Hatı Çırpan — Vikipediya

Hatı Çırpan
türk. Hatı Çırpan
Şəxsi məlumatlar
Doğum tarixi 1890
Doğum yeri
Vəfat tarixi 21 mart 1956(1956-03-21)
Vəfat yeri
Dəfn yeri
  • Kahramankazan[d]
Partiya
Fəaliyyəti siyasətçi, insan hüquqları fəalı
Elmi fəaliyyəti
Elm sahəsi sufrajist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hatı Çırpan (1890, Ankara, Ankara vilayəti21 mart 1956, Ankara), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi.[1]

18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından (türk. İkinci Türk Dil Kurultayı) əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olan[2] Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idi[3][4]) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi.[5] Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi.[2][3][4]

Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır".[6] Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq elədi və dəstəklədi.[5] Sonradan o dövrdə Hattiler sivilizasiyası ilə maraqlanan Atatürkün məsləhəti ilə o, birinci adını Hatı olaraq dəyişdirdi, bundan başqa onun əvvəlki adı türk dilində "satmaq" və ya "satın almaq" mənasını verirdi.[2] 1934-cü ildə qəbul olunan və bütün türk vətəndaşlarının soyadı olmasını tələb edən Soyadı qanununa görə o, Çırpan soyadını seçdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Duroğlu, Sibel (2007). "Türkiye'de İlk Kadın Milletvekilleri Arxivləşdirilib 2015-02-07 at the Wayback Machine" (PDF). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü (Yüksek Lisans Tezi), s. 69–72.
  2. 1 2 3 Emin Karakuş, 40 yıllık bir gazeteci gözü ile İşte Ankara, Hür Yayın ve Ticaret, 1977, p. 22.
  3. 1 2 A. Afetinan, Tarih’ten bugün’e, Türk Tarih Kurumu Basımevi, 1970, p. 164.
  4. 1 2 A. Afetinan, Cumhuriyetʼin Ellinci yılı için Köylerimiz, Türk Tarih Kurumu Basımevi, 1978, p. 8.
  5. 1 2 The Turkish Woman (1919–1923), Basın Yayın Genel Müdürlüğü, p. 36.
  6. İşte mebus olacak kadın., A. Afetinan, Kemal Atatürk'ü Anarken, Güzel Sanatlar Matbaası, 1956, p. 67.