IV Henrix — Vikipediya

IV Henrix
Henri IV de France
bayraq
Fransa kralı
bayraq2
2 avqust 1589 – 14 may 1610 (56 yaş)
ƏvvəlkiIII Henrix
SonrakıXIII Lüdovik
bayraq
Navarra kralı
bayraq2
9 iyun 1572 – 14 may 1610
ƏvvəlkiJeanne d'Albret
SonrakıII Lüdovik
Şəxsi məlumatlar
Doğum tarixi 13 dekabr 1553[1][2]
Vəfat tarixi 14 may 1610(1610-05-14)[3][4][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Dəfn yeri
Fəaliyyəti siyasətçi, monarx
Atası Antoine Navarre
Anası III Jeanne Navarre
Həyat yoldaşı Mariya Mediçi
Uşaqları XIII Lüdovik
Henretta Mariya
Fransalı Elizabet
Ailəsi Valua sülaləsi, Burbonlar
Dini Katolik, Xristianlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV Henrix (fr. Henri IV de France; 13 dekabr 1553[1][2]14 may 1610[3][4][…], Paris[5]) — Fransa kralı. IV Henrix Fransada dini müharibələrdən qalib çıxan, quqenotların başıçsı, 1572-ci ildən etibarən Navarra kralı 1589-cu ildən etibarən isə Fransa kralı olmuşdur. Burbonların banisi hesab olunur. IV Henrinin taxta olan hüquqları ölümcül yaralanmış halda öz tərəfdaşlarına Navarra monarxına sadiq qalmağı əmr etmiş III Henri tərəfindən təstiqlənmişdi, lakin yalnız uzunmüddətli mübarizədən onra o, Fransa kralı ola bilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün, Navarralı IV Henrix 1593-cü ilin 25 iyul tarixində katolikliyi qəbul etdi və artıq 1594-cü ilin 22 mart tarixində Parisə kral kimi daxil olmuşdur.[6] 1595-ci ildə roma papası IV Henrini kilsədən ayrılmasını və kafir elan olunması təhlükəsindən qorumuşdur. Məzhəblərarası mübarizələrə son qoymaq üçün IV Henrix 1598-ci ilin 13 aprelində protestantlara etiqad azadlığı bəxş edən Nant razılaşmasıını imzaladı, yalnız bundan sonra Hugenot müharibələri bitmişdir.

1610-cu ilin mayında katolik Fransua Ravalyakom tərəfindən Parisdə qətlə yetirilmişdir. 1610-cu ilin iyulun birində krallıq abbatlığı olan Sen-Denidə dəfn edilmişdir.Yetkinlik yaşına çatmamış 9 yaşlı oğlu XIII Lüdovikin əvəzinə hakimiyyətə bir müddətlik arvadı Mariya Mediçi gəlmişdir.

Uşaqlıq və gənclik dövrü[redaktə | mənbəni redaktə et]

IV Henrix ana tərəfindən olan babası Henrix de Albrenin qəsri Poda anadan olmuşdu.[7] Rəvayətə görə doğulduqdan sonra baba nəvəni qucağına almış, dodaqlarına sarımsaq sürtmüş və çaxır damızdırmışdır. Həmin vaxtlarda xəstəliklərin qarşısını almaq üçün bu adət geniş yayılmışdır.

Henrix uçaqlığını Karrazda keçirtmişdir.Karraz kiçik bir şəhər idi. Henrix Katolik kilsəsinin adətinə uyğun şəkildə xaç suyuna çəkilsə də kalvinizm prinsiplərinə sadiq olan anası Janna de Albre onu protestantlıq ruhunda tərbiyə etmişdir.

IX Karlın 1561-ci ildə yenidən taxta çıxması ilə Henrixin atası Antuan de Burbon onu Fransaya yaşıdı olduğu şahzadələrin yanına saraya gətirdi.Din seçimi onun valideynləri üçün mübahisə mövusu idi.Anası protestantlıq, atasi isə katoliklikdə təkid edirdilər..

Dini müharibələr zamanı Henrix Montarjedə hersoginya Renin himayəsində yaşayırdı. Protestant məzhəbinə qulluq edən Rene öz qəsrini dini bitərəflik yerinə çevirə bilmişdi.Müharibə vaxtı Henri sarayda qalırdı, daha sonra atasını itirdi. Bu zamanlar Henrix yeni bir müharibə olmasın deyə onu sarayda saxlayırdılar.O, Fransayla Navarra arasında sülhün təminatçısı kimi qaldırdı. Janna de Albre Yekaterina Mediçidən onun təhsil almasına və 1563-cü ildə Qieniyanın qubernator təyin edilməsində böyük rolu olmuşdur.

