Jak Prever — Vikipediya

Jak Prever
fr. Jacques Prévert
Doğum adı Jacques André Marie Prévert[4]
Doğum tarixi 4 fevral 1900(1900-02-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 aprel 1977(1977-04-11)[2][3][…] (77 yaşında)
Vəfat səbəbi ağciyər xərçəngi
Fəaliyyəti şair, ssenarist, dramaturq, boyakar[d], yazıçı, rejissor, söz yazıçısı[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900[1][2][…], Nöyi-sür-Sen[5][4]11 aprel 1977[2][3][…]) — fransız şair və dramaturq.

Həyatı[redaktə | mənbəni redaktə et]

Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsədə o təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, "Sözlər" və "Əhvalatlar" adlı kitab- larını nəşr etdirib.

Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb ("Qəribə əhvalat" — 1937; "Dumanlı sahil"—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə "Tamaşa", 1966-cı ildə "Fatras", 1972-ci ildə "Əşyalar və başqaları", 1980-ci ildə isə "Gecə günəşi" əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.

Jak Prever 1977-ci ildə vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]