Heydər Vəzirov — Vikipediya

Heydər Vəzirov
bayraq
Azərbaycan SSR xalq torpaq komissarı
bayraq2
7 fevral 1932 – yay 1937
bayraq
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Dövlət Plan Komitəsinin sədr müavini
bayraq2
1932 – 7 fevral 1933
ƏvvəlkiMəmməd Həsən Hacınski
1931 – 1932
bayraq
Azərbaycan SSR xalq torpaq komissarının müavini
bayraq2
1929 – 1931
1927 – 1929
1925 – 1927
bayraq
Azərbaycan SSR hərbi komissarı
bayraq2
1924 – 1926
ƏvvəlkiƏliheydər Qarayev
1920 – 192?
ƏvvəlkiAtif bəy
Şəxsi məlumatlar
Doğum tarixi 1891 və ya 1893
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 1937(1937-10-14)
Vəfat yeri
Təhsili
Fəaliyyəti inqilabçı

Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

1893-cü ildə Nehrəmdə doğulmuşdur. İlk təhsilini Naxçıvanda üsuli-cədid məktəbində almışdır. 1913-cü ildə İrəvan seminariyasını bitirmiş[1]gimnaziyanın səkkizinci sinfinə imtahan vermiş və 1914–1918-ci illərdə, birinci dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil almış və ön cəbhəyə göndərilmişdir. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdirilərək yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıtmışdır.

1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləmişdir.

1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir.[2]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.[3]

O, 1925–1927-ci illərdə Göyçay Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində, 1927–1934-cü illərdə isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifələrində işləyib. AKP 12-ci və 13-cü qurultaylarında MK üzvü, Azərbaycan MİK(8-ci çağırış), ZSFSR MİK(7-ci çağırış) və SSRİ MİK -in (7-ci çağırış) üzvü seçilmişdir

Mükafatları[redaktə | mənbəni redaktə et]

1923-cü ildə Heydər Vəzirov "Qırmızı Bayraq ordeni" ilə və 6197 nömrəli Fəxri Fərmanla təltif olunmuşdur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 165. ISBN 978-9952-5455-010.
  2. "Bir kəndin məşhurları". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.
  3. NE, II cild,, 2005. səh. 350-351
  4. Şəmistan NƏZİRLİ, "1920-ci ildə Qarabağ döyüşləri", Bakı-2009, 480 səh