Jan Talon — Vikipediya

Jan Talon
fr. Jean Talon
Doğum tarixi
Doğum yeri Şalon-an-Şampan
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Fransa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Talon (8 yanvar 1626 – 23 noyabr 1694) — Yeni Fransanın birinci intendantı. Talon 2 dəfə Kral XIV Lyudovik və onun naziri Jan Batist Kolbert tərəfindən Kanada, Akadiya və Nyufaundlendə ədalətin, ictimai asayişin, maliyyənin intendantı kimi xidmət etmək üçün təyin edilmişdir: 1665–1668 və 1670 −1672. Talon kaloniyanın iqtisadi əsasını kürk ticarətindən kənd təsərrüfatına dəyişdirməyə çalışdı, lakin daha çox əhali olmadan buna nail olmaq mümkün deyildi. Talon Yeni Fransaya 800-dən çox kralın qızları (filles du roi) kimi tanınan mühacirlər də daxil olmaqla mühacirlərin gəlməsini təşkil etdi. Onlar burada evlənmək üçün gələn gənc yetim qızlar idilər. Talon evlilik təqaüdləri və körpə mükafatları sayəsində əhalinin artımını canlandırdı. Evlənəndə və yenidən uşaq sahibi olanda cütlüklərə maliyyə kompensasiyası verilirdi. O pivə hazırlamaq üçün kətan və mayaotu kimi yeni məhsullar təqdim edərək, gəmiqayırma zavodu və odun sənayesi başladaraq, dağ-mədən sənayesini ruhlandıraraq Yeni Fransanın iqtisadiyyatını fərqliləşdirməyə çalışdı. Talon Kanadanın Kvebek şəhərində 1668-ci ildə "La Brasseries due Roy" adında ilk pivə zavodunu açdı. Talon həmçinin əhalini, kənd təsərrüfatı istehsalını və çiçəklənən koloniyanın özəl sektorunun artırmaq üzərində işləyirdi.

Zəif və yoxsul Yeni Fransa[redaktə | mənbəni redaktə et]

Jan Talonun 1665-ci ildə fransız koloniyasına gəlişindən öncə Samuel de Şampleyn tərəfindən qurulan və Müqəddəs Lavrenti çayı boyunca yerləşən koloniya, yarım əsrdən çox bir zamandır mövcud olmasına baxmayaraq zəif və kasıb vəziyyətdə idi. Yüksəlişdəki uğursuzluq bir neçə əsas amilə əsaslanır: ticarət kampaniyaları tərəfindən koloniyanın pis idarə edilməsi, Fransa hissəsindəki unutqanlıq və xodenosaune və vendat klanları arasındakı müharibələrin səbəb olduğu dəhşətlər.

Koloniyanın inkişafı ticarət kompaniyaları tərəfindən batırılmışdı, çünki kompaniyalar koloniyanın yaşamasından daha çox pulu və gəliri qiymətləndirirdilər. Hansı ki, həqiqətən fərqi yox idi, çünki sakinlərin çoxu coureur des bois idi və onlar özlərini müdafiə edə bilirdilər.

Kardinal Rişelye Fransada Yeni Fransanın işləri üzrə nazir idi. Əvvəlcə o koloniyanın əhalinin sayını artırmaq cəhdləri ilə koloniyada vəziyyətin yaxşılaşmasında maraqlı idi, amma o müvəffəqiyyətli olmadı. Daha sonra onun diqqəti Avropa siyasətinə yönəldi və Yeni Fransanın işləri göz ardı edildi. 25 ildir ki, kolonistlər ərazinin yerli sakinləri irokezlərə qarşı amansız müharibədə iştirakın nətəcələri ilə yaşayırdılar. Yeni Fransada "Xaudenosauneylə" döyüş üçün kifayət qədər hərbi güc yox idi. Koloniyanın deqradasiyasına başqa situasiyalar da əlavə olundu — Yeni Fransa liderləri arasındakı daxili çəkişmələr, Fransadan gələn mühacirlərin azlığı, zəif kənd təsərrüfatı və ölən kürk ticarəti. Yeni Fransanın kolonistləri, qubernator və yepiskop kömək üçün Fransaya müraciət etdi.

