I Şapur — Vikipediya

I Şapur
𐭱𐭧𐭯𐭥𐭧𐭥𐭩
bayraq
Sasanilərin II şahı
bayraq2
12 aprel, 241 – may,272
ƏvvəlkiI Ərdəşir
SonrakıI Hürmüz
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Firuzabad, İran
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Atası I Ərdəşir
Anası Mirod
Həyat yoldaşları Gurzad, Xuranjim
Uşaqları
Dini Zərdüştilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Şapur (fars. شاپور اول‎; II əsr, Firuzabad, Fars ostanı272[1][2][…], Bişapur[d], Fars ostanı) — ikinci Sasani şahı.

İlk illəri[redaktə | mənbəni redaktə et]

Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı.[3] Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000lik Roma ordusunu məhv etdi.

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi.

260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi. Öz qələbəsi barədə bütün qonşu ölkələrə xəbər saldı ki, ona tabe olsunlar. Alban hökmdarı I Vaçe tabe olmaq istəməsə də, 262-ci ildə I Şapur Albaniyanı özündən asılı vəziyyətə gətirdi. 10 il sonra (272) I Şapur öldü və Albaniya asılılıqdan çıxdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. Gabrieli F. SHĀHPŪR // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1936.
  3. Cambridge History of Iran, Volume III, edited by Ehsan Yarshater (professor of Iranian studies, Columbia University, New York)

Anar İsayev, Rəhim Məcnunov, Muxtar Abbasov — Azərbaycan tarixi VI–XI sinif