II Ceyms — Vikipediya

II Ceyms
ing. James II
Şotlandiya monarxı[d]
6 (16) fevral 1685 – 11 dekabr 1688
ƏvvəlkiII Karl
SonrakıII Mariya
14 oktyabr 1633 – 6 fevral 1685
Şəxsi məlumatlar
Doğum tarixi 14 (24) oktyabr 1633[1]
Doğum yeri
Vəfat tarixi 5 (16) sentyabr 1701[2][3] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Sülalə Stüartlar
Atası I Karl[5][6]
Anası Henrietta Mariya[5][6]
Uşaqları
Hərbi xidmət
Rütbəsi Admiral

Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Ceyms və ya VII Ceyms (ing. James II of England and Ireland ing. James VII of Scotland) (d. 24 oktyabr 1633 – ö. 16 sentyabr 1701) — İngiltərə, Şotlandiyaİrlandiyanın sonuncu katolik kralı. İngiltərə tarixində adının ikincisi, Şotlandiya tarixində isə yeddincisi olduğu üçün bəzi mənbələrə II Ceyms, bəzilərində isə VII Ceyms olaraq anılır. Cəmi 3 il davam edən və 1688-ci ildə baş tutan Şanlı inqilabla başa çatan səltənəti İngiltərə tarixində dini tolerantlıqla fərqləndi. Monarxiya-Parlament arasındakı mübarizəni bitirərək illərdir davam edən sivil və siyasi gərginliyə son qoydu.

II Ceymsin doğuşdan qazandığı taxt hüququ var idi və böyük qardaşı II Karldan təslim aldığı bu səltənəti İngiltərə, İrlandiyaŞotlandiya torpaqları üzərində davam edirdi. Ancaq onun İngiltərədə tədbiq etdiyi dini tolerantlıq ona qarşı bir silaha çevrildi. İngiltərəŞotlandiya parlamentləri onun bu sahədə qəbul etdiyi qərarları qəbul etməsə də, II Ceyms bunları icra etməyə davam etdi. Məhz bu səbəblə, onun taxtdan devrilməsinə səbəb yürütdüyü dini siyasət deyil, siyasi iqtidarsızlığı oldu.

1688-ci ilin iyununda baş verən 2 skandal müxalif qüvvələri daha da alovlandırdı. Bunlardan ilki kralın 10 iyunda bir oğlan övladının dünyaya gəlməsi oldu. Belə ki, kral həyatda qalan 2 qız övladını (hər ikisi protestant şəxslərlə evli idi) vəliəhdlikdən çıxararaq, Ceyms Fransisk Eduard adını verdiyi bu oğlunu vəliəhd elan etdi. Üstəlik vəliəhdin katolik inancına sadiq qalaraq böyüdüləcəyi və beləliklə, İngiltərə monarx ailəsinin artıq katolik şəcərə ilə davam edəcəyi bildirildi. İkinci skandal hadisə isə İngiltərə Anqlikan kilsəsinə mənsub 7 yepiskopun təhqiramiz şəkildə həbs edilərək mühakimə edilmələri oldu. Bu hadisə İngiltərə kilsəsinə qarşı qurulmuş bir qurma olaraq görüldü və 30 iyunda baş tutan məhkəmənin qərarı ilə məhkumlar azad edildilər. Bu isə kralın İngiltərədəki nüfuzunu tamamilə yox etdi. İngiltərəŞotlandiyada baş verən anti-katolik üsyanlar artıq kralın taxtdan endirilməsi tələbiylə daha da böyüməyə başladı.

İngiltərənin öndə gələn siyasi xadimlərinin kralın həm kürəkəni, həm də bacısı oğlu olan Oranjlı Vilhelmi İngiltərə taxtına dəvət etmələri və onun 5 noyabr 1688-ci ildə Briksama gəlməsinin ardından II Ceymsin ordusu geriləməyə başladı. Ordudan qaçan əsgərləin rəqib cəbhədə yer aldığını görən kral isə 23 dekabrda Fransaya qaçdı. 1689-cu ilin fervalında toplanan xüsusi Parlament komitəsi kralın İngiltərə taxtını qoyub qaçdığını və kralın böyük qızı Mariya ilə əri Oranjlı Vilhelmin ortaq monarx olaraq İngiltərə səltənətinə sahib çıxdığını elan etdi. Bundan başqa İngiltərədəki hakimiyyətin artıq doğuşdan olaraq deyil, parlamentin təsdiqiylə baş tutacağı bildirildi. II Ceyms səltənətini bərpa etmək məqsədilə 14 mart 1689-cu ildə İrlandiyaya gəldi ancaq aprel ayında Şotlandiya parlamenti də İngiltərəni izlədi və onun səltənətini itirdiyini, eləcə də İngiltərənin yeni monarxlarına sadiq olduqlarını bildirdi. 1690-cı ilin iyulunda baş tutan Boyn döyüşündəki məğlubiyyətin ardından Ceyms Fransaya döndü və qalan həyatını Fransa kralı XIV Lüdoviqin himayəsində sürgündə keçirdi. Çox zaman müxalifləri tərəfindən mütləqiyyətçi bir tiran olaraq təsvir edilsə də, XX əsrdən etibarən bir çox tarixçi onun dini tolerantlığını nümunə göstərərək əslində yaxşı tərəflərini üzə çıxarmağa çalışdılar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ashley, Maurice (1996). The Glorious Revolution of 1688. New York: Charles Scribner's Sons. ISBN 0-340-00896-2
  • Belloc, Hilaire (1928). James the Second. Philadelphia: J. B. Lippincott
  • Callow, John (2000). The Making of King James II: The Formative Years of a King. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN 0-7509-2398-9
  • Claydon, Tony (2008). "William III and II" Oxford Dictionary of National Biography, online ed. Oxford University Press
  • Devine, T. M. (2006). The Scottish Nation 1700–2007. London: Penguin Books. ISBN 0–14–102769-X
  • Harris, Tim (2006). Revolution: The Great Crisis of the British Monarchy, 1685–1720. Penguin Books. ISBN 0-7139-9759-1
  • Hilliam, David (1998). Kings, Queens, Bones & Bastards. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN 0-7509-3553-7
  • Jones, J. R. (1988). The Revolution of 1688 in England. Weidenfeld and Nicolson. ISBN 0-297-99467-0
  • Kenyon, J. P. (1986). The Stuart Constitution 1603–1688, Documents and Commentary, 2nd ed. Cambridge University Press. ISBN 0-521-31327-9

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kenyon J. P. James II // Encyclopædia Britannica (ing.).
  2. Jaume II d’Anglaterra // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. Jakov II. // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  4. 1 2 Lundy D. R. James II Stuart, King of Great Britain // The Peerage (ing.).
  5. 1 2 3 4 5 6 Kindred Britain.
  6. 1 2 3 4 5 Catalog of the German National Library (alm.).