Yeni Fransanın qurtuluşu[redaktə | mənbəni redaktə et]

Lyudovik və onun naziri Yeni Fransaya 1663-də yeni konstitusiya gətirməyi qərara aldı. 100 səhmdar kampaniyasının xartiyası 1647-də formalaşan Kvebekin köhnə şurasını ləğv etdi və Suveren şuranı yenidən təşkil etdi. Suveren şura qubernatordan, baş keşişdən (yepiskopdan), intendantdan, baş prokurordan (attorney), katibdən və beş məsləhətçidən ibarət idi. Onun funksiyalarına vətəndaş və cinayət işlərində ədalətin təşkili, asayiş, maliyyə, yol və ticarət məslələri daxil idi.

1665-ci ildə kral Yeni Fransaya təlim keçmiş əsgər alayı, bir canişin, yeni qubernator, yeni intendant, mühacirlər, işçi və vəsait (sursat) göndərdi. 12 sentyabr 1665-ci ildə San-Sebastyan gəmisi Yeni Fransaya qoşunların baş komandanı Prouville de Tracy, qubernator Sieur de Courcelle və ədalətin, maliyyənin və asayişin intendantı Jan Talon ilə gəlmişdi.

Jan Talonun Yeni Fransaya missiyasında ona bələdçilik edən Kolbert tərəfindən uzun təlimat məktubu yazıldı. Kilsənin və dövlətin qarşılıqlı əlaqələrini ələ alan təlimatlar yaxın zamanda yaradılan Vest Hind kompaniyasına yardım məsələsini müzakirə etdi və irokezlərə qarşı müharibədə necə müvəffəqiyyətli olmağı nəzərdən keçirdi. Digər təlimatlar arasında bunlar yer aldı: Suveren şuranın əsasının qoyulması və ədalətin idarəsi; Koloniyanın məskunlaşması və əhaliyə daha çox diqqət yetirilməsi; ticarət və sənayenin inkişafının əhəmiyyəti; Kilsəni saxlamaq üçün 10-da bir vergi məsələsi; gəmiqayırma tərsanələrinin yaradılması; kənd təsərrüfatının inkişaf etdirilməsi.

Kolonizasiyanın, kənd təsərrüfatının, gəmiqayırmanın və ticarətin yüksəlişi[redaktə | mənbəni redaktə et]

Treysi və Kursel irokezlərin hücumlarından koloniyanı müdafiə etməli idilər. Talon Yeni Fransaya gələndə onun ilk vəzifəsi qoşunu ərzaqla təmin etmək, döyüşdə qayğıya, tibbi diqqətə ehtiyacı olan əsgərlərə və işçilərə qayğı göstərmək idi.

Treysi, İrokezlərə qarşı uğurlu bir hücum başlatmış və koloniyaya sülh gətirərək qayda-qanun və harmoniyanı bərpa etmişdi. O, 28 avqust 1667-ci ildə Kanadanı tərk etdi, Kuesel qubernator oldu və Talon intendant kimi qaldı.

Talon sülhü bərpa etdikdən sonra kolonizasiya işlərini yerinə yetirə bildi. 1665-ci ildə növbəti ildə gələcək olan yeni mühacirlər üçün 40 evin tikilməsini həyata keçirmək üçün yezuitlərə verilən torpaqları geri aldı. Bu məskənlər, Bourq-Royal, Bourq-la-Reyn və Bour-Talon adlı üç qonşu kəndə toplandı.

Bu dövrün ən mühüm tarixi sənədlərindən bir Talon tərəfindən reallaşdırılmışdı. Koloniyanın ümumi əhalini siyahıya alması Yeni Fransanın koloniyası haqqında informasiyanı yığmaq üçün 1666–1667-ci il qışı ərzində keçirilmişdi. Bu bizim hər hansı bir qeydə (yazıya) malik olduğumuz birinci Kanada siyahıya almasıdır. Bu siyahıya almaya 1200 kişidən təşkil olunan kralın qoşununu daxil etmədi.

