Heydər Əliyevin ölümü və dəfni — Vikipediya

Heydər Əliyevin dəfni
Tarix 15 dekabr 2003
Yeri Bakı, Azərbaycan
İştirakçılar Əliyevlər
Vladimir Putin
Nursultan Nazarbayev
Əsgər Akayev
Eduard Şevardnadze
Leonid Kuçma
Əhməd Necdət Sezər
Rəcəb Tayyib Ərdoğan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir.[1]

13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.[2] 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib.[3]

Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib.[4]

Dəfn prosesinin təşkili[redaktə | mənbəni redaktə et]

Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı.[5] Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib.[6]

Dəfni[redaktə | mənbəni redaktə et]

Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib.[7] Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib.[7] Dəfndə 250,000 nəfər iştirak edib.[8] Yerli vaxtla saat 9.00-da tabutun önündə Azərbaycan Milli Qvardiyasının fəxri qarovul dəstəsinin düzülməsi ilə vida mərasimi başlayıb. Yerli məsciddə də eyni vaxtda cənazə namazı qılınırdı. Rəsmi mərasimdən sonra çoxlu kilometrlik yürüş baş tutdu. Bakıda cəmi bir saat yarım qaldıqdan sonra Vladimir PutinNursultan Nazarbayev mərasimi Binə Beynəlxalq Hava Limanı vasitəsilə erkən tərk etdilər. Heydər Əliyev Fəxri xiyabanda dəfn edildi. Dəfn zamanı artilleriya atəşi açıldı.[9][10]

Dəfndə iştirak edənlər[redaktə | mənbəni redaktə et]

Dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Əhməd Necdət Sezər,Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Leonid Kuçma, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti Vladimir Voronin, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Moskvanın meri Yuri Lujkov və digər siyasi-ictimai şəxslər iştirak edib.[11]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

  • Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Azərbaycan xalqına ağır itki üz verib” deyərək İlham Əliyevə başsağlığı verib.[4]
  • Qırğızıstan prezidenti Əsgər Akayev dekabrın 13-də İlham Əliyevə başsağlığı teleqramı göndərib.[4]
  • Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə telefonla başsağlığı verib.[12]
  • Azərbaycanın Moskvadakı səfirliyi insanların başsağlığı kitabını imzalamaq üçün öz qapılarını açıb.[4]
  • Moskva Patriarxı II Aleksiy Əliyevi “bütün həyatını Azərbaycan xalqının firavanlığına həsr etmiş, xalqlarımız üçün bir vaxtlar ümumi dövlətin möhkəmlənməsinə mühüm töhfələr vermiş ən müdrik dövlət xadimi dünyasını dəyişib” deyə xatırlama edib.[4]
  • Başsağlığı Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovdan da gəlib.[4]
  • Amerika Birləşmiş Ştatları Birləşmiş Ştatların Dövlət Departamenti İlham Əliyevə başsağlığı verib.[4]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Умер Гейдар Алиев". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-09.
  2. "Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. Biblioqrafik göstərici № 1" (PDF). 2018-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-09.
  3. Сергей Строкань. "Траур". Газета «Коммерсантъ».
  4. 1 2 3 4 5 6 7 "Владимир Путин попрощался с Гейдаром Алиевым / СНГ / Независимая газета". www.ng.ru. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  5. "Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. Biblioqrafik göstərici № 1" (PDF). 2018-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-09.
  6. "36 - Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyevin dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında". www.e-qanun.az. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  7. 1 2 "Идущий впереди ушел навсегда". rg.ru. rg.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
  8. Graeme, Wilson. Ilham: Portrait of a President. 278–294. ISBN 978-9948-15-289-7. (#accessdate_missing_url)
  9. "Владимир Путин попрощался с Гейдаром Алиевым". 2015-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-09.
  10. "Heydər Əliyevin vəfat etdiyi gün (Sənədli film)". Video.AZ. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  11. "В Баку состоялись похороны Гейдара Алиева". www.pravda.ru. www.pravda.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
  12. "Кончина Гейдара Алиева - На похоронах участвовало около 2 млн. человек". Day.Az. December 15, 2003. November 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]