III Əbdülmalik (Dərbənd əmiri) — Vikipediya

III Əbdülmalik
Dərbəndin XVI əmiri [1]
may 1065 – oktyabr 1065
ƏvvəlkiMənsur ibn Əbdülmalik
SonrakıI Fəribürz (Maymun ibn Mənsur)
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat yeri
Milliyyəti ərəb
Atası II Ləşkəri
Anası Qaytaqlı bir qadın

III Əbdülmalik (DərbəndDərbənd) — Dərbəndin son əmiri.[2]

Hakimiyyətə gəlişi[redaktə | mənbəni redaktə et]

Atası II Ləşkərinin öldürüldüyü il doğulmuşdu və anasının vətəni olan Qaytaqda böyümüşdü. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 10 yaşındakı Əbdülmaliki də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi.

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Əmirliyi əslində əmirin qəyyumu Müfərric idarə edirdi. Şirvanşahın hücumlarından qorunmaq üçün Müfərric əvvəlcə Məmlan ibn Yezidi Dərbəndə gətirtsə də, sonra fikrindən daşındı. Oktyabr ayında böyük bir qüvvə ilə yürüşə keçən Şirvanşah I Fəribürz Dərbəndi ələ keçirdi və Dərbənd əmirliyinin müstəqilliyinə son qoydu. Dərbənd həmişəlik Şirvanşahlar dövlətinə birləşdirildi.

Geri dönüşü[redaktə | mənbəni redaktə et]

İşğaldan sonra Qaytaq ölkəsinə qaçan Əbdülmalik səlcuqların Şirvana basqınından istifadə edərək 27 oktyabr 1068-ci ildə Dərbəndə qayıdaraq şəhəri geri aldı. 28 dekabr 1068-ci ildə rəislərin arasındakı münaqişələrlə bacarmayan əmir yenidən Qaytağa qayıtdı. Şahzadə Əfridun (sonrakı I Əfridun) Dərbəndə canişin olaraq gəldi. 1070-ci ildə xalq yenə üsyan edərək Əfridunu devirdi və əmiri Qaytaqdan çağırdı. 1075-ci ildə isə yenidən devrildi. Qaytağa qaçan əmir xalq tərəfindən Qimeydi kəndi yaxınlığında tutuldu və həbs edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V.Minorski -Şirvan və Dərbənd tarixi, səh 55
  2. V. Minorski -Şirvan və Dərbənd tarixi