Talon məskunlaşma yerlərinin yaradılmasını yüksək təşkil etmişdi. Yeni kəndlər paytaxta daha yaxın qurulmuşdu, mühacirlər qarşılıqlı yardımı və müdafiəni təşkil etmək üçün mərkəzi bir nöqtədə cəmləşmişdilər. Uyğun olan evlər təzə gələnləri qəbul etməyə hazırlanmışdı. Talon bu evləri mühacirlərlə doldurmağa davam edirdi və hər kəndi dülgər, çəkməci (ayaqqabıcı), bənna kimi bacarıqlı sənətkarlala təmin etməyə çalışırdı. Talonun müstəmləkəçilik siyasəti əsgərlər və sakinlərə evlərin verilməsi idi. Onlar torpağa sahib oldular və kifayər qədər qida və lazımlı alətlər əldə etdilər. Onlara torpağın təmizlənməsi və ilk iki akrın becərilməsi üçün ödəniş ediləcəkdi. Öz növbəsində onlar 3 ya da 4 il ərzində daha 2 akr torpaq təmizləməli və hazırlamalı idilər, beləcə iki akr torpaq yeni gələnlərin növbəti hissəsinə verilə bilərdi.

Talonun müvəffəqiyyətli müstəmləkələşdirmə siyasəti altında ölkənin məskunlaşdırılması sürətlə inkişaf etdi. 1668-ci ildə keçirilmiş siyahıyaalma da olduqca qənaətbəxş rəqəmlər verildi. 1667-ci ildə 11,448 akr (4,663 hektar) torpaq becərilmişdisə, bu rəqəm bir il sonra 15,649 akr (6,333 hektar) olmuşdu.

Talon ictimai mallar üçün böyük səy göstərdi. Kənd təsərrüfatını yüksəldilməsi baxımından o buğda becərilməsinə təkan vermək üçün 1668-ci ildə St. Çarlz çayı yaxınlığında pivə zavodu inşa etdi. Bundan başqa cod parçanın istehasalı üçün koloniyada çətənəyə yüksək ehtiyac duyulurdu. Çətənə istehsalını artırmaq üçün sap monopoliyası yaratdı. O bazarlardakı bütün sapı tutdu və bilirdi ki, sapı əldə etmək üçün çətənə ilə mübadilə etməli idilər.

Talonun gəmiqayırma sənayesinə girişimi sayəsində ticarət yüksəldi. Gəmiqayırmanın inkişafı ilə Vest Hind adaları və Fransa ilə koloniyanın ticarətini genişləndirmək fikrində idi. O, həmçinin St. Lawrence çayı boyunca balıqçılıq sənayesinin inkişafını da təşviq etdi.

O koloniyanın əhalisini daha da artıq üçün evliliyin artırılması və uşaq sahibi olmaq üçün müxtəlif siyasətlər başlatdı. Evlənən gənc qadınlara intendant ev əşyaları və ərzaq almaq üçün 50 livr verirdi. Kralın fərmanına görə 20 yaşından tez evlənən hər gənc oğlana kralın hədiyyəsi adlanan 20 livr verilirdi. 1665–1668-ci illərdə imkansız gənc qadınların nikahını dəstəkləmək üçün 6000 livr və 4 kaptanın, 3 leytenantın, 5 gizirin və bir neçə zabitin evlənməsi və yerləşməsi üçün daha 6000 livr istifadə edildi. Bundan əlavə 10 uşaq sahibi olan ailəyə illik 300 livr təqaüd, 12 uşaqla birlikdə isə 400 livr verilirdi.