IV Henrix 1564-cü ildən 1566-cı illərdə IX Karlın Yekaterinə Mediçinin təkidi ilə təşkil etdiyi səyahətdə müşayət edirdi. Səyahət kral ailəsini ilk dini müharibədə müflis olmuş Fransanın mövcud vəziyyəti ilə tanış etmək məqsədi daşıyırdı. Səyahət zamanı Henrix anası ilə görüşdü. 1567-cı ildə Janna de Alnbre onun Bearna qayıdmasınını təklif etdi.

1568-ci ildə Henrix ilk hərbi döyüşündə – III dini müharibədə iştirak etdi. Protestant admiral Qaspar de Kolinoinin başçılığı altında o, Juarn, Lya Roş labey və Monkonturne döyüşlərində iştirak etmişdi.

Navarra Kral dövrü[redaktə | mənbəni redaktə et]

Anası Janna Dalbrenin 1572-ci ildə ölümündən sonra Henrix III Henrix adı altında Navarranın kralı oldu.[8] 1572-ci ilin avqustun 18 də Parisdə kral IX Karlın bacısı, həmçinin kraliçə Maqo adı ilə məşhur olmuş Marqarita Valois ilə evləndi.[9] Anna Dalbrenin qarşı çıxdığı bu siyası evlilik katolikprotestantları barışdırmaq məqsədi güdürdü. Gənc evlilər müxtəlif məzhəblərə qulluq etdiklərindən evlilik Paris Məryəm Ana kilsəsində deyil, müqqədəs papertisi kilsəsində həyata keçirilmişdi.

Vəziyyət dini zəmində get-gedə gərginləşdirdi.Parisdə gərgin vəziyyət səbəbindən bir neçə gün sonra avqustun 24 də katoliklər tərəfindən protestantlara qarşı Varfolomey gecəsi adlanan müthiş qətliam hazırlanırdı.[9][10][11]

1604-cü ildə türk dilinə tərcümə olunmuş sənəd.Sənəd Osmanlı imperiyası ilə Fransa imperiyası arasında imzalanan kaputilasiya müqaviləsidir.Sənədi Osmanlı İmperiyası tərəfindən I Əhməd Fransa tərfindən isə kral IV Henrix imzalamışdır.[12]

Henrix cəmiyyətdəki təhlükəli vəziyyətdən katoliklərin mövqeylərini müdafiə etməklə çıxa bildi.Fransız sarayında bir müddət qalmalı oldu.O, kralın qardaşı Fransisk Alansoski ilə dostluq münasibəti qurdu və 1573-cü ilin La-Roşeli mühasirəsində iştirak etmişdi. 1574-cü ilin aprelində narazıların çevrillişləri adlı hakimiyyət çevrilişində iştirakda şüphəli bilinərək Alanson Vensen qəsrində zindana salınmışdılar. Daha sonra kral tərəfindən bağışlanılmış və sarayda qalmasına icazə verilmişdir.III Henrinin taxta qayıtması münasibətilə Reymsdə təşgil olunan tacqoyma mərasimində iştrak etmişdir.

IV Henrix Navarralı 3 il sarayda qalmışdır. 1576-cı ilin fevralın 5 də saraydan qaçır və tərəfdaşları ilə birləşmək qərarına gəlir..[13] O, yenidən protestantlığı qəbul edir. Navarralı Henrix fransa dövlət sarayı ilə yaxşı münasibətlərini qorumağa çalışırdi hətta, Qeniyada qubernator funksiyasını icra etmək hüququnu özündə saxlayırdı. 1577-ci ildə o 6 cı dini müharibədə iştirak etdi.

Bu andan etibarən Henrix onu dini riyakarlığda ittiham edən prostestantların etimadsızlığı ilə üzləşdi. O, kalvinizmin ən hörmətli nümayəndələrindən olan Bearndan çəkinirdi. Bununla belə, katoliklər də ona qarşı düşmənçilik münasbəti bəsləyirdi. 1576-cı ilin dekabrında IV Henrix oz şəhərində pusquya düşdü. Onu son anda xilas etmək mümkün olur. Qienadan idarə olunan paytaxt Bordo da isə Henrixi kral hesab etmirdi. Henrix qəsri yaxınlığında yerləşən Ajendə məskunlaşdı. IV Henrix Bordo da yerləşən kral sarayına nəzarət edə bilmirdi.Saray iki dini etiqad ProtestantlıqKatoliklik arasında qalmışdı.

