III Qiyasəddin Keyxosrov — Vikipediya

III Qiyasəddin Keyxosrov
غياث الدين كيخسرو بن قلج ارسلان
III Qiyasəddin Keyxosrov adına kəsilmiş pul
III Qiyasəddin Keyxosrov adına kəsilmiş pul
Selatin əl-Ərəb vel-Əcəm, El sultan el-əzəm
1265 – 1284
ƏvvəlkiIV Qılınc Arslan
SonrakıII Qiyasəddin Məsud
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Dəfn yeri
Atası IV Qılınc Arslan
Ailəsi Səlcuqlular

III Qiyasəddin Keyxosrov- Rum Səlcuq sultanı, IV Qılınc Arslan şahın oğlu[1]

Taxta çıxması[redaktə | mənbəni redaktə et]

III QiyasəddinKeyxosrov, IV Qılınc Arslanın Gümaç xatunla olan evliliyindən dünyaya gəlmiş oğlu idi. Atası monqollar tərəfindən qətlə yetirildikdən sonra hələ uşaq yaşlarda Səlcuq taxtına oturmuşdur. Onun hakimiyyətə gəlməsi ilə bağlı tarixi mənbələrdə kifayət qədər məlumat yoxdur. İbn Bibiyə görə, o , taxta çıxarkən ,2 yaşında olmuşdur. Başqa bir mənbədə isə 6 yaşında olduğu bildirilir. Buna baxmayaraq , yaşca kiçik olduğundan , hakimiyyəti onun adından Pərvanə Muiniddin idarə etmişdir.[2]

Daxili siyasəti[redaktə | mənbəni redaktə et]

Pərvanə Muinəddinin idarəsi altındakı III Qiyasəddin Keyxosrovun hakimiyyətinin ilk illəri sükut içində keçmişdir. Bu sükunət 1277-ci ilə- Pərvanənin ölümünə qədər davam etmiş, onun ölümü ilə ölkədə hakimiyyət Monqolların əsarəti altına keçmişdir. III Qiyasəddin Keyxosrovun uşaq olması onun dövlət işlərində iştirakına maneə törədən ən əsas amil idi. O, Monqolların və Pərvanə Muinəddinin getdikcə artan gücü qarşısında geri planda qalaraq sadəcə ad olaraq var olmuşdur. Pərvanə Muinəddin səltənət üzərinə tamamilə söz sahibi olmaq üçün , Səlcuq soyu ilə əlaqə yaratmağa çalışmış və bu məqsədlə II Qiyasəddin Keyxosrovun həyat yoldaşı Gürcü xatunla evlənmişdir. III Qiyasəddin Keyxosrov hakimiyyətinin ilk illərində Fəxrəddin Əlini Vəzir, Muinəddin Süleymanı isə Pərvanə olaraq təyin etmişdir. Hakimiyyəti onun adından idarə edən Pərvanə Muinəddin ilk növbədə köhnə dövlət təşkilatında bir sıra dəyişiklişlər etmişdir. Əvvəlki dövlət adamlarından bəzilərini Türkmən, IV Qılınc Arslan və Məmlük sultanı Baybarsın tərəfində olmaları ilə günahlandırıb edam etdirmiş, onların yerlərinə isə öz yaxınlarını təyin etmişdir. III Qiyasəddin taxta çıxdığı zaman Əminəddin Mikayıl səltənət Naibi, Cəlaləddin Mahmud İşrəfi məmalik, Xatiroğlu Şərəfəddin bəylərbəyi vəzifələrini icra edirdi. Pərvanə Muiniddin öz mənfəəti üçün vəzir Fəxrəddin Əlini II İzzəddin Keykavusla məktublaşmaqda günahlaşdırmış və həbs etdirmişdir. Fəxrəddin Əinin vəzifədən uzaqlaşdırılması nəticəsində onun yerinə məcəddin Məhəmməd təyin edilsə də, sonralar monqol xanının icazəsilə Fəxrəddin Əli yenidən öz vəzifəsinə qaytarılmışdır. İqtisadi sahədə də bir sıra dəyişiklilər edilmişdir. Ağsaray və Kastamonu ərazilərindən toplanan bütün vergilər Monqol xanına göndərilirdi. Vergilər yeni qayda ilə ildə 4 dəfə və 4 ayrı formada yığılmağa başlanmış, miqdarı artırılmışdı. Bu vergilər Yivit, Nal-baha, Malı yam və Malı buzurq adlandırılırdı. Əvvəllər toplanılan təkalif və zəvat vergiləri ləğv edilmişdir. Anadoludan yığılan vergilərin bir qismi Elxani dövlətinə göndərilsə də, digər qismi buradakı monqol noyanlarının və əsgərlərin xərcələri üçün istifadə edilmişdir.

