I Elizabet — Vikipediya

I Elizabet
ing. Elizabeth I
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1533[1][2][…] və ya 1533[3]
Doğum yeri
Vəfat tarixi 24 mart (3 aprel) 1603[1][2][…] və ya 1603[3]
Vəfat yeri
Vəfat səbəbi sepsis
Dəfn yeri
Sülalə Tüdorlar
Atası VIII Henri[4][5]
Anası Anna Boleyn[4][5]

Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Elizabet (7 sentyabr 1533[1][2][…] və ya 1533[3], Plasentiya sarayı[d], Böyük London regionu[d]24 mart (3 aprel) 1603[1][2][…] və ya 1603[3], Riçmond sarayı[d], Böyük London regionu[d]) — İngiltərənin Tüdor sülaləsindən olan sonuncu kraliçası. Əlavə olaraq İrlandiyanın və şərti olaraq Fransanın kraliçası hesab edilirdi. Həyatı boyunca heç vaxt evlənmədi və bu səbəbdən tarixi mənbələrdə Bakirə Kraliça adlanır.

I Elizabetin iqtidarda olduğu müddət İngiltərə tarixində Qızıl dövr(Golden age) adlanır. Dövrünün üzərindən 4 əsr keçməyinə baxmayaraq öz populyarlığını heç itirməmişdir.

Dünyaya gəlməsi[redaktə | mənbəni redaktə et]

Atası VIII Henrix,18 yaşında ikən kral olmuş,İspaniya kralı Ferdinand ilə kraliça İzabelin həyatda qalan yeganə qızları Katerina ilə ittifaq evliliyi etmək məcburiyyətində qalmışdı. Lakin 25 yaşında Elizabetin anası olacaq Anna Boleynə aşiq olmuşdu. Katerinadan ayrılmaq istəsə də qanunlar buna mane olurdu, İngilitərə də digər qərbi avropa ölkələri kimi katolik idi və buna görə də bu evliliyin gerçəkləşməsi üçün ruhani lider Papadan icazə istəməli idi. Papa icazə vermədi. İspanlar da bu evliliyə qarşı çıxırdılar və Katerina üzərindən İngiltərəni əl altında saxlamaq istəyirdilər.

Kral Henri evliliyini gerçəkləşdirmək üçün radikal bir addım atdı. Eşqi üçün ölkəsinin dinini dəyişdirdi. Hələ bir neçə il öncə Martin Lüterin kitablarını yandırıb, Protestantları edam etdirərək "dinin müdafiəçisi" ünvanına Papa tərəfinfən layiq görülən Henri yeni kilsə və məzhəb yaradaraq Anglikanizmi qurdu. Və ardından Anna ilə gizlincə evləndi, eyni il 7 sentyabr 1533-cü ildə Qrinviçdə Elizabet dünyaya gəldi.

Gənclik illəri[redaktə | mənbəni redaktə et]

Dəri rənginin həddindən çox ağ olması səbəbilə şans və uğursuzluq gətiriləcəyinə inanıldı və öldürülmək istəndi. Ancaq anası Anna Boleyn bu işə mane oldu. Anna Boleyn VIII Henrixin ikinci qadını idi. İki dəfə hamilə qalsa da, oğlan uşağı olmadı və kralın gözündən düşdü. I Elizabet hələ 3 yaşında ikən anası Anna Boleyn xəyanətlə ittiham olundu və edam edilərək öldürüldü.

Beləliklə, Elizabet kralın qeyri-məşru uşağı sayıldı və taxt namizədliyindən çıxarıldı. Atası VIII Henrix daha sonra Jane Seymour`la evləndi və Eduard adlı oğlu oldu. Ölmədən öncə qızı Elizabetanı məşru qızı olaraq elan etdi və beləliklə, Elizabetaya taxt yolu açıldı. 1547 tarixində atası vəfat etdi və ögey qardaşı VI Eduard taxta çıxdı. Ancaq ögey anası Jane Seymour`un qardaşı Tomas Seymour`la aralarında münasibət olduğu aşkara çıxdı və Tomas Seymour edam edildi. Elizabet isə 5 dəfə İncilə and içsə də, günahsızlığını isbat edə bilmədi və saraydan uzaqlaşdırıldı.

