Hierokles (İskəndəriyyəli) — Vikipediya

Hierokles
Doğum tarixi IV əsr
Vəfat tarixi güm. V əsr
Fəaliyyəti filosof, yazıçı
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-ci yüzilliyin ikinci yarısı) — yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ən tanınmış nümayəndələrindən biri onun yaradıcısı. O, bir çox əsərlərin müəllifi idi. Onlardan bəziləri günümüzə gəlib çatmışdır. Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların "Qızıl şeyrlər" kitabına şərhlər və "Tale haqqında" əsərindən fraqmentlərdir.

Fəlsəfəsi[redaktə | mənbəni redaktə et]

Hierokles artıq Xristianlığın çox geniş yayıldığı dövrdə yaşamışdır. Ona görə də bəzi araşdırmaçılar hesab edirlər ki, onun fəlsəfəsində bu dinin ilahiyyatı neoplatonizm fəlsəfəsi ilə qarışmışdır. Ancaq, başqaları bununla razılaşmış və iddia edirdilər ki, Hieroklesin fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur.

Hierokles, başqa neoplatonçulardan fərqli olaraq, birinci və hər şeydən uca olan İlk başlanğıcı dünyanın yaradıcısı olan Demiurqosdan ayırmır və onları birlikdə olan Tanrı kimi görürdü. Onun fikrincə maddə və dünya da əbədi olmamış, onları Tanrı öz iradəsinin və xeyrinin gücü ilə heç nədən yaratmışdır. Bu xristian ilahiyyatı ilə uyğunlaşan məqamlardır. Ancaq, Xristianlıqdan fərqli olaraq Hieroklesin Tanrısı hansısa anda dünyanı yaratmamışdır. Dünya və maddə elə Tanrının özündədir, onun təbiətinə uyğun hərəkət edir. Ona görə də yaradılış əbədi olaraq hər zaman baş verir. Bu bir işlək orqanizmə bənzəyir.[1]

Hierokles Tanrı tərəfindən qurulan qanunauyğunluq (lat. providentia), taleinsan azadlığı problemləri üzrə düşüncələri ifadə etmişdir. Providentia hər bir şeyə uyğun olan yoldur. Tale isə bu yolda baş verən Tanrı hökmüdür. Bununla belə insanın hökmündə olan şeylər də vardır.

Hierokles providentia, tale və insan azadlığı haqqında söhbət açarkən Tanrının şərlə münasibətləri (teodiseya) məsələsinə də toxunmuşdur. Əgər şər maddədə və dünyadadırsa, onda onları yaradan Tanrı da ona bulaşmış olur. Deməli, Tanrını təmizə çıxartmaq üçün bir tərəfdən şərin özəl təbiətinin olması sübuta yetirilməlidir, başqa tərəfdən isə onun var olmasının məsuliyyəti insan üzərinə atılmalıdır. Tanrı dünyanı yaradıb və hər şey onun qoyduğu qanunauyğunluğa tabedir. Belə olmasaydı, onda dünyada düzən olmazdı. Ancaq bu o demək deyil ki, şər də Tanrı tərəfindən yaradılmışdır.[2]

Şərin təbiəti ikilidir: biri məruzqalan, digəri törədiləndir. Məruzqalan şər xəstəlik, yaxınların itkisi, təbii fəlakətlər kimi hadisələrdir. Bunlar həqiqi şərlər deyil, çünki insan tərəfindən törədilmir, onun ruhuna ziyan yetirmir[2]. Deməli, bunlar təbii axarla baş verən hadisələrdir, hansı ki bunlara şər deyildirlər.

Həqiqi şər isə insan tərəfindən düşünülmüş şəkildə törədilir[2]. Bu da ona verilmiş azadlıqdan irəli gəlir. Azadlığı isə ona Tanrı vermişdir ki, o öz əməllərinə görə sorumlu olsun. Deməli, insan taleyində onun günahları və onlara görə cəzalar da vardır. Beləliklə, Tanrı tərəfindən qurulmuş providensia insanı seçim qarşısında qoyur, onun seçimi isə tale olur.

Hieroklesə görə Demiurqos və materiya arasında iyerarxia vardır. Bunlar göy tanrıları, göy və yer arasındakı tanrılar, tanrı iradəsinin carçıları olan demonlar və insanlardır. Ruhların da iyerarxiası vardır. Ən yüksəkdə ayüstü məkanının ruhlarıdır; sonra ayaltı, daha sonra isə yerüstü və yerdə olan ruhlar gəlir.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 277-279. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 277-279. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Hermann S. Schibli, Hierocles of Alexandria. Oxford: Oxford University Press, 2002.
  • Лосев А. Ф. История античной эстетики: [Том VI] Поздний эллинизм. М.: Искусство. 1980. С. 52-64.
  • Лосев А. Ф. История античной эстетики: [Том VII] Последние века. М.: Искусство. 1988. Кн. II. С. 7-9.
  • Шичалин Ю. А. Гиерокл Александрийский. // Античная философия: Энциклопедический словарь. М., 2008. С. 270—271.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Золотые стихи с комментариями Гиерокла Arxivləşdirilib 2022-04-16 at the Wayback Machine / Перевод И. Ю. Петер. М.: Новый Акрополь, 2000, 20-21.
  2. 2,0 2,1 2,2 Золотые стихи с комментариями Гиерокла Arxivləşdirilib 2022-04-16 at the Wayback Machine, s. 49-62.
  3. Лосев А. Ф. История античной эстетики. Том VII. Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine М.: Искусство, 1988, s. 11-12.