1578-ci ilin oktyabrından 1579-cu ilin mayına kimi NavarraFransa krallarını barışdırmağa çalışan Yekatirina Mediçi kralın qonağı olmuşdur.Henrixə təsir vasitəsi kimi onun həyat yoldaşı Margaritanı da özü ilə gətirmişdi.

Henrix həmfikirləri tərəfindən təşkil olunmuş dini müharibələrdə iştirak etmişdir.IV Henrinin iştirakı ilə keçirilən dini müharibələr çoxdur.[14] Bunlardan IV Henrinin iştirakı ilə baş tutan Coutras müharibəsi daha məşhurdur.[15] 1580-cı ilin mayında 3 günlük küçə döyüşlərinin olmasına baxmayaraq kütləvi qırğın və talanların olmadığı Kaoranın zəbti onun populyarlğının artmasına səbəb oldu.

Fransız taxtının varisi[redaktə | mənbəni redaktə et]

Fransa Kralı III Henrix Valua[redaktə | mənbəni redaktə et]

1584-cü ildə kral III Henri qardaşı Alansonlu Fransiski varis təyin etmədən vəfat edir. Taxt-tacın varisi qanunla protestant partiyasının rəhbərlərindən biri, Navarralı Henrix olur. Sonsuz olan kral III Henri hersoq Noqar Depernonu IV Henrinin yanına göndərir. Ondan katolikliyi qəbul etmək və saraya qayıtmağ tələb olunurdu. Lakin bir neçə aydan sonra katolik partiyasının rəhbərləri gizlərin təzyiqi ilə Nemur traktatını imzalamağa və protstantları qanundan kənar elan edib Henriyə qarşı müharibəyə başlamağa məcbur olur.

Navarralı Henrinin bir neçə dəfə hersoq Mayenli ilə toqquşduğu konfliktlər başlayır. Roma papası onu yenidən kilsədən uzaqlaşdırır, 1587-ci ildə isə Henrix fransız ordusunu Kutra döyüşündə məğlub edir.

III Henri ölüm yatağında hakimiyyəti Navarralı IV Henriyə təhvil verir (1589)

1588-ci ildə siyasi vəziyyətdə mühüm dəyişikliklər baş verdi. Şahzadə Kondun ölümü Henriyi protestantların başına keçirir. Hersoq Qizin ölümü III Henriylə Navarralı Henrinin birləşməsinə səbəb olur. Plessi-le-Tur sarayında hər iki kral 1589-cu il 30 aprel traktatını imzalayır.ParisFransanın əksər ərazilərini idarə edən Liqaya qarşı birgə mübarizə aparmaq qərara alınır.Qısa zamanda rəqib üzərində üstünlük təmin edilir. İyul ayına paytaxt Paris mühasirəyə alınır. 1589-cu ilin avqustun 1 də III Henri fanatik rahib Jak Klemanın bıçaqlı hücumuna məruz qalır. Qısa müddətə onun vəziyyəti ağırlaşlır və vəfat edir. Ölüm ayağında ikən III Henri IV Henrini rəsmi şəkildə öz varisi elan edir. Bununla da IV Henrini həm Fransa həmdə Navarra kralı olan ilk şəxs olur. Bu zaman kralın tabeliyndə olan adamların yarıdan çoxu IV Henrini kral kimi qəbul etmirdilər. Digər tərəfdən isə liqada əyləşən nüfuzlu katolik icması, bu cür vərəsəliyin qanuna zidd olmasını bildirir.

Liqaya qarşı mübarizə[redaktə | mənbəni redaktə et]

IV Henrix qısa zamanda öz zəif tərəflərini dərk etməklə ideoloji cəbhədə müharibəyə başladı. Royalist katoliklər ondan katolikliyi qəbul etməyi tələb edirdilər. Henrix hakimiyyətə gələn zaman katoliklərin mövqeyi daha güclü idi. Lakin son 9 il ərzində Henrix 3 dəfə məzhəb dəyişikliyi etmişdir. Tezliklə tərtib olunmuş yeni deklarasiyada katolik məzhəbini tanıdığını rəsmən bəyan etsə də özü bu məzhəbə keçməkdən şəxsən imtina edir. Bu hadisə onun protestant tərfədarlarında narazı salır.Bəziləri hətta ordunu tərk etdi. Qeyd etmək lazımdır ki, ordundan ayrılanlar protestantlara qulluq etmək istəməyən katoliklər idi. Qısa bir müddətdə ordu 2 dəfə azaldı. Bu illərdə yerli əhali belə kralın hansı məhzəbə quluq etməsini dəqiq bilmirdi. Protestantlar onu katoliklikdə, katoliklər isə protestantlıqda ittiham edirdilər.