Xarici siyasəti[redaktə | mənbəni redaktə et]

1272-ci ildə Elxani hökmdarı Abaqa xanın qardaşı Acay Noyon və ordu komandiri Samaqa Noyonun hücumlarından təngə gələn Pərvanə Muinəddin Anadolu əhalisinin Monqollara qarşı çıxış yolu olaraq gördüyü Misir Məmlüklərinin sultanı Baybarsın yanına elçi heyəti göndərdi.[3] Qiyasəddin Keyxosrov və Səlcuq dövlətinə toxunmamaq şərti ilə, onu Anadoluya dəvət etdi. Bir il sonra Baybars ordusu ilə Anadoluya üz tutsa da, Abaqa xandan qorxan Pərvanə Muinəddin elçi göndərərk səfərini gələcək ilə ərtələməsini xahiş etdi. Eyni il Abaqa xan Toku Noyonu Anadoluya göndərərək tapşırdı ki Anadolu Səlcuq sultanlığı dövlət işlərində ondan xəbərsiz heç bir addım atmasınlar. Məmlük sultanı Baybars Pərvanə Muinəddinin dəvəti və ölkəsinə sığınan insanların xahişlərinə əsasən ikinci dəfə Anadolu torpaqlarına yola düşüb Əlbistana gəldi. 1277-ci idlə Əlbistan oymağında baş verən döyüşdə monqollar ağır məğlubiyyətə uğradılar. Döyüş zamanı bir çox Səlcuq əmiri Məmlük ordusu tərəfinə keçmişdir, lakin Pərvanə Muinəddinin həm monqollar həm məmlüklərlə dostluq münasibəti saxlamağa çalışması Anadolunu monqollardan təmizləmə cəhdini puça çıxarmış oldu. Məğlubiyyətdən hiddətlənən Abaqa xan Pərvanə Muinəddini xəyanətlə günahlandırdı, onu və 20 minə yaxın türkməni edam etdirdi.

Ölümü[redaktə | mənbəni redaktə et]

1280-ci ildə Krımda yaşayan II İzzəddin Keykavus vəliəd təyin etdiyi oğlu II Qiyasəddin Məsud, ailəsi və yaxınlarıyla birgə Kayseriyə doğru yola düşdü. Buradan Abaqa xanın hüzuruna çıxan Məsuda Ərzurum, Ərzincan, Sivas, DiyabəkirHarputun idarəsi tapşılırdı, lakin Abaqa xanın ölümündən sonra Əhməd Təküdərin hakimiyyətə gəlməsi nəticəsində Səlcuq dövləti III Qiyasəddin Keyxosrov və II Məsud arasında bölüşdürüldü. Bundan qəzəblənən Keyxosrov Monqollarında Anadoludakı valisi Konqurtay və Vəzir Fəxrəddin Əli ilə birlikdə Əhməd Təküdərin sarayına yola düşdü. Həmin ərəfələr Elxanilər dövlətində saray çəkişmələri hökm sürürdü. Bu səbəbdən III Qiyasəddin Keyxosrov bir müddət Əruzumda gözlədi, lakin yeni monqol hökmdarı olan Arqun ağa II Məsudu Anadolu Səlcuq dövlətinin sultanı təyin etdi və III Qiyasəddin Keyxorsov öldürüldü. Beləliklə III Qiyasəddin Keyxosrovun simvolik hakimiyyəti sona çatmış oldu.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov, Eldəniz. Səlcuqlar. Bakı: Mütərcim nəşriyyatı. 2006.
  2. Ateş, Yasemin. "ANADOLU SELÇUKLU SULTANI III. GIYASEDDİN KEYHÜSREV VE SALTANATININ İLK YILLARI". Sosyal bilimler dergisi. Atatürk üniversitesi Edebiyyat fakültesi (55). 2015.
  3. "III. GIYÂSEDDIN KEYHÜSREV (1266-1284)". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  4. "III Qiyasəddin Keyxosrov". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.