Harrods — Vikipediya

Harrods
Harrods
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye pərakəndə
Məhsulları keyfiyyətli və lüks məhsullar
Təsis tarixi 1834
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital £126 million (2015)
Ümumi aktivlər £769 million (2015)
Struktur
İşçi sayı 12,000 (2013
Rəhbərlik
Təsisçi Çarles Henri Harrods
harrods.com/en-gb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Harrods ticarət mərkəzi

"Harrods"Londonda yerləşən dəbdəbəli mağaza. Hal-hazırda Qatar Əmirliyinin mülkiyyətindədir[1]. "Harrods" brendi altında Harrods Bankı, Harrods Aviasiyası və s. müəssisələrə aiddir.

Mağazanın sahəsi 20 000 kvadrat metrdir və 90 000 kvadrat metr ərazidə 330 mağazanı özündə cəmləşdirir.[2]

Harrods mağazasının devizi latın dilində olan Omnia Omnibus Ubique ifadəsidir, “hər şey hər yerdə hami üçün” kimi tərcümə olunur.[3] Mağazanın bəzi şöbələri, eləcə də Milad şöbəsi və qida zalları əhali arasında daha populyardır. Harrods mağazası Böyük Britaniya Parlamenti və Big Bendən sonra Londondakı üçüncü ən məşhur yer sayılır. 

Tarixi[redaktə | mənbəni redaktə et]

Şirkət 1824-cü ildə 25 yaşlı Çarlz Henri Harrod tərəfindən təsis edilib və ilk fəaliyyətinə kiçik bir baqqal mağazası olaraq başlayıb. 1849-cu ildə Harrod Brompton Yolu üzərində kiçik bir mağazanı satın aldı. Buradakı iki satıcısı ilə fəaliyyətinə davam edir.  Harrodsun oğlu Çarles Diqbi Harrods 1880-ci ildə 100 nəfərlik heyət ilə mağazanın fəaliyyətini böyüdür.

1883-cü ilin dekabr ayında bina tamamilə yanaraq kül olur, buna baxmayaraq, Harrods Milad bayramı ərəfəsində satış rekordu əldə edir. 1898-ci ilin noyabrında Böyük Britaniyada ilk dəfə Harrods mağazasının daxilində eskalator açıldı. 1922-ci ildə Harrods satıldı, ancaq tarixi adını qorudu. 

1985-ci ildə mağazanı Misir milyarderi Məhəmməd əl-Feyed almış, 2010-cu ildə isə onu dövləti "Qatari İnvestisiya Fondu" na 1,5 milyard funt sterlinqə satmışdı.

Məhsullar və xidmətlər[redaktə | mənbəni redaktə et]

Qadınlar, kişilər, uşaqlar və azyaşlılar üçün elektronika, zərgərlik, idman malları, toy məhsulları, ev heyvanları üçün məhsullar, oyuncaq, yemək, sağlamlıq və gözəllik məhsulları, müxtəlif geyim və xidmətlər təklif edən 300-dən çox şöbə və bölməsi var.

Mağazanı gün ərzində 300 mindən çox müştəri ziyarət edir. Bu İngiltərədə ən çox adam qəbul edən ticarət mərkəzidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]