IV Henrix Parisin mühasirəsindən imtina etməli olur.Ordu iştirak etdiyi döyüşlərdən sonra çox yorulmuşdu. İspaniyanın dəstəyi ilə Liqa ordunu Dyepp düzünə qədər sıxışdırır. Orada IV Henrinin ordusu düşmən hücumlarına tab gətirə bilmədiyi vaxtda kraliça I Yelizaveta İngiltərə ilə ittifaq qurmağa ümid edirdi. Əks təqdirdə IV Henrinin məğlubiyyəti onun hakimiyyətinin sonu demək idi. Bununla belə IV Henrix 1589-cu il sentyabrın 29-da Ark döyüşündə Karl Lotaringiyalı və Hersoq Mayenlini məğlub edir. Henrinin döyüşcüləri arasında Fransua de Burbon-Konti, Fransua de Monpasye, Lonqvil, Lüksemburq, Roqan-Monbazon, marşal Biron, marşal Domon, həmçinin Şampan, Pikardiya və İl-de-Fransın çoxsaylı nümayəndələri vardı.

Parisi zəbt etmək yenidən baş tutmasa da hücümlar davam edirdi.Ordu Paris istiqamətində olan kəndlərdə kilsələrin salamat qalmasınsa və əhalinin talan edilməməsinə xüsusui nəzarət edilirdi. Bu nümunədən məmnun qalan Turla Le-Man arası bütün şəhərlər döyüşsüz təslim olurdular.1590-ci il 14 mart tarixində İvri döyüşündə Henrix öz qəhrəmalığı hesabına döyüşün gedişini dəyişməyə nail oldu. O, döyüşə başına uzaqdan görünən ağ kəkilli dəbilqə geyinərək daxil oldu. Ordu geri çəkilmək istəyəndə Henrix "Əgər siz döyüçmək istəmirsinizsə, onda heç olmasa mənim neçə öldüyümə baxın!" dedi. İvridəki qələbədən sonra Henrix Parisin blokadasını başlayır. Paris Liqanın paytaxtı hesab olunurdu. Liqa mübarizəyə cox davam gətirə bilmir və qısa müddətdə məğlub olur.

Digər tərəfdən protestantlar Henriyi onların hüquqlarının məhdudlaşdırılmasında ittiham edirlər. Həqiqətən də 1591-ci ildə qəbul olunan Nant razılaşması ilə Henrix protestantların hüquqlarını xeyli məhdudlaşdırır.[16][17]

1577-ci ildə Puatya fərmanı ilə bu bir daha təsbit edilir.

1593-cü ildə Hersoq Mayenli IV Henrix müharibə dövründə yeni kralın seçilməsi üçün Baş Ştatları çağırır. Hersoq üçün bu fikir heç də uğurlu olmadı, belə ki, ştatlar öncə kralın partiyası ilə fəal danışıqlara başlayırlar və əvvəlcə sühlə daha sonra isə kralın katolikliyə qayıtmağına nail olurlar. Hadisələrin gedişini: hərbi qüvvənin əldən düşməsi, hərbi ruhun olmaması və maliyyə çətinlikləri nəzərə alaraq Henrix siyasi məqsədəuyğunluqla hərəkət edir – kalvinizmdən üz çevirir. Bunun üçün hazırlıq artıq 1592-ci il 4 aprel xüsusi bəyənnaməsi ilə hazırlanmışdı, orada Henrix katolikliyin doktrinalarını qəbul etdiyni bildirmişdi.

