II Aleksey (Trabzon imperatoru) — Vikipediya

II Aleksey Paleoloq-Komnenos
yun. Αλέξιος Β΄ Μέγας Κομνηνός
II Aleksey Paleoloq-Komnenos dönəminə aid metal pul
II Aleksey Paleoloq-Komnenos dönəminə aid metal pul
ƏvvəlkiII İohann
SonrakıIII Andronik
Şəxsi məlumatlar
Doğum tarixi 1282
Doğum yeri
Vəfat tarixi 3 may 1330
Vəfat yeri
Vəfat səbəbi Bubon taunu
Fəaliyyəti rəhbər[d]
Atası II İohann
Anası Evdokiya Paleoloq (VIII Mixailin qızı)
Həyat yoldaşı Ciacak Cakeli (I Bekanın qızı)
Uşaqları III Andronik
Vasiley Komnenos
Mixail Komnenos
Qriqori Komnenos
Anna Komnini
Evdokiya Komnini
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Aleksey Paleoloq-Komnenos (yun. Ἀλέξιος Μέγας Κομνηνός Παλαιολόγος)(1282, Konstantinopol3 may 1330, Trabzon) — 9-cu Trabzon imperatoru.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

1282-ci ildə Konstantinopolda dünyaya gəldi. Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının 1297-ci ildə vəfatının ardından taxta çıxmışdır. Səltənətinin ilk illərində dayısı olan Bizans imperatoru II Andronikin təsiri altında qaldı. Ancaq 1300-cü ildə Mesxeti atabəyi I Bekanın qızıyla gizlicə evlənməsi səbəbiylə dayısıyla münasibətləri pisləşdi. Belə ki, nigahın ləğv edilməsi üçün kilsəyə müraciət edən dayısının bu istəyi, xanımının artıq hamilə olması səbəbilə geri çevrildi. O əsnada Konstantinopolda olan anası Evdokiya oğlunu boşanmağa razı salmaq məqsədilə Trabzona göndərilsə də, o da oğlunu dəstəklədi.

Dayısının təsir dairəsindən çıxdıqdan sonra II Aleksey Komnenos müsətqil siyasət yürütməyə başladı. Trabzondan sonra imperiyanın ikinci şəhəri hesab edilən Kerasosu (indiki Giresun) türkmən basqınlarından qorumaq məqsədilə 1301-1302-ci illərdə şəhər qalasını təhkim etdirdi. Qara dəniz sahillərində ticarət koloniyaları olan Genuyalılar vergi verməkdən imtina etmiş, bu səbəblə bölgəyə hərbi birlik göndərən II Aleksey 13141316-cı illərdə bağlanan sülhlə bu koloniyalları yenidən vergiyə bağlamışdır. Ancaq onların bu hərəkətini cəzalandırmaq məqsədilə 1319-cu ildə ən güclü rəqibləri Venesiya ilə yeni əhdnamələr bağladı və onlara yeni ticarət imtiyazları verdi.

Sinopdakı Candaroğlu dənizçilərinin ticarət gəmilərinə və Trabzonun sahil qəsəbələrinə hücum etməsi səbəbilə 1324-cü ildə qala divarlarını gücləndirdi və şəhəri gecə saatlarında qoruması üçün xüsusi birlik qurdu. Bundan başqa kiçik qızı Evdokiyanı Candaroğlu Süleyman bəyin qardaşı oğlu Adil bəylə evləndirdi. Roma papası XXII İohann 1329 tarixli bir məktubla onu katolik dininə dəvət etdi. Ancaq cəmi 5 ay sonra - 3 may 1330-cu ildə bubon taunu səbəbilə vəfat etdi. Taxta isə böyük oğlu Andronik çıxdı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.