I Mariya dönəmi[redaktə | mənbəni redaktə et]

VI Eduard 6 iyul 1553-cü il tarixində vəfat etdi və ölümü gizli saxlanıldı. Mərhum kralın vəsiyətinə uyğun olaraq, 4 gün sonra uzaq qohumu sayılan Ceyn Qrey taxta çıxdı. Taxtını qorumaq məqsədilə faktiki taxt namizədi sayılan VIII Henrixin iki qızı — Mariya və Elizabeti aradan qaldırmaq istədi. Ancaq bu mübarizədə radikal katolik Mariya qalib gəldi və 9 günlük səltənətdən sonra Ceyn Qrey taxtdan endirilərək Tauer qalasına həbs olundu.

Ancaq həbs olunan Ceyn Qreyin atasının tərtibi ilə başlanan protestant üsyanı siyasi vəziyyəti gərginləşdirdi. Nəticədə üsyan yatırıldı, Ceyn Qrey və əri edam edildi və Elizabet ev həbsinə alındı. Bu üsyandan sonra radikal katolik olan Kraliça Mariyanın protestant düşmənliyi daha da artdı və ölkənin hər yerində qanlı məhkəmələr quruldu. Protestant olma şübhəsi görülən hər kəs cəzalandırıldı. Ölkədə yaranan protestant-katolik ziddiyəti iki bacı arasındakı münasibətləri də soyutdu. Bir neçə ay sonra I Mariya gələcək ispan kralı II Filipplə evləndi. İki dəfə hamilə qalsa da, uşaq dünyaya gətirə bilmədi və özündən sonra taxt namizədi olmadı. Qısa zaman ərzində xəstələnən Kraliça Mariya bəzi qaynaqlara görə, xərçəng xəstəliyinə tutuldu və vəfat etdi.

Səltənət illəri[redaktə | mənbəni redaktə et]

Kraliça Mariya 17 noyabr 1558-ci il tarixində vəfat etdi və protestant olan Elizabet taxta çıxdı. Mərhum kraliçanın əri II Filipp Elizabetlə evlənmək istəsə də, Elizabet bu təklifi rədd etdi. Bəzi mənbələrə görə, buna səbəb kraliçanın uşaqlıq dostu olan Robert Dudley olmuşdur. İlk iş olaraq Elizabet özünü İngiltərə kilsəsinin başçısı seçdi və bütün ölkədə protestantlığı elan etdi. Bunun nəticəsində bir çox sui-qəsdlərə məruz qalsa da, yaxın köməkçisi Sir Fransisko Walsingham`ın köməkliyi ilə bütün bunlardan xilas oldu. Katolik rəhbərliyi olan Şotlandiya krallığı ilə münasibətləri pozuldu və müharibə elan edildi. Bu dönəmdə Şotlandiya bibisi Marqaret Tüdorun nəvəsi Mariya Stüart tərəfindən idarə edilirdi. Fransa kralı II Fransiskin vəfatından sonra orada da hakimiyyəti ələ alan Mariya Stüart daha da gücləndi. Ancaq qısa zaman sonra Mariya Stüart ələ keçirildi və həbs olundu. Fransız qüvvələri isə geri çəkildi. Bir müddət burada həbs olunan Mariya Stüart daha sonra edam edildi. Beləliklə, I Elizabet Tüdor sülaləsinin yeganə varisi olaraq hakimiyyətini gücləndirdi. 1588-ci ildə İspaniya kralı II Filippin İngiltərəyə gəlişi zamanı böyük bir ispan donanmasının ingilislər tərəfindən yandırılması böyük təəccüb yaratdı və iki dövlət arasındakı münasibətləri korladı.

Uzun müddət ölkəni tək başına idarə edən I Elizabet 1603 tarixində vəfat etdi. Ölüm yatağında ikən əlində gənclik dostu olan Robert Dudley`in sevgi məktubu olduğu rəvayət edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118529870 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 4 Elizabeth I of England // SNAC (ing.). 2010.
  3. 1 2 3 4 A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 153. ISBN 978-1-85743-228-2
  4. 1 2 Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 335.
  5. 1 2 Kindred Britain.