Hideki Yukava — Vikipediya

Hideki Yukava
yap. 湯川 秀樹
Doğum tarixi 23 yanvar 1907(1907-01-23)[1][2][…]
Vəfat tarixi 8 sentyabr 1981(1981-09-08)[1][2][…] (74 yaşında)
Vəfat yeri
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları 1-ci dərəcəli "Doğan günəş" ordeni "Mədəniyyət" ordeni İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Fizika üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hideki Yukava (yap. 湯川 秀樹; 23 yanvar 1907[1][2][…]8 sentyabr 1981[1][2][…], Kioto) – Yapon nəzəri fizikNobel mükafatı laureatı olmuş ilk Yapon. O, bu mükafatı "Nüvə qüvvələri ilə bağlı nəzəri tədqiqatlarının əsasında mezonların mövcudluğunu təxmin etdiyinə görə" fizika sahəsi üzrə almışdır.[7]

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Yukava və ailəsi. 1949-cu il.

Yukava 1907-ci ilin 23 yanvar tarixində Tokioda anadan olub. 1929-cu ildə Kioto Universitetində təhsil aldıqdan sonra dörd il həmin üniversitetdə müəllim olaraq fəaliyyət göstərdi. Yukava məzun olduqdan sonra nəzəri fizika ilə, xüsusən elementar hissəciklər nəzəriyyəsi ilə maraqlanmağa başladı. 1932-ci ildə Sumi Yukava ilə evləndi. 1933-cü ildə 26 yaşında Osaka Universitetində dosent oldu. 1935-ci ildə protonlar və neytronlar arasındakı qarşılıqlı təsiri açıqlayan və elementar zərrəciklər üzrə tədqiqatlara böyük təsir göstərən mezonlar nəzəriyyəsini yayımladı.[8] 1940-cı ildə Kioto Universitetində professor oldu. 1940-cı ildə Yaponiya Akademiyasının İmperator Mükafatını qazandı. 1949-cu ildə Kolumbiya Universitetində professor oldu. Həmin il onun 1947-ci ildə mövcudluğunu irəli sürdüyü pi mezonunun Sesil Frenk, Cüzeppe Okkialini və Sezar Lattes tərəfindən kəşfindən sonra Fizika üzrə Nobel mükafatını qazandı.

Yukava 1953-cü ildə Nəzəri Fizika üzrə Yukava İnstitutunun ilk sədri oldu. Paris Universitetindən fəxri doktorluq dərəcəsi aldı və London Kral Cəmiyyətinin fəxri üzvü seçildi.[9] Yukava Nəzəri fizikanın tərəqqisi (Progress of Theoretical Physics) elmi jurnalının redaktoru idi.[10] Yukava 1946-cı ildə Kvant Mexanikasına Giriş və 1948-ci ildə isə Elementar Zərrəciklər Nəzəriyyəsinə Giriş adlı kitablarını çap etdirdi. 1955-ci ildə, o, nüvə tərksilahını təşviq edən Rassel-Eynşteyn manifestinə imza atmaqda digər on aparıcı alim və intellektuala qoşuldu.

Yukava 1981-ci ilin 8 sentyabr tarixində Kiotodakı evində 74 yaşında sətəlcəmürək çatışmazlığından vəfat etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Hideki Yukawa // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Hideki Yukawa // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  4. 1 2 https://www-yukawa.phys.sci.osaka-u.ac.jp/en/wp-content/uploads/2018/11/OU1938-Y1.pdf.
  5. 1 2 http://www.pas.va/content/accademia/en/academicians/deceased/yukawa.html.
  6. 1 2 NNDB (ing.). 2002.
  7. "The Nobel Prize in Physics 1949". Nobel Foundation. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  8. Yukawa, H. "On the Interaction of Elementary Particles" (PDF). Proc. Phys.-Math. Soc. Jpn. 17 (48). 1935. 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-14.
  9. Kemmer, N. "Hideki Yukawa. 23 January 1907 – 8 September 1981". Biographical Memoirs of Fellows of the Royal Society. 29. 1983: 660–676. doi:10.1098/rsbm.1983.0023. JSTOR 769816.
  10. Yukawa Institute for Theoretical Physics; Gakkai, Nihon Butsuri. Progress of Theoretical Physics. Kyoto: Yukawa Institute for Theoretical Physics and Physical Society of Japan. 1946. OCLC 44519062. 2002-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-03-03.

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

  • Profiles of Japanese science and scientists, 1970 – supervisory editor: Hideki Yukawa (1970)
  • Creativity and intuition: a physicist looks at East and West by Hideki Yukawa; translated by John Bester (1973)
  • Scientific works (1979)
  • Tabibito (旅人) – The Traveler by Hideki Yukawa; translated by L. Brown & R. Yoshida (1982), ISBN 9971950103

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]