Koloniyada yaşayan qadın və kişilərin sayını tənzimləmək üçün və daha çox nikahlar üçün Fransadan Kanadaya aparılan qızlar diqqətlə seçilirdi. Onların bəziləri xeyriyyə müəssisələrində kralın himayəsi altında böyüyən yetimlər idi. Onlar kralın qızları adlandırılırdılar. Qızların qalanları isə dürüst ailələrə məxsus idi. Onları valideynləri könüllü olaraq yeni ölkəyə göndərirdilər. Çünki yeni ölkə qızlarını hər şeylə yaxşı təmin edəcəkdi. Bu gənc qızlara Kandaya gələndə bəziləri dərhal evləndirildi, bəziləri də bir müddətliyinə yaxşı ailələrdə yerləşdirildi.

Talonun gərgin səyləri əhalinin artımına böyük təkan verdi. 1665-də 3215 mühacir və 533 ailə var idi. Üç ildən sonra əhalinin nüfuzu 6282 mühacirdən və 1139 ailədən ibarət oldu. Jan Talon iqtisadi və siyasi sistemin əsaslarını qoymaq və ticarət, sənayeni inkişaf etdirmək üçün inadla çalışırdı.

İnzibatçılığın və daxili nizamın təminatı[redaktə | mənbəni redaktə et]

Talon əsas hökumət binalarını dizayn etmişdi, xüsusilə də ədalətin təşkilinə diqqət vermək üçün sarayı. Talon vəzifəsi sayəsində bir sıra hüquqlara malik idi. Vətəndaş məsələlərində bütöv yurisdiksiya ilə tək hökm vermək və s. Talon ədaləti hamı üçün əlçatan etmək istəyirdi. O, 3 səviyyəli sistem təklif etdi. Yerli hakimlər tərəfindən qəbul edilən qərarlara müraciətlər (apellyasiyalar) Kvebekdə dörd hakim tərəfindən qəbul edilə bilər. Son müraciətlər məhkəmə kimi fəaliyyət göstərən Suveren Şurasına verilirdi. 1669-cu ildə Talonun yazdığı memorandumda bunlar vardı: Ədalət ilk növbədə hakimlər tərəfindən həyata keçirilir; sonra Kvebek və Trua Rivierin yurisdiksiyalarının hər birində kompaniya tərəfindən təşkil edilmiş vətəndaş və cinayət işləri üzrə leytenant; və ən önəmlisi Suveren şura tərəfindən, hansı ki, bu son instansiyadır və bütün işləri həll edir (qərar verir). Talon məhkəmədən başqa bir nizam metodu qurmağa cəhd göstərdi. O, həmçinin torpağın qeydiyyatının ədalətli sistemini tətbiq etdi.

O zaman Suveren şura icracı, qanunverici, ədalətin məhkəməsi və müxtəlif komissiyalar kimi fəaliyyət göstərmişdir. Talon rəhbərliyi altında Suveren şura tərəfindən müəyyən edilmiş ən mühüm qanunlardan biri də spirtli içkinin idxalı və pivəbişirmə sənayesi yaradılması ilə bağlı idi. Fərmanda deyilirdi ki, əxlaqsızlığa Fransada külli miqdarda idxal edilən spirtli içkilər səbəb olmuşdur. Talon fikirləşirdi ki, koloniyada pivə zavodlarının tikilməsi spirtli içkidən həddindən çox istifadə problemini həll edəcək. Pivə zavodları həmçinin buğda istehsalı ilə koloniyanın kənd təsərrüfatını da dəstəkləyəcək. 1667-ci ildə Talondan ilhamlanmış Suveren şura ticarətin xüsusi imtiyazının təminatı üçün kanadalıların şirkətinin yaradılması haqqında məsələni müzakirə etdi. Xartiya Vest-hind şirkətinə ticarət inhisarçılığını verdi. 1668-ci ildə Suveren şura Kolbertə ticarətinin azadlığı üçün məktub göndərdi. Kolonistlər lazımlı mallarda yüksək qiymətlərdən və çatışmazlıqdan zərər çəkirdilər. Bu koloniya üçün zərərli idi.

