III Mehmed — Vikipediya

III Mehmed
محمد ثالث
16 yanvar 1595 – 21 dekabr 1603
ƏvvəlkiIII Murad
SonrakıI Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Manisa, Osmanlı imperiyası
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Sultan Mehmed türbəsi
Fəaliyyəti rəhbər[d]
Atası III Murad
Anası Safiyə Sultan
Həyat yoldaşları Handan Sultan
Həlimə Sultan
Uşaqları
Ailəsi Osmanlı sülaləsi
Dini Sünni, İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III. Mehmed (Osmanlı türkcəsi: محمد ثالث — Mehmed-i sālis) (26 may 1566, Manisa22 dekabr 1603[1][2], Konstantinopol) — 13. Osmanlı padşahı və 92. İslam xəlifəsidir. Taxta çıxdığı 1595-ci ildən ölümünə qədər sultanlığını davam etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şahzadəlik illəri[redaktə | mənbəni redaktə et]

Atası Sultan III. Murad, anası isə əsl adı Sofia Baffo olan venesiyalı Safiyə Sultandır. Böyük babası Sultan Süleyman son səfəri olan Zigetvar səfərinə yenicə çıxmış, bu əsnada nəvəsi Şahzadə Muradın bir övladının olduğu xəbəri gəldi. Adı Fateh Sultan Mehmedə nəzərən böyük babası Sultan Süleyman tərəfindən qoyuldu. Şahzadəliyi dövründə İbrahim Cəfər Əfəndi və Pir Mehmed Əzmi Əfəndi kimi dövrün tanınmış alimlərindən dərs almışdır. 29 may 1582-ci ildə Osmanlı tarixində o günədək görülməmiş böyüklükdə bir mərasimlə Cərrah Mehmed Paşa tərəfindən sünnət edildi və bu mərasim 55 gün boyunca davam etdi. Bir il sonra isə , yəni 28 dekabr 1583-cü ildə təyin edildiyi Manisa sancağına doğru yola çıxdı. Hələ Manisa sarayına çatmadan dərhal sarayın qapı ağasının edamını istədi. Saraydan ayrılmadan əvvəl atasına bir kəniz hədiyyə etmiş, bu kənizdən sultanın bir qızı dünyaya gəlmişdir. Bu əsnada İstanbulda atası Sultan Muradın, Manisada isə vəliəhdin eyni anda övladları dünyaya gəldi — Sultan Muradın oğulları Şahzadə Süleyman və Cahangir, Mehmedin oğlu Şahzadə Səlim. Ancaq bu sevinc çox çəkmədi və qısa müddət sonra Sultan Muradın bacısı Əsmahan Sultan doğum əsnasında vəfat etdi (5 avqust).

16 yanvar 1595-ci ildə atası Sultan Murad anidən vəfat etdi. Anası Safiyə Sultan padşahın vəfatını dövlət adamlarından gizlədərək bostançıbaşı Fərhad ağayla oğluna gizli xəbər göndərdi. Cəld sürətlə yola düşən Mehmed 18 yanvarda İstanbula gəldi və yalnız ondan sonra Sultan Muradın vəfat xəbəri paytaxta duyuruldu.

Qardaş qətli məsələsi[redaktə | mənbəni redaktə et]

Sultan Murad vəfat edəndə, dünyaya gələn 102 övladından 27 qızı və 20 oğlu həyatda idi. Sultan III. Mehmed taxta çıxdığı gecə Topqapı sarayından 19 tabutun çıxması dövrün bir çox tarixşünaslarının qeydlərində rast gəlinir.[3][4][5][6] Bunlar yenicə taxta çıxan sultanın qardaşları idi. Bundan başqa bəzi təsdiqlənməyən qaynaqlarda Sultan III. Mehmedin edam edilən qardaşlarının bir neçə hamilə qadınını və 8 bacısını edam etdirdiyi də qeyd edilir. Bu hadisə Osmanlı tarixinin ən qanlı səhifələrindən biri idi, çünki öldürülənlərin yarıdan çoxu körpə uşaq idi. Bu hadisədən sonra xalqın gənc sultana qarşı nifrət bəsləməsi də rəvayət edilir.

Avstriya və Əflak səfərləri[redaktə | mənbəni redaktə et]

Sultan III. Mehmed atası III. Murad dönəmində başlayan Osmanlı-Avstriya müharibəsi davam edən dövrdə taxta çıxmışdı. Taxta oturan kimi dərhal Avstriya və Əflak (indiki Valaxiya) məsələləri ilə məşğul olmağa başlamışdır. 1595 tarixində Avstriya ordusu Esterqon qalasını mühasirəyə almış, ancaq Mehmed Paşa yardım göndərməkdə gecikdiyinə görə qala təslim olmuşdur (2 sentyabr 1595).