1593-cü ilin iyulun 25 də IV Henrix Sen-Deni bazilikasında təmtəraqla protestantlıqdan üz çevirir.Bəziləri bu olayı kralla qarşı kütləvi formada dəyər verilməsi və kralın həddini aşması kimi dəyərləndirir.Ancaq krala aid edilən bu fikir çox zidiyyətlidir[6][18][19][20] lakin çoxları belə hadisənin olmadığını, burada şübhəli məqamların olduğunu qeyd edirlər.[21][22] His entrance into the Roman Catholic Church secured for him the allegiance of the vast majority of his subjects and he was crowned King of France at the Cathedral of Chartres on 27 February 1594. In 1598, however, he declared the Edict of Nantes, which gave circumscribed toleration to the Huguenots.[23] Şəhərlərin yenidən qurulması üçün o 12.500.000 lir pul xərcləyir.Belə görünməmiş səxavət attraksionunu ödəmək üçün vergiləri 2.5 dəfə artırmaq lazım gəlir ki, bu da hətta ən tanınmış şəxslərin: Puatu, Sentojne, Limuzene və Periqoredə xalqın narazılığına səbəb oldur.

IV Henrinin tac qoyma mərasimi 1594-cü ilin fevralın 27 də Şatr sarayında həyata keçirilmişdi.1594-cü il martın 22 də Parisə daxil olmuş, və nəhayət roma papası VIII Klementin onun günahlarını 17 sentyabr 1594-cü il tarixində bağışlamışdır.Roma papasından bağışlanma haqqında əmr alması, xalq arasında krala olan münasibət nisbətən dəyişmişdir.

İspaniya ilə müharibə[redaktə | mənbəni redaktə et]

1595ci ildə İV Henrix rəsmi şəkildə İspaniyaay müharibə elan edir. Pikardiyaya hücümlar zamanı kral böyük çətinliklərlə üzləşir. Amyenin və Qizlərin qohumu qubernatorun və İİİ Henrixin bacanağının onu kral tanımadığı Bretaninin ispanlar tərəfindən zəbt olunması İV Henrixin onusuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır.

Hər şey azmış kimi indi də kral saray protestantlarının dəstəyini itirir. La Tremoya və Buyonun misalında onalar hərbi fəaliyyətdə iştirakdan çəkinirlər. Kralın din dönüklüyündən və katolikliyə keçməsindən mat qalaraq onalar kralı xəyanətdə ittiham edirlər. öz siyasi təşkilatlarını bərpa etmək istəyi ilə protestantlar tez-tez assambleyalar təşkil edirlər. bəziləri kral vergilərinin mənimsənilməsi dərəcəsinə çatırlar.

Breantı ələ keçirən İV Henrix 10 aprel 1598ci ildə Naant fərmanının imazalayır. 2 may 1598ci ildə isə Fransa və İspaniya arasında Verven sülhü imzalanır. Uzun illər vətəndaş müharibəsindən sonra Fransada nəhayət, sülh bərpa olundu.

Fransa Kralı[redaktə | mənbəni redaktə et]

Övladları[redaktə | mənbəni redaktə et]

Doğum adı və rütbəsi Doğum tarixi Vəfat tarixi Həyat yoldaşı
XIII Lüdovik (Fransa kralı) 27 sentyabr 1601 14 may 1643 Anna Avstriyalı
Elizabet (İspaniya kraliçası) 22 noyabr 1602 6 oktyabr 1644 (İspaniya) kralı IV Filip
Mariya Kristina (Fransa kraliçası) 12 fevral 1606 27 Dekabr 1663 I Viktor Amadey, (qraf)
Nikolas Henri (qraf) 16 aprel 1607 17 noyabr 1611 Evli olmayıb
Qaston (qraf) 25 aprel 1608 2 fevral 1660 Mari de Burbon, (Monpensye zadəganı)
Henretta Mariya (Fransaİrlandiya kraliçası) 25 noyabr 1609 10 sentyabr 1669 I Karl (Böyük Britaniya, Şotlandiyaİrlandiya kralı)

Henrixin artıq əlliyə yaxın yaşı var idi, varisi isə hələ də yox idi. Artıq neçə il idi ki Qabriel Destre ona yoldaşlıq edirdi, lakin o taca iddialı olacaq qədər əsilzadə deyildi. De-fakto kraliça kurtizanların yaltaqlığı ilə eyni zamanda kral ətrafının narazılığına səbəb olurdu. Onun 1599-cu ildəki vəfatı Henrix üçün ölkəyə sərfəli evlilik imkanı verir.

