II Mənsur (Dərbənd əmiri) — Vikipediya

II Mənsur
Dərbəndin XIII əmiri [1]
1043 – 1065
ƏvvəlkiƏbdülmalik ibn Mənsur
II Ləşkəri
SonrakıII Ləşkəri
Maymun ibn Mənsur
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dərbənd
Vəfat tarixi
Vəfat yeri Dərbənd
Milliyyəti ərəb
Atası Əbdülmalik ibn Mənsur
Anası Şəmkuyə binti Yezid ibn Əhməd
Uşağı Maymun ibn Mənsur

II Mənsur (1038, Dərbənd1065, Dərbənd) — Dərbənd əmiri.[2]

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı.

Üsyan[redaktə | mənbəni redaktə et]

24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı.

Sürgün və ikinci hakimiyyət[redaktə | mənbəni redaktə et]

Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi. 1064-cü ildə Sərir ordusunu məğlub edən Mənsura bu qələbə də kömək olmadı. Mənsur 1065-ci ildə rəislərin göndərdiyi suiqəsdçilər tərəfindən öldürüldü.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V.Minorski -Şirvan və Dərbənd tarixi, səh 46
  2. V.Minorski -Şirvan və Dərbənd tarixi