Sinan Paşa kiçik bir dəstə ilə Əflak yaxınlarına hücum etmiş, Osmanlı qüvvələri Buxarest və Trqovişeni ələ keçirsə də, Hersoq Mixailin dəstələri ilə döyüşdə məğlub olaraq geri çəkilmişdir. Geri çəkilərkən bataqlığa düşən Osmanlı qüvvələrinin böyük bir qismi şəhid olmuşdur.

Esterqon qalasının itirilməsindən sonra Dunay sahilindəki Vişeqrad şəhəri də itirildi. Bir çox şəhər və qalanın itirilməsi xəbəri paytaxt şəhər İstanbulda əhalinin narazılığına gətirib çıxardı. Əhali və yeniçərilər sultanın da səfərə qatılmasını tələb etdilər.

Əyri qalasının fəthi[redaktə | mənbəni redaktə et]

Vəziyyətin mənfiyə doğru getdiyini görən Sultan III. Mehmed dövlət adamlarını toplayıb "Cəddimiz, dövlətimizin qurucusu Osman Qazi həzrətlərindən, böyük babamız Qanuni Sultan Süleymana qədər bütün sultanlar əsgərlərinin önündə səfərə çıxmışdır. Babamız Sultan II. Səlimlə cənnət-i məkan atamız Sultan III. Murad bu ənənələri pozdular. Biz belə, ilk öncə səfəri paşalarımıza .tapşırmaqla xəta etdik. Əsgər övladlarımız bizi başlarında görmək istəyir. Qərarımız budur ki, səfərə çıxmaq vaxtıdır. Hazırlıqlar tamamlansın. Kafirlərə həddini bildirmək gərəkdir !" dediyi, ona qarşı çıxan anası Safiyə Sultana "Validə, biz sultan oğlu sultanıq, işlətməyəcəkdiksə, Əyyub Sultanda bu qılıncı niyə qurşandıq? Qərarımız qərardır, səfərə çıxacağıq. Taxt-tac uğruna dövləti fəda edə bilmərik" şəklində cavab verməsi və bundan sonra 20 iyun tarixində hərəkətə keçərək mühasirəyə alınan Əyri qalasını (almanca Eqer qalası) 12 oktyabr 1596 tarixində fəth etdiyi söylənilir.

Xaçova müharibəsi[redaktə | mənbəni redaktə et]

Əyri qalasının fəthindən sonra Osmanlı birlikləri irəliləyərək 15 oktyabr 1596 günü Xaçovada böyük bir Avropa ordusu ilə qarşılaşdı. Bu ordu Avstriya, Almaniya, Ərdəl, Macarıstan, İtaliya, İspaniya, Fransa, Hollandiya, Belçika, Çexiya, Xorvat, Serb, Slovakpolyak hərbi dəstələrinin birləşməsindən ibarət idi. Bununla da 140 minlik Osmanlı qoşununun qarşısında 300 minlik bir xaçlı ordusu dayanmışdı. Bu xaçlı ordusuna Avstriya hersoqu III. Maksimilyan rəhbərlik edirdi.

Osmanlı cəbhəsində "ordunun mərkəzi ələ keçirilib və padşah qaçıb" dediqodusu yayıldı və buna görə də qorxuya düşən ordu dağılmağa başladı. Bunu görən xaçlı ordusu qalib gəldiyinə inanıb, döyüş meydanına səpələndlər. Bu vaxt Osmanlıların arxa cəbhəsində çalışan odunçular, çadırçılar, dəvəçilər və aşbazlar əllərinə aldıqları balta, odun parçaları, kürək, külüng, hətta qazan-qaşıqla xaçlı ordusunun üzərinə hücum çəkdilər. Gözlənilmədən edilən bu hücum əslində səpələnmiş xaçlı ordusunu zəiflətdi və bundan həvəslənən yeniçəri və sipahilər yenidən döyüşə qayıtdılar. Bu gözlənilməz zəfər tarixdə "Qazan-qaşıq Müharibəsi" olaraq qeydə alınır.[7][8][9]

Xaçova müharibəsindən sonra Sultan III. Mehmed İstanbula geri qayıtdı və Avstriya cəbhəsinə Cərrah Mehmed Paşanı təyin etdi. Tata qalasını ələ keçirən Mehmed Paşa Budinin (indiki Budapeşt) şimalında yerləşən Vaç ərazisində düşmən ordusuna məğlub oldu. Bir müddət sonra Avstiya birlikləri 1594-cü ildə fəth olunan Yanıqqalanı (Raab qalası) ələ keçirdi. Avstriya elçiləri ilə sülh danışıqları aparılsa da, bu danışıqlar bir nəticə vermədi.

