Herseqovinalılar — Vikipediya

Pusquda olan Hersoqovinalılar, «Srbadija» jurnalının illüstrasiyası (1876)

Herseqovinalılar (bosn. hercégovci, xorv. hercégovci, serb. херцеговци) — milliyyətindən asılı olmayaraq Herseqovina əhalisinin ümümi adı.

Etnik olaraq əsasən xorvatlar, boşnaklarserblərdən ibarətdir. Mülki mənada onlar Bosniyalılar, yəni Bosniya və Herseqovinanın vətəndaşlarıdır. Əksəriyyətinin dini katolik, islam və pravoslavdır. Serb-Xorvat dilinin milli çeşidlərinə daxil olan Ekava ləhcəsində adnışırlar.

Tarixi[redaktə | mənbəni redaktə et]

1860-1913-cü illərdə "Köhnə Herseqovina" nın dağılmasından əvvəl müasir Serbiya və Monteneqronun (Monteneqro Herseqovina) qərb bölgələrinin sakinləri də Herseqovinalılar adlandırılırdı. Məhs Herseqovina ləhcəsi əsasında XIX əsrin birinci yarısında Vuk Karadiç ədəbi serb-xorvat dilini inkişaf etdirdirmişdir.

Etnoqrafik xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Xorvat tarixçisi Vekoslav Klaiç sülhsevər və fleqmatik boşnaklardan fərqli olaraq, Herseqovalıları qəddar və rüsvayçı sayırdı[1].

Rusiyanın inqilabdan əvvəlki nəşrində Bosniya və Herseqovina olaraq qeyd edilirdi. Avstriya-Macarıstan vilayətin işğal oçerkinə dair məqalələrdə qeyd edildi: Bosniya və Herseqovinanın ümumi görünüşündə fərq şübhəsizdir. Boşnak kəndi Herseqovinadan daha ağırdır ... Boşnaklar Herseqovinalılardan daha mülayimdirlər. Hansı ki onun müraciyyəti daha yumşaqdır. Herseqovinalılar azadlığı sevən, cəsur, sona qədər cəsarətlidir. Herseqovinalılar daha hərəkətli və həssasdır və buna görə də boşnakdan daha isti olur. Bosniya intiqam hissi ilə xarakterizə olunmur, Herseqovina intiqam alır[2].

Brokhauz və Efronun ensiklopedik lüğətində qeyd olunduğu kimi:

" Pravoslavlar Herseqovinanın ən dağlıq ərazilərində yaşayır, inancla birlikdə canlı bir milliyyət hissi qoruyub saxlamışlar və etnoqrafik xüsusiyyətlərindən monteneqrolulardan az fərqlənirlər. Əksər hissəsi əlçatmaz dərələrk və yüksəklikləri ələ keçirərək, türklərin təsirinə az məruz qalmışlar... Buna görə də indi keçmiş Bosniya cənnətini fərqləndirən eyni bağlılıq və gizlilik yoxdur ... Herseqovina katolikləri Herseqovinanın qərb hissəsində yaşayırlar ... Türk boyunduruğu dövründə, ruhanilərində enerjili bir qorunma tapdılar, buna görə də daha az davakardırlar və bu da onlarda milliyyət hissi yoxa çıxarmışdır ... Herseqovina-Məhəmmədliləri xüsusilə şimalda çoxdur ... Onlar yeni imana və onun rəhbərinə (Sultana) fanatik bağlılıq göstərdilər, xistianlıq və xristianlara düşmən münasibəti bəslədilər "

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Клаич, Векослав. Bosna. Podatci o zemljopisu i poviesti Bosne i Hercegovine. — Загреб: Matice Hrvatske, 1878. — С. 81.
  2. Харузин, А. И. Босния и Герцеговина. Очерки оккупационной провинции Австро-Венгрии. — СПб: Государственная типография, 1901. — С. 62—63.