Herbert Braun — Vikipediya

Herbert Braun
ing. Herbert Charles Brown
Doğum adı Herbert Charles Brown
Doğum tarixi 22 may 1912(1912-05-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 dekabr 2004(2004-12-19)[3][1][…] (92 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Elm sahəsi üzvi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[1][2][…], London[4][5]19 dekabr 2004[3][1][…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979).

Həyatı[redaktə | mənbəni redaktə et]

Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur.

Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir. Bu reaksiyanın stereospesifik hidrogenləşmə üçün istifadə yolunu göstərmişdir. Etilen əlaqəsi üzrə birləşmə reaksiyasını tədqiq edərək müəyyən etmişdir ki, onlarda tetraedrik əlaqəli atomlar iştirak etdikdə keçid kompleksləri δ-elektronlar hesabına yaranır.

Herbert Braun 1953-cü ildə Luisə görə reagentin turşuluğundan asılı olaraq aromatik birləşmələrdə hidrogenin selektiv əvəzolunma qaydasını təklif etmişdir (Braunun selektivlik qaydası).

Braun 1979-cu ildə alman alimi Georq Vittiq ilə birlikdə "Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Herbert Charles Brown // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Herbert Charles Brown // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 Herbert Brown, winner of 1979 Nobel for chemistry, passes (ing.). // USA Today McLean: Gannett, 2004. ed. size: 726906; ed. size: 504000 ISSN 2165-1779
  4. 1 2 Brewster J. H. Herbert C. Brown — A Biographical Note // Aspects of Mechanism and Organometallic Chemistry. Springer-Verlag New York, 1978. ISBN 978-1-4684-3393-7 doi:10.1007/978-1-4684-3393-7_13
  5. 1 2 Hydroboration (ing.). // Prezi 2009.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]