Kanija qalasının fəthi və Kanija müdafiəsi[redaktə | mənbəni redaktə et]

Cərrah Mehmed Paşa artıq iki il idi ki, heç bir hərbi uğur qazana bilmirdi. Bu müddət ərzində Osmanlılar bir çox önəmli qalalarını itirmişdi. Cərrah Mehmed Paşanın edam edilməsindən sonra Sədrəzəm Kürəkən İbrahim Paşa ordunun başına keçdi və Belqrada gəldi. Bundan qorxuya düşən Avstriya tərəfi sülh danışıqlarına başladı. Şərtlərə görə Avstriyalılar Əyri və Hatvan qalalarını təslim etməli, qarşılığında isə Esterqon, Noviqrad, Filek və Yanıqqalanı Avstriyaya geri qaytarılmalı idi. Ancaq Osmanlı tərəfinin narazılığı ilə danışıqlar bir nəticə vermədi.

Belqradda qışı keçirdən Sədrəzəm İbrahim Paşa Kanija qalasını mühasirəyə almışdı. Mühasirə davam edərkən qalanın içərisində əsir tutulan Osmanlı əsgərləri canlarını fəda edərək barut anbarını partlatmış və qalanın müdafiəsini zəiflətmişdir. Ancaq yenə də təslim olmayan qalanın köməyinə Flippe Emanuel rəhbərliyində 20.000 nəfərlik bir ordu gəldi. 2 od arasında qalan Osmanlı ordusu qəhrəmanca vuruşdu, düşmən ordusunun geri çəkilməsi ilə 40 günlük mühasirəylə Kanija qalası fəth edildi.

Bəylərbəyliyin mərkəzi Kanija qalasına köçürüldü və Kanija Bəylərbəyi olaraq Tiryaki Həsən Paşa təyin edildi. Sultan III. Mehmed əldə etdiyi bu uğura görə Sədrəzəm İbrahim Paşaya sağ olduğu müddətcə sədrəzəmlikdə qalacağı barədə söz verdi (10 sentyabr 1601). Kanija qalasını geri almaq istəyən Hersoq Ferdinand qalanı böyük bir qoşunla mühasirəyə aldı. Tiryaki Həsən Paşa idarəsindəki kiçik bir dəstə qalanı 2 ay boyunca qəhrəmancasına müdafiə etdi. Qida ehtiyatı və cəbhəxanası azalan Osmanlılar gözlənilmədən hücum edərək özlərindən qatbaqat çox olan xaçlı ordusuna qalib gəldilər (18 noyabr 1601). Bu qalibiyyətdən sonra 1603 tarixində İstolni-Belqrad və Esterqon qalaları da geri alındı.

Səfəvilərlə münasibət[redaktə | mənbəni redaktə et]

Səfəvilər 1590-cı ildə imzalanan və 13 il davam edən İstanbul sülh müqaviləsini pozmuşdular. Şah I. Abbas Osmanlıların Avstriyalılarla müharibədə olmasından istifadə edərək itirdiyi torpaqları geri qaytarmağa çalışdı. 25 avqust 1603 tarixində rəsmən müharibə elan edən Səfəvilər ilk öncə Təbrizİrəvanı ələ keçirdi.

Memarlıq[redaktə | mənbəni redaktə et]

Memarlıq işləri ilə maraqlanan Sultan III. Mehmed süd anası Həlimə Xatunun adına Gölmərmərə adlanan yerdə Həlimə Xatun Məscidi və külliyəsi, eləcə də anası Safiyə Validə Sultan adına Yeni Validə Məscidi və külliyəsi tikdirmişdir. Bundan başqa bir çox məscidi və tikilini təmir etdirən Sultan III. Mehmed Yeni Məscidin (Validə Sultan Məscidi) də təməlini atmışdır.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Bir gün ovdan qayıdarkən qarşısına çıxan bir dərviş sultana "56 gün ömrün qalıb, qafil olma sultanım !" deməsi sultanı dərindən sarsmışdır. 37 yaşlı gənc sultan yeyib içməkdən kəsilmiş və 21 dekabr 1603 tarixində, yəni dərvişin dediyi gün ürək çatışmamazlığından (infarkt) vəfat etmişdir. Bəzi qaynaqlarda ölüm səbəbi olaraq oğlu şahzadə Mahmudu haqsız yerə edam etməsi və bu səbəbdən vicdan əzabı çəkməsi göstərilir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Hərəmxanası[redaktə | mənbəni redaktə et]

