan binanın zirzəmi qatı mətbəx, ərzaq anbar və xidmətçi otaqlarına ayrılmış, digər mərtəbələr isə bir ortaq məkana açılan dörd otaq formasında tikilmişdir. Hər bir otaq, həm dəhlizə, həm də arxasındakı digər bir otağa açılır. Dənizə baxan otaqlarda iki, sahil tərəflərdə isə biri yerləşir. Bu xüsusiyyəti ənənəvi Türk evi plan tipini əks etdirən quruluş, istirahət və ov üçün istifadə edilən, bir "əyləncə qəsri" xarakterli bina dövlətə məxsus digər saray tikililərinin əksinə, yüksək divarlarla deyil, dörd istiqamətdə qapısı olan və tökmə üsulu düzəldilmiş zərif dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Sultan Əbdüləziz dövründə (1861-1876) cəbhə bəzəmələri əldən keçirilən struktur, zaman-zaman müxtəlif təmirlər görərək günümüzə çatmış, ancaq bu arada köhnə saraydan qalmış və müxtəlif funksiyalarda əlavə tikililərini itirmişdir.

Qabartmalarla bəzəkli və hərəkətli dəniz tərəfində, bu cəbhəyə söykənmiş şadırvanlı kiçik hovuzunda, pilləkənlərində müxtəlif qərb bəzək motivləri istifadə edilmişdir. Otaq və salonlar dəyərli sənət əsərləri ilə döşənmiş, bu iş üçün Vyana Operası dekoratoru Sechana tapşırılmışdır[4].

Uzun kənarı dənizə paralel, dördkünc planlı bir quruluşdur. Yerdən 3 mt qədər yüksək bir alt hissəyə oturan iki mərtəbədən ibarətdir. Dəniz tərəfi üç şaquli hissəyə ayrılmışdır. Bunlardan ortadakı düz, yanlarda dairəvidir. Orta hissədə yerləşən qapıya at nalı formalı iki qollu görkəmli bir mərmər pilləkənlə çıxılır. At nalının iki qolu arasında fəvvarəli mərmər bir hovuz yer alır. Giriş hissə dörd sütunun daşıdığı kəmərli bir dəhlizin arxasına doğru çəkilmişdir. Birinci mərtəbədə boydan boya iki eyvan vardır. Üst qatdakı konsollara daşıdılmış, birinci mərtəbədəki ayaqlara oturdulmuşdur. Binanın bütün tərəfləri ən hündürdə konsol üzərində irəli çıxan və damı örtən bir parapet divarı ilə tamamlanır.

Gips qabartma və qələm işi bəzəkli tavanları, bir Buxarı muzeyini xatırladan bir-birindən fərqli rəng və formada dəyərli İtalyan mərmərləri ilə tikilmiş buxarıları hər bir otaqda ayrı gözəl göstərməli və incə işləməli parketləri müxtəlif Avropa üslubundakı mebelləri, xalça və tabloları bənzərsiz bir sənət muzeyi xarakterli Küçüksu qəsri, Cümhuriyyət dövründə də bir müddət dövlət qonaq evi olaraq istifadə edilmiş və hal-hazırda bir muzey-saray funksiyasını yerinə yetirir.

1994-cü ildə əhatəli və müasir bərpa görən Küçüksu qəsri, xalqın ziyarətinə açıq saxlanılır, yanındakı estakada, bulaq meydanını və özünəməxsus bağçasını tarixi və keçmişdə olduğu kimi xalqın əylənib dincələcəyi bir yer kimi istifadəsi üçün işlər davam edir. Bu işlər sona çatanda, binanın bağçası digər saray, köşk və qəsrlərdə olduğu kimi milli və ya beynəlxalq xarakterli rəsmi qəbullara ayrılacaqdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şahsüvaroğlu, İstanbul Sarayları, s. 28.
  2. ""Kandil Bahçesi" adıyla padişahın has bahçelerinden biri olarak kullanılan Küçüksu ve çevresini IV. Murad'ın (1623-1640) çok sevdiği ve buraya "Gümüş Selvi" adını verdiği bilinmektedir". 2018-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  3. "Küçüksu qəsrinin tarixi və memarı haqqında məlumat". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  4. "Küçüksu qəsrinin memarlığı". 2015-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]