Harov — Vikipediya

Harov
39°49′22″ şm. e. 46°50′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.129 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Harov xəritədə
Harov
Harov

HarovAzərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd.[1]

Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır[2].

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi[3]. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 2