I Henri (Fransa kralı) — Vikipediya

I Henri
fr. Henri Ier de France
ƏvvəlkiII Robert
SonrakıI Filipp
Şəxsi məlumatlar
Doğum tarixi 4 may 1008(1008-05-04)
Doğum yeri
Vəfat tarixi 4 avqust 1060(1060-08-04)[1][2][…] (52 yaşında)
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası II Robert
Anası Arllı Konstansa
Həyat yoldaşları Friziyalı Matilda
Kiyevli Anna
Uşaqları I Filipp
Emma
Robert
Huq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Henri (fr. Henri Ier) (4 may 1008, Reyms, Fransa krallığı4 avqust 1060[1][2][…]) — Fransa kralı.[3][4][5]

Həyatı[redaktə | mənbəni redaktə et]

Kapetinqlər sülaləsinin üzvü olan Henri, 1008-ci ildə Reyms şəhərində dünyaya gəldi. Atası Fransa kralı II Robert, anası isə onun üçüncü xanımı Arllı Konstansadır. 1025-ci ildə kiçik qardaşı Robertlə birlikdə atasına qarşı ayaqlandı. Üstəlik bu üsyanda anaları Konstansa da onları dəstəkləyirdi. Bu üsyanın nəticəsində ataları II Robert Henrini ortaq kral olaraq elan etməyə məcbur edildi. 14 may 1027-ci ildə Reyms şəhərində baş tutan tacqoyma mərasimiylə Henri Fransa kralı elan edildi. Ancaq atasının öldüyü və tək monarx olduğu 1031-ci ilədək mühüm heç bir fəaliyyət göstərmədi.

Sələfləri kimi onun da səltənətinin ilk illəri taxt mübarizəsiylə keçdi. Belə ki, vaxtilə atasına qarşı ayaqlanan qardaşı Robert bu dəfə ona qarşı ayaqlandı. Bir il davam edən taxt mübarizəsi qardaşı Roberti 1032-ci ildə Burqundiya hersoqu elan etməsiylə başa çatdı.

İlk başda Normandiya hersoqu Vilhelmə yerli üsyanları yatırmaqda yardım etsə də, sonrakı illərdə yerli baronların üsyanını dəstəkləməyə davam etdi. Üstəlik 10541057-ci illərdə 2 dəfə Normandiyanı işğal edən I Henri Mortemer və Varavil döyüşlərində məğlub edildi. Müqəddəs Roma imperatoru III Henriylə yaxın münasibətlər quruldu. İmperatorla ilk görüş 1043-cü ilin əvvəllərində İvois şəhərində baş tutdu. Bu görüşdə imperatorun, kralın vassallarından birinin qızıyla evlənmə məsələsi müzakirə edildi. İkinci görüş 1048-ci ilin oktyabrında eyni yerdə baş tutdu və tərəflər arasında dostluq sazişi bağlandı. Onların üçüncü və son görüşü isə 1056-cı ilin mayında baş tutdu və Blua qraflığının aqibəti həll edildi.

I Henri 4 avqust 1060-cı ildə vəfat etdi və cənazəsi Sen-Deni bazilikasına dəfn edildi. Ölümünün ardından, hələ bir il öncə ortaq kral elan etdiyi azyaşlı oğlu Filipp taxta çıxarıldı və xanımı Kiyevli Anna kral naibəsi oldu. Ölümü əsnasında normanların 1058-ci ildən bəri işğal etdikləri Timert qalasının mühasirəsi davam edirdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

I Henri 1033-cü ildə Müqəddəs Roma imperatoru II Konradın 5 yaşlı qızı Matildayla nişanlandı. Ancaq cəmi bir il sonra nişanlısı vəfat etdi. Ardından eyni il içərisində Friziyalı Matildayla evlənsə də, bu nigahdan övladı olmadı. Xanımının 1044-cü ildə vəfatının ardından 1051-ci ildə Kiyev knyazı Yaroslavın qızı Annayla evləndi və bu nigahdan 4 övladı dünyaya gəldi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Bloomsbury Publishing
  • Clark, William W. (2006). Medieval Cathedrals. Greenwood Publishing
  • Brown, R. Allen (1969). The Normans and the Norman Conquest. Boydell Press
  • Gilbert of Mons (2005). Chronicle of Hainaut. Translated by Napran, Laura. The Boydell Press

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Lundy D. R. Henri I, Roi des Francs // The Peerage (ing.).
  2. 1 2 Frankreich (Heinrich I.) // Brockhauz Ensiklopediyası (alm.).
  3. Wolfram, Herwig (2000). Conrad II, 990–1039: Emperor of Three Kingdoms. Translated by Kaiser, Denise A. The Pennsylvania State University Press
  4. Douglas, David Charles (1964). William the Conqueror: The Norman Impact Upon England. University of California Press
  5. Weinfurter, Stefan (1999). The Salian Century: Main Currents in an Age of Transition. University of Pennsylvania Press