  • Həlimə Sultan
  • Handan Sultan
  • Hasəki Abuleyal Sultan (d. 1576 - ö. 1603) — Əslən çərkəzdir. Taun epidemiyası səbəbilə vəfat etmiş, cənazəsi Sultan Mehmed türbəsinə dəfn edilmişdir.
  • Hasəki Gövhər Sultan (d. 1577 - ö. 1613-cü ildən sonra) — Əslən albandır.
  • Hasəki Saliha Sultan (d. 1577 - ö. 1613-cü ildən sonra)
  • Hasəki Ayşə Sultan (d. 1578 - ö. 1613-cü ildən sonra)

Oğlan uşaqları[redaktə | mənbəni redaktə et]

Qız uşaqları [10][11][redaktə | mənbəni redaktə et]

  • Dilrüba Sultan - serialın böyük təsirinə görə səhvən Dilruba adlandırılıb. Onun əsl adı Şah idi.
    Şah Sultan (Manisa, 1590 - İstanbul, 1623-cü ildən sonra): Həlimənin qızı. 1604-cü ildə Qara Davud Paşa ilə evləndi (1606-cı ildə nikah bağlandı), ondan bir oğlu oldu. Onun həyat yoldaşı Davutla oğlunu taxt-taca oturtmağı planlaşdırdığı, Mustafanın əqli cəhətdən qüsurlu olduğu üçün şayiələr yayılıb. Davud paşa 1623-cü ilin yanvarında Sultan Osmanın qətlinə görə zindana salındıqda Sultan Şah öz mühafizəçiləri və ona sadiq ağama ilə birlikdə Davudla birlikdə azad olub qaçmağa çalışır. Yaxalananda Davud qaçmağa çalışdığı üçün edam edilib. Şah Sultan dul qalmışdı, gəlini isə hekayənin iki tərəfi var; bəzi inanclara görə IV Murat taxta çıxdıqdan sonra vətənə xəyanətə görə anası ilə birlikdə edam edilmiş, digərlərinə görə isə ya anası ilə birlikdə Köhnə sarayi göndərilmiş, ya da zorla yenidən evləndirilərək uzaqlara göndərilmişdir.
  • Humaşah Sultan
  • Aişə Sultan
  • Xəticə Sultan (Manisa, 1589 - İstanbul, 1613): Həlimənin qızı. 1604-cü ildə bəy Mustafa Paşa ilə evləndi (1610-cu ildə vəfat etdi). Ölümündən sonra 1612-ci il oktyabrın 10-da Sultana Ayşə Hümaşahın nəvəsi Çağaloğlu Mahmut bəylə evləndi. Xədicə gələn il doğuş zamanı dünyasını dəyişdi.
  • Ümmügülsüm Sultan
  • Beyhan Sultan (İstanbul, 1598 — İstanbul, 1670-ci ildən əvvəl): naməlum cariyənin qızı. 1642-ci ildə Dubrovnik poliksarlarının hədiyyəsindən 1648-ci ildə vəfat edən Biləcikli Mustafa Paşanın həyat yoldaşı kimi qeyd edilmişdir. Dubrovnik polislərinin 1670-ci ildən sonrakı məktublarında onun adı çəkilmədi.

QEYD. Hərəmində bundan başqa 10 adı bilinməyən qız övladı olduğu bilinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mehmed III // https://pantheon.world/profile/person/Mehmed_III.
  2. Mehmet III // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. Bostanzade Yahya Efendi, Tuhfet ül-ahbâb, Milliyet Yayınları, s. 111
  4. Hamit Bozarslan, Türkiye Tarihi, İletişim Yayınları, s. 52.
  5. Reşad Ekrem Koçu, Tarihimizde Garip Vakalar, Varlık Yayınları, s. 142.
  6. Metin And, On Altıncı Yüzyılda İstanbul, Yapı Kredi Yayınları, s. 101.
  7. Metin Hasırcı, Büyük Osmanlı tarihi Böl:1 Kıs.5
  8. Mustafa Müftüoğlu, Yalan söyleyen tarih utansın, 1. cilt Say. 64
  9. Midhat Sertoğlu, Osmanlı tarih lügatı, Say, 255
  10. Miović, Vesna. "Per favore della Soltana: moćne osmanske žene i dubrovački diplomati". Anali Zavoda Za Povijesne Znanosti Hrvatske Akademije Znanosti i Umjetnosti U Dubrovniku (xorvat). 56 (56/1). 2 May 2018: 147–197. doi:10.21857/mwo1vczp2y. ISSN 1330-0598. 12 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2022.
  11. Dumas, 2013. səh. 467

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

III Mehmed
Doğum: 6 May 1566 Vəfat: 21 Dekabr 1603
Hakimiyyət titulları
Sələfləri 
III Murad

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

16 yanvar 1595-21 Dekabr 1603
Xələfləri 
I Əhməd
Sünni İslam titulları
Sələfləri 
III Murad

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
I Əhməd