Spirtli içkilərinin satışı həmişə yerli amerikalılara koloniyada qadağan edilmişdi. 1657-ci ildə bu qadağa yenilənmişdi və kral Dövlət şurasının fərmanına uyğun olaraq təsdiqlənmişdi. 1663-cü ildə Suveren şura birbaşa və ya dolayı yolla konyakın yerli amerikalılara satışını və verilməsini qadağan edən qanunu təsis etdi. Başlanğıcda Jan Talon Suveren şuranın qərarlarını dəstəkləyirdi. O, sonradan spirtli içkinin qadağan edilməsini bir səhv olaraq düşünməyə başladı — koloniyanın ticarətinə və ilərləməsinə və yerli amerikalı qəbilələr üzərindəki Fransız təsirinə zərər verdi.

İqlim sərt idi və bu Talonun sağlamlığına pis təsir göstərirdi. Talon onu Fransaya qaytarmağı iki dəfə xahiş etdi. O, ailəsinə qayğı göstərməli idi və çətinliklərdən qurtulmaq istəyirdi. Lyudovik XIV ona Fransaya qayıtmağa icazə verdi və Klod de Buteru onun vəzifələrini öz üzərinə götürdü. Talon 1668-ci ilin noyabrında Kvebeki tərk etdi.

Yeni Fransaya qayıdış[redaktə | mənbəni redaktə et]

Fransaya qayıdan Jan Talon Kanada koloniyasını dəstəkləməyə davam etdi. Kral və Kolber Kanada koloniyasının möhkəmlənməsi üçün onun planlarını həvəslə qəbul etdilər. Qoşunlar, işçilər, qadınlar, mühacirlər və vəsaitlər Talon təkliflərinə cavab olaraq göndərildi. Talonun Fransada qalışı qısa oldu. 10 may 1669-cu ildə kral Kanadaya qayıtmaq üçün Talonun yeni komissiyasını imzaladı. 18 avqustda o 1 il 9 ay Yeni Fransadakı yoxluğundan sonra yenidən Kvebekə gəldi.

Yeni Fransanın intendantı kimi 2-ci dövründə daha çox koloniyanın xarici işlərinə diqqətini cəmləşdirdi. O şimal, cənub və qərb istiqamətində Fransanın təsirini genişləndirmək istədi. 10 oktyabr 1670-ci ildə o krala yazdı: "Mənim gəlişimdən bəri Kanadanı daha çox tədqiq etmək üçün qətiyyətli adamlar göndərdim, bəzilərini qərbə, şimal-qərbə, başqalarını isə cənuba, cənub qərbə". Onun tədqiqat və kəşf etmə siyasəti Fransanın şan-şöhrətini artırmağa, ticarəti inkişaf etdirməyə istiqamətlənmişdi və buna görə də, Kanadanın gələcəkdəki böyükülüyünə yol açırdı. Ayrıca, Akadiyanın inkişafı vasitəsilə, o Yeni İngiltərə ilə sərhəd və şimal qəbilələri ilə ittifaqı Kanadanı gücləndirməyə çalışdı. Con gölündən Mistassini gölünə qədər və Hudson körfəzinə uzanan geniş sahələr ticarət fürsətləri yaratdı.

Kralın Dövlət şurasının sərəncamına əsasən Talon qrant kimi çoxlu sayda senyor torpaqlar vermişdi.

Miras[redaktə | mənbəni redaktə et]

Jan Talon siyasətini həyata keçirməklə yoxsulluqdan koloniyanı xilas etdi, kənd təsərrüfatını, müstəmləkələşdirməni, ticarəti, sənayeni və dəniz tikintisini inkişaf etdirdi. O ədalət və hökumətin əsasını möhkəmlətdi. Gələcəyə güclü bir baxışa malik olaraq, o Yeni Fransanın gələcəkdəki genişlənməsi və böyüməsi yolunu hazırladı.

Jan Talon 1672-ci ildə Kanadanı tərk etdi. Daha sonra o d'Orsenvilem qrafı oldu və Mariemon qalasının kapitanı təyin edildi. Son olaraq o kral kabinetinin katibi vəzifəsinə təyin edilmişdi.

Jan Talon 24 noyabr 1694-cü ildə 68 yaşında vəfat etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]