Heysəm ibn Məhəmməd (Tabasaran əmiri) — Vikipediya

Heysəm ibn Məhəmməd
iyun, 939 – may, 941
ƏvvəlkiƏhməd ibn Əbdülmalik
SonrakıƏhməd ibn Əbdülmalik
Dərbənd əmiri
dekabr, 941 – may, 942
ƏvvəlkiƏhməd ibn Əbdülmalik
SonrakıXəşrəm Əhməd
sentyabr, 948 – 1025
ƏvvəlkiMəhəmməd
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Tabasaran
Atası Məhəmməd

Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri.

Dərbənd əmirliyi[redaktə | mənbəni redaktə et]

Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu. Elə həmin ay içində o da devrilərək, Heysəmin qardaşı, gələcək şirvanşah Əhməd) əmirlik taxtına gətirildi.

Tabasaran əmirliyi[redaktə | mənbəni redaktə et]

948-ci ilin sentyabr ayında atası Şirvan taxtına çıxdıqdan sonra qardaşı Əhməd Layzan əmirliyini, Heysəm isə Tabasaran əmirliyini atasından aldı.4 iyun 956-cı ildə atasını ölüm ayağında ziyarət etmişsə də Şirvan əyanlarının dəstəyini almamışdı. Buna görə də qardaşından qorxan Heysəm əvvəl Dağıstanın ucqar nöqtələrinə, 968-ci ildə də oradan tərk edərək Salar İbrahim ibn Mərzbanın yanında sığınacaq tapdı, onunla birlikdə yürüş edib Şirvan torpağına girdi. Salar ölkəni və Dərbəndin ətrafını qarət etdi. Şirvan hakimi Əhməd onunla sülh sazişi bağladı və ona xərac verdi. Salar Şirvanı tərk etdi və Heysəmi də özü ilə aparmaq istədi. Lakin Heysəm əl-Məsqətə qaçdı və ona siyasi sığınacaq verən, ehtiram və rəğbət göstərən Əhməd ibn Əbdülmalik Heysəmin adından Şirvan hakimi ilə danışığa girərək, Şirvanın bir hissəsinin ona güzəştə gedilməsini tələb etdi. Lakin Şirvanşah bu tələbi rədd etdi və hədə–qorxu gəldi. Dərbənd əmiri əsasən Sərir vilayətindən qoşun toplayaraq Şirvana soxuldu. Şabran şəhərini hücumla alıb, yandırdı, talan edib böyük qənimət götürdü. Geri qayıdarkən sərirli döyüşçülər Dərbəndə əmirdən bir gün əvvəl daxil oldular. Lakin şəhərdə iğtişaş və qarışıqlıq başlandı. Yerli əhali yüz sərirli hərbi rəisi öldürüb onların Şirvanda ələ keçirdikləri qəniməti çapıb taladılar.

Ölümü[redaktə | mənbəni redaktə et]

1025-ci ildə Tabasaranda, öz "Məhəmməd mülkü" adlanan evində vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • V.Minorski - Şirvan və Dərbəndin tarixi