1599-cu ildə o çox yüksək qiymətə başa gəlsə də Marqo ilə evliliyinin ləğv edilməsinə nail ola bildi. 1600-cü ilin aprelində Henrix Mediçi ailəsindən 600 min qızıl ekyu qiymətinə Florensiyadakı nümayəndəsi vasitəsilə Avropanın ən varlı adamının – böyük hersoq Toskanalı Françesko Mediçinin və İohanna Avstriyalının heç zaman görmədiyi kiçik qızı Mariya Mediçi ilə evlilik müqaviləsi imzalamağa razılıq verdi. Oktyabrda möhtəşəm Pitti sarayında bəy olmadan nikah mərasimi həyata keçirdilər. 1600-cü ilin dekabrın 17-də Lionda 47 yaşlı IV Henrixlə 27 yaşlı Florensiyalı Mariya Mediçinin toyu təşkil olundu. Növbəti il gələcəkdə XIII Lüdovik adı ilə taxta çıxacaq dofinin doğulması kralın nüfuzunu bərpa edir.

Henrix ondan olan övladlarını qanuniləşdirmək üçün utanmadan kralı şantaj edən və hətta ona qarşı sui-qəsddə iştirak edən iddialı gənc qadın Henrietta Dantraqla nikahdan xaric münasibətlərini davam etməklə özünü nüfuzdan salır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Enrique de Borbon // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. 2,0 2,1 Lundy D. R. Henri IV, Roi de France // The Peerage (ing.).
  3. 3,0 3,1 Генрих IV (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1892. Т. VIII. С. 356–357.
  4. 4,0 4,1 Tapié V., Ritter R. Henry IV // Encyclopædia Britannica (ing.).
  5. 5,0 5,1 Union List of Artist Names (ing.). 2017.
  6. 6,0 6,1 На самом деле эта, весьма точно характеризующая ситуацию, фраза встречается в анонимном литературном произведении 1622 г. "Les Caquets de l'accouchée" — "Пересуды", в котором её произносит герцог Сюлли в ответ Генриху IV на вопрос, почему он не ходит к мессе так же часто, как король. Посмотреть фрагмент произведения можно здесь Arxivləşdirilib 2022-04-11 at the Wayback Machine
  7. La Croix, 175
  8. Dupuy, Trevor N., Curt Johnson and David L. Bongard, The Harper Encyclopedia of Military Biography, (Castle Books, 1995), 326
  9. 9,0 9,1 "Margaret of Valois" in The New Encyclopædia Britannica (15th edition, Chicago, 1991)
  10. Knecht, pp. 51-2 Arxivləşdirilib 2012-03-06 at the Wayback Machine;Robert Jean Knecht in The French Religious Wars 1562-1598, Osprey Publishing, 2002, ISBN 1-84176-395-0
  11. Henry Chadwick (theologian)|Chadwick, H. & Evans, G.R. (1987), Atlas of the Christian Church, Macmillian, London, ISBN 0-333-44157-5 hardback, pp. 113;
  12. ',The Encyclopaedia of Islam: Fascicules 111–112 : Masrah Mawlid', by Clifford Edmund Bosworth p.799. Google Books. 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2010.
  13. Dupuy, 326.
  14. Baird, Henry M., The Huguenots and Henry of Navarre, Vol. 1, (Charles Scribner's Sons:New York, 1886), 269.
  15. Baird, Henry M., The Huguenots and Henry of Navarre, Vol. 1, (Charles Scribner's Sons:New York, 1886) 431
  16. Janine Garrisson, L'Édit de Nantes: Chronique d'une paix attendue (Paris: Fayard) 1998.
  17. Coexister dans l'intolérance (Michel Grandjean and Bernard Roussel, Cenevre,) 1998.
  18. Alistair Horne, Seven Ages of Paris, Random House, 2004
  19. F.P.G. Guizot (1787–1874) A Popular History of France…, gutenberg.org Arxivləşdirilib 2020-01-12 at the Wayback Machine
  20. Janel Mueller & Joshua Scodel, eds, Elizabeth I, University of Chicago Press, 2009
  21. G. de Berthier de Savigny in his Histoire de France (1977 p.167) claims that the Calvinists in revenge attributed the phrase to him.
  22. Paul Desalmand & Yves Stallini, Petit Inventaire des Citations Malmenées, 2009.
  23. de La Croix, 179–180.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Qeyri Bədii əsərlər (ingiliscə)
Bədii əsərlər (ingiliscə)
  • George Chapman (1559–1634), Charles faciəsi, Byron Duke (1608) , Manchester Universiteti, (1988).
  • Aleksandr Düma, Kraliça Marqaret|La Reine Margot (roman) (1845)
  • Heinrich Mann, (alm. Die Jugend des Königs Henry Quatre‎) (1935); (alm. Die Vollendung des Königs Henry Quatre‎) (1938)
  • M. de Rozoy, (fr. Henri IV, Drame lyrique) (1774).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]