Henri Kuper — Vikipediya

Henri Kuper
ing. Henry Cooper
Doğum tarixi
Doğum yeri London, İngiltərə İngiltərə
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Oksted, İngiltərə İngiltərə
Fəaliyyəti boksçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henri Kuper (ing. Henry Cooper) — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion.

Həyatı[redaktə | mənbəni redaktə et]

Henri Kuperin idmançı karyerası 1949-cu ildə başlayıb. O, 1954-cü ildə peşəkar boksa keçib. 1971-ci ildə Co Baqnerə məğlubiyyətdən sonra karyerasını başa vurub. Məşhur ağır çəkili boksçu İngiltərə Kuboku, Millətlər Birliyinin qalibi və Avropa çempionu olsa da, dünya çempionu adını qazana bilməyib. Kuper Böyük Britaniyanın ən güclü boksçularından sayılıb. O, 2000-ci ildə cəngavər elan edilib və boksçular arasında "ser" titulunun ilk sahibi olub.

Kuper 2011-ci ilin 1 may tarixində Oksted şəhərində oğlunun mənzilində keçinib[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əfsanəvi boksçu öldü". 2011-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-02.