Heydər Əliyev Park-Kompleksi — Vikipediya

Heydər Əliyev Park-Kompleksi
Məlumatlar
Yerləşməsi Gəncə, Azərbaycan
Sahəsi 4.5 km², yaxud 450 h
Yaradılıb 1980
Saytı heydaraliyevcenterganja.com
Xəritədə yeri
Xəritə

Heydər Əliyev Park-Kompleksi — dünyanın ən iri üç parkından biridir.[mənbə göstərin] Ümumi sahəsi 450 hektar (4.5 km²) olan park-kompleksinin əhatə etdiyi ərazidə İncəsənət Muzeyi, Amfiteatr, süni göl yaradılmışdır, parkın girişində Zəfər tağı yerləşir .[1] Park-Kompleksinin açılışı 2014-cü ilin yanvarın 21-də baş tutmuşdur.[2]

Park-kompleksinin quruluşu[redaktə | mənbəni redaktə et]

Heydər Əliyevin 1980-ci ildə Gəncəyə səfəri zamanı burada 2 çinar ağacının əkilməsindən sonra xatirə parkının əsası qoyulmuşdur.

Parkda 2012-ci ildə yenidənqurma işlərinə başlanılmışdır . Park-Kompleksinin açılışı isə 2014-cü ilin yanvarın 21-də baş tutmuşdur. Parkın ümumi sahəsi 2 km-dən və 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyəti Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. Parkın ərazisini Baş xiyaban birləşdirir. Baş xiyabanın eni 53 metr, uzunluğu 1400 metrdir.[3]

Parkda Azərbaycanın dövlət xadimlərinin heykəl və büstləri var. Kompleksdə Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Səməd Vurğunun və başqalarının heykəl və büstləri yerləşir. Park Prezident Heydər Əliyevin adını daşıyır.[3]

Kompleksdə yerləşən obyektlər[redaktə | mənbəni redaktə et]

Zəfər tağı kompleksin girişində yerləşir. Tağ 15 iyun — "Azərbaycan xalqının milli qurtuluş günü"nün rəmzi olaraq ucaldılıb.[4] Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan Zəfər tağının, ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var.[5][6][7]

Heydər Əliyev Mərkəzi perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli mərkəzdə şüşədən günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Heydər Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir. Burada Heydər Əliyev Muzeyi fəaliyyət göstərir.[8]

Kompleksdə amfiteatr, İncəsənət Muzeyi və süni göl də yerləşir. Amfiteatr 3 min 500 tamaşaçı tutumuna malikdir.[2] Süni göl isə Heydər Əliyev Parkında mərkəzi küçənin cənub-qərbində, memoriala gedən yolda yerləşir və 30 hektar sahəni əhatə edir.[9] İncəsənət Muzeyində tanınmış rəssamların müxtəlif əl işləri və digər sənət nümunələri nümayiş etdirilir.[10]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ganja-ih.gov.az. "Heydər Əliyev park-kompleksi" (az.). 2016-07-21. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  2. 1 2 ganjanews.az. "Heydər Əliyev parkı dünyanın ən böyük parklarından biri kimi..." (az.). 03/06/2017. 2019-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  3. 1 2 ganja.az. "Heydər Əliyev Xatirə parkı" (az.). 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  4. yenigence.com. ""Zəfər Tağı" Gəncəyə xüsusi yaraşıq verir" (az.). Çinarə Atayeva. 07/01/2016. İstifadə tarixi: 2019-10-30.
  5. ganjanews.az. ""Zəfər Tağı" Gəncəyə xüsusi yaraşıq verir" (az.). Mədinə Musazadə. 13/09/2017. İstifadə tarixi: 2019-10-30.[ölü keçid]
  6. wikimapia.org. "Zəfər tağı (Gəncə)" (az.). 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  7. turlar.az. "Gəncədə görməli olduğunuz yerlər" (az.). 30 may 2019. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  8. news.milli.az. "Gəncədə yerləşən dünyanın ən böyük 5 parkından biri..." (az.). 6 İyun 2014. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  9. ganja.az. "Yeni Layihələr" (az.). 2019-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  10. yenigence.com. "Gəncədə görməli olduğunuz 24 yer" (az.). Kamran Abbasov. 16/03/2017. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]