I Əlaəddin Keyqubad — Vikipediya

Şirvanşah I Keyqubad ilə səhv salınmamalıdır.

1.Əlaəddin Keyqubad
1.Alaeddin Keykubat
1220 – 1237
(ləqəbi: Uluğ Sultan Uluğ Keykubat Dünya Hökmdarı)
ƏvvəlkiI İzzəddin Keykavus
SonrakıII Qiyasəddin Keyxosrov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Konya
Vəfat tarixi 31 Mayıs 1237
Vəfat yeri Kayseri
Dəfn yeri Konya
Fəaliyyəti monarx, Sultan
Atası I Qiyasəddin Keyxosrov
Uşaqları oğlanları:
II Qiyasəddin Keyxosrov
İzzəddin Qılınc Arslan
Ailəsi Səlcuq bəy
Dini İslam Sünni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Əlaəddin Keyqubad (Anadolu Səlcuqlu dövlətinin sultanı (1220-1237), sultan I Qiyasəddin Keyxosrovun oğlu. Hakimiyyətdə olduğu dövrdə inşa etdirdiyi və çoxu bu günə qədər gəlib çatan tikililərə, idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə dünya miqyasında ən tanınmış Anadolu Səlcuqlu sultanıdır. İnşa etdirdiyi və bu günə qədər qorunub saxlanan ən önəmli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhrdəki Qubadabad sarayıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

I Əlaəddin Keyqubad uşaqlıqda ciddi təlim-tərbiyə almışdır. Türk-islam adət-ənənələrinə görə Əmir Seyfəddin, Ay-Aba və Əmir Bədrəddin Gövhərtaş onun atabəyi təyin olunmuşlar. Keyqubad ana dili olan türk dili ilə bərabər fars, yunan və ərəb dillərini də öyrənmişdir. Bundan başqa o islam elmlərini və astronomiyanı da bilirdi.

1205-ci ildə Tokat məliki (valisi) təyin olunmuş və dövlət idarəçiliyi sahəsində ilk təcrübələrini toplamağa başlamışdır. Atasının vəfatından sonra hakimiyyət böyük qardaşı I İzzəddin Keykavusun əlinə keçmişdir. Bunu qəbul etməyən və taxta çıxmaq istəyen Keyqubad Ərzurum məliki Toğrul şah ilə ittifaqa girib Kayseriyə, böyük qardaşının üzərinə hücum etmişdir. Amma tərəfdarları onu tərk edib qardaşının tərəfinə keçəndən sonra Ankara qalasına sığınmaq məcburiyyətində qalmışdır. Keykavus Ankara qalasına hücum edib onu almış, qardaşı Keyqubadı Malatyadakı Minşar qalasına sürgün etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]