Hindi müharibələri — Vikipediya

Hindu müharibələri
Tarix 1622 - 1924
Yeri Şimali Amerika, ABŞ əraziləri
Nəticəsi Amerika Birləşmiş Ştatlarının aparılan müharibədə qalib gəlməsi, Hinduların xüsusi düşərgələrə köçürülməsi
Münaqişə tərəfləri

ABŞ-də yerli amerikalılar

İngiltərə krallığı (1622-1707)
Böyük Britaniya (1707–1783)
Britaniya Amerikası
ABŞ (1783–1924)
AKŞ (1861-1865)
Texas Respublikası (1836–1846)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir.

1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur.

Hindular üzərində təsirləri[redaktə | mənbəni redaktə et]

2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir.[1] Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur.

Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, KanadaMeksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür. Bu enişin əsas səbəbi olaraq avropalı istilaçı və tacirlərin Avropadan gətirdikləri yeni xəstəliklər olduğu bir çox alim tərəfindən söylənmişdir. Məsələn, bəzi təxminlərə görə su çiçəyi epidemiyası nəticəsində hindu əhalisində 80–90% ölüm qeydə alınmışdır.

Müstəmləkə dövrü[redaktə | mənbəni redaktə et]

İlk mübarizə 1600-cü illərdə Britaniyadan gəlmə ingilislərlə yerli hindu qəbilələri arasında olmuşdur. Daha sonra əsrlərə yayılan müharibələr başlamışdır. Bu müharibələrin də əksər hissəsində hindular ingilislərlə döyüşmüşdür. Amerikan inqilabı dövründə isə hindular həm amerikalılara, həm də ingilislərə qarşı mübarizə aparmağa məcbur olmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. United States Census Bureau. "Overview of Race and Hispanic Origin: 2010" (PDF). Mart 2011. 2015-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 avqust 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]