Heydər İsayev — Vikipediya

Heydər İsayev
27 noyabr 1988 – yanvar 1990
ƏvvəlkiNurəddin Mustafayev
SonrakıAfiyəddin Cəlilov
7 yanvar 1983 – 10 avqust 1988
ƏvvəlkiTofiq Allahverdiyev
Sonrakıvəzifə ləğv edilib
30 sentyabr 1980 – 1981
ƏvvəlkiRamiz Mehdiyev
SonrakıXəlil Xəlilov
7 aprel 1977 – 1980
NazirQurban Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1936
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1999(1999-10-18)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri namizədi[d] (1966)
Elmi adı

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Heydər İsa oğlu İsayev (1936, Naxçıvan18 oktyabr 1999, Bakı) — Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988–1991), 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi (1980–1981). Azərbaycan SSRSSRİ Ali sovetinin deputatı. Geologiya-mineralogiya elmləri namizədi, alim.

Həyatı[redaktə | mənbəni redaktə et]

Heydər İsayev 1936-cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. 1954-cü ildə Naxçıvan şəhər 6 nömrəli orta məktəbi bitirib. 1959-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib.

1962-ci ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunun problem laboratoriyasında mühəndis vəzifəsinə təyin olunub. 1964-cü ildə institutun əyani aspiranturasına qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq namizədlik dissertasiyasını uğurla müdafiə edib (1966)[1]. Geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər İsayev Moskvada fransız dili kursunu bitirdikdən sonra Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali məktəbdə əvvəlcə müəllim kimi çalışır, sonra geologiya və neft kafedrasına rəhbərlik edir. 1971-ci ildə Azərbaycana qayıtdıqdan sonra Az. NKİ-nin xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı olub, bir il sonra prorektor vəzifəsinə təyin edilib. 20 elmi əsərin müəllifi olan Heydər İsayev rus, fransız dillərində sərbəst danışırdı.

1977-ci il aprelin 8-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin birinci müavini təyin edilib. 1980-ci ildə bu vəzifədən azad olunub, yüksək təşkilatçılıq qabiliyyətinə görə bir sıra məsul vəzifələr ona tapşırılıb. 1980–1981-ci illərdə 26 Bakı komissarı Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin müdiri işləyib.

1983–1988-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olub. Tarixi təcrübə və ənənələrə əsaslanaraq ixtisaslı fəhlə kadrların hazırlığına rəhbərlik edib. Heydər İsayev Azərbaycan müəllimlərinin X qurultayında texniki peşə təhsilinin vəziyyətinə dair geniş məruzə edib.

1988-ci ilin oktyabrında müvafiq qərarla Azərbaycan SSR Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yaradılması ilə əlaqədar Heydər İsayev işdən azad olunub.

O, 1988–1991-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb[2]. 1991-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyib. Heydər İsayev 1999-cu ildə vəfat edib.[3].

Mükafatları[redaktə | mənbəni redaktə et]

Heydər İsayev səmərəli fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Исаев, Гейдар Иса оглы — Влияние геолого-промысловых факторов на коэффициенты нефтеотдачи пластов подкирмакинской свиты месторождений антиклинальной зоны Маштаги-Бузовны-Кала [Текст] : Автореферат дис. на соискание ученой степени кандидата геолого-минералогических наук — Search RSL
  2. "Нахичеванский областной комитет КП(б) - КП Азербайджана". 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  3. "Arxivlənmiş surət". 2013-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-17. (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Депутаты Верховного Совета Азербайджанской ССР. 11 созыв. Баку: издание Президиума Верховного Совета Азербайджанской ССР, 1985. 472 с. 192 стр.
  • Исаев Гейдар Иса оглы  (rus.)