IV Georq — Vikipediya

IV Georq
ing. George IV
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1762(1762-08-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 iyun 1830(1830-06-26)[1][2][…] (67 yaşında) və ya 1830
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Atası III Georq[6]

Təltifləri Bant ordeni Order of the Thistle Order of St Patrick "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Müqəddəs Aleksandr Nevski ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni Qızıl Yun ordeni Order of Saint Stephen of Hungary Order of Charles III Knight of the Order of the Golden Fleece Qara Qartal ordeni Müqəddəs Mikayıl ordeni "Müqəddəs Mixail və Georgi" ordeni Knight Grand Cross of the Order of the Bath Cənubi Xaç ordeni Order of Pedro I Order of Saint Hubert Fil ordeni Grand Cross of the Order of the Tower and Sword Knight Grand Cross of the Military Order of William Royal Guelphic Order Order of Saint Januarius Order of Saint Ferdinand and of Merit Knight of the Order of the Holy Spirit I dərəcəli "Qırmızı qartal" ordeni Knight of the Order of Saint-Michel Santyaqo ordeni Grand Cross of the Sash of the Three Orders
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV Georq və ya IV Corc ((ing. George IV, alm. Georg IV.‎);12 avqust 1762 – 26 iyun 1830)) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illəri arasında Britaniya kralı. Hannoverlər sülaləsinin nümayəndəsi. Faktiki olaraq şahzadə regent kimi ölkəni atası III Georqun ruhi xəstəliyi ilə bağlı 1811-ci ildən 1820-ci ilə qədər IV Georq idarə edirdi.

Həyatı və hakimiyyəti[redaktə | mənbəni redaktə et]

IV Georqun reqentliyi dövründə I Napaleon Bonapart məğlub edilir və uzunmüddətli müharibə Britaniyanın qələbəsi ilə bitir.

1795-ci ildə IV Georq Karolina Braunşveyqlə evlənir. Bu izdivacdan onun bir qızı — Şarlotta Avqusta dünyaya gəlir. IV Georq bütün Britaniya monarxları arasında ən populyar olmayanlarından idi. Onun haqqında çoxlu lətifələr gəzirdi. Xalq arasında IV Georqun həyat yoldaşı və qızı arasındakı problemləri haqqında rəvayətlər dolaşırdı. IV Georqun formalaşan bu mənfi obrazı müxtəlif karikaturalarda təsvir edilmişdir, lakin onu da qeyd etmək lazımdır ki, IV Georq çox alicənab , incəsənət sevən bir şəxs olub.

Artıq 1796-cı ildə IV Georq Karolinadan ayrılır. Bunun nəticəsidir 1820-ci ildə Georq-kiçik taxta çıxanda Karolinanın kraliça olmaq istəyi Lordlar palatasının etirazı ilə qarşılanır və buna icazə verilir. Çox keçmədən Karolina xəstəliyə tutularaq vəfat edir.

IV Georqun yeganə qızı, kralın varisi Şarlotta Avqust atasının hələ reqentliyi dövründə (1817) doğuş zamanı dünyasını dəyişir. IV Georq kral olduqdan sonra qardaşı Frederik vəliəhd seçilir.

Çoxuşaqlı III Georqun övladlarının ya evli olmaması , ya da uşaqsız olmaları nəsilin davamiyyətini təhlükə altına alırdı. Buna görə də kral sülalənin gənc üzvlərinə evlənəcəkləri təqdirdə onlara maliyə yardımı ediləcəyini bildirdi. Bu qərar nəsillər arası çoxlu evliliklərin baş verməsinə səbəb oldu. Bu izdivaclar çox tez bir zamanda bağlandı.

Vəliəhd Frederik 1827-ci ildə vəfat etdi. IV Georqdan sonra hakimiyyətə III Georqun üçüncü oğlu Vilhelm gədi. 1837-ci ildə IV Vilhelmdən sonra həmin çoxsaylı evliliklərdən dünyaya gələn , Eduard Avqustun və Viktoriya Saksen-Koburq-Zaalfeldin qızı Aleksandrina Viktoriya Britaniya tacına sahib çıxdı.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Allen, W. Gore. King William IV. — London: Cresset Press